18 yaşadək (U-18) voleybolçular arasında Azərbaycan çempionatına yekun vurulub.
Fanat.Az Voleybol Federasiyasının (AVF) mətbuat xidmətinə istinadən xəbər verir ki, həm qızların, həm də oğlanların mübarizəsində üçüncü yer uörunda və final mərhələsinin oyunları keçirilib.
Qızlar arasında üçüncü yer uğrunda qarşılaşmada “Abşeron“ klubu “Lokomotiv“ komandasını 3:2 hesabı ilə məğlub edib.
Oğlanların mübarizəsində isə “Naxçıvan“ klubu “Oğuz RVK“ya 3:1 hesabı ilə qalib gələrək bürünc medal qazanıb.
Qızların finalında “Azərreyl-1” “Şərqi Zəngəzur RVK”nı, oğlanların finalında isə “Xarıbülbül Şuşa” “Murov Az Terminal”ı 3:1 hesabları ilə məğlub edərək çempion olublar.
Final qarşılaşmalarından sonra mükafatlandırma mərasimi başlayıb. Qaliblərə kubok və medallar təqdim olunub. Mükafatları AVF-nin prezidenti Şahin Bağırov, vitse-prezident Bəhruz Quliyev, baş katib Faiq Orucov və AVF-nin İdarə heyətinin üzvü İlqar Nuriyev təqdim ediblər.