Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında II dövrəyə start verilib.
Fanat.Az xəbər verir ki, dövrənin ilk turu “Neftçi” - “Murov” oyunu ilə başlayıb. “Sərhədçi” İdman Olimpiya Mərkəzində baş tutan matçda ikincilər əzmkar qələbə qazanıblar - 3:2 (25:23, 29:27, 15:25, 23:25, 10:15).
Ardınca eyni arenada MOİK və “Sərhədçi” komandaları münasibətlərinə aydınlıq gətiriblər. Rəqibini 3:1 (25:21, 23:25, 25:12, 25:18) hesabı ilə məğlub edən ordu klubu 12 xalla liderliyə yüksəlib.
11 xalı olan "Murov" ikinci, 10 xala sahib "Neftçi" üçüncüdür. "Express" 3 xalla 4-cü sırada qərarlaşıb. Xalı olmayan "Sərhədçi" isə sonuncudur.