Qadın idmançılardan ibarət voleybol üzrə Azərbaycan milli komandasının üzvü Marqarita Stepanenkonun komandası - Yunanıstan "Olimpiakos"u avrokubokda mübarizəni dayandırıb.
Fanat.Az xəbər verir ki, Çellenc Kubokunun 1/4 final mərhələsinin ikinci qarşılaşmasında İspaniya "La Laquna"sına 0:3 hesabı ilə uduzan yunanlar turnirlə vidalaşıb.
İlk qarşılaşma da ispanların qələbəsi ilə yekunlaşmışdı - 3:2.