Bu gün qadın voleybolçular arasında Azərbaycan Super Liqasında III dövrəyə start veriləcək.
Fanat.Az xəbər verir ki, VII tur çərçivəsində iki matç baş tutacaq. Azərbaycan Voleybol Federasiyasının idman zalında ilk olaraq "Azərreyl" “Murov”la üz-üzə gələcək.
Ardınca isə meydan lider "Abşeron"la autsayder UNEC-in ixtiyarına veriləcək.
Qeyd edək ki, pandemiya səbəbindən karantin qaydalarına uyğun keçirilən oyunlara azarkeşlər buraxılmayacaq.
Super Liqa
VII tur
18 fevral
16:00. “Azərreyl" –“Murov”
Azərbaycan Voleybol Federasiyasının idman zalı
18:00. “Abşeron" - UNEC
Azərbaycan Voleybol Federasiyasının idman zalı
Turnir cədvəli: "Abşeron" - 18 xal, "Azərreyl" - 8, "Murov" - 6, UNEC - 4.