02:42 24.05.2020 165

“Yanına çağırıb dedi ki, ağzınla quş tutsan da, səni oynatmayacam” - MÜSAHİBƏ

Koronavirusa görə ölkə futbolunda yaranmış fasilə daha çox vaxtilə trbunadakıların alqışını qazanan, bu gün sevdiyi peşədən uzaq düşən sabiqlərin işinə yaradı. Rövşən Əhmədov, Fazil Pərvərov, Mehman Alışanov, Samir Zərgərov, Mübariz Abbasov və başqalarının müsahibəri mətbuat səhifələrini bəzədi. Oxuduqca köks ötürdük, barmağımızı dişlədik, gözlərimiz kəlləmizə çıxdı. Vaxtilə premyer-liqada top qovan oyunçuların bir çoxu bu gün futboldan uzaq düşüb. Ailəsini dolandırmaq üçün özünə qazanc yeri tapıb. Budəfəki müsahibimiz uzun illər premyer-liqada çıxış etmiş Vüsal Qarayevdi.

- Bir çox keçmiş futbolçular kimi səndən də səs-soraq yoxdu. Nə edirsən, haralardasan?
- Artıq iki ildi futbolla qurtarmışam.

- Səhv etmirəmsə, sonuncu dəfə "Qaradağ-Lökbatan”da oynamışdın…
- Yox, "Şüvəlan”a getmişdim. 6 ay "Qaradağ-Lökbatan”daydım, qış fasiləsindən sonrakı 6 ayı "Şüvəlan”da keçirdim. Yeni mövsümdə də limit söhbətləri oldu. Ondan sonra da əllərindən gələni etdilər ki, futbolu buraxaq, biz də buraxdıq.

- Nə üçün kürəyini belə tez yerə qoydun? Hər halda, bir neçə il də oynamaq olardı.
- Bu gün premyer-liqada 8 komanda var, pis çıxmasın, az-çox orda da oynamışam. Başqa komandalara keçmək üçün baxışa getməyi deyirlər. Mən də heç vaxt baxışda olmamışam, həmişə birbaşa müqavilə imzalamışam. O vaxt elitadakı komandaların sayı çox idi. Dedilər ki, gəl, baxaq. Amma adam getmək istəmir də. Belə başa düşdüm ki, oyunla bağlı söhbət deyildi. Yer varsa, götürürlər, yoxdusa, sən nə istəyirsən elə, deyirlər ki, yox. Oynadığım dövrlərdə belə bir şey başıma gəlməmişdi, getdiyim komandalardan göndərilməmişdim deyə, bir az da onun çəkingənliyi oldu ki, birdən gedərəm, nəsə olar, qoy elə burda bitirim.

- Məşqçilik etmək, kateqoriya almaq barədə düşünmürsən?
- Cahangirlə (Həsənzadə) AZAL-dan tanışam. O təklif etdi ki, bəlkə gəlib oxuyasan. Futbolu atandan sonra ticarətdə dostum var, Əfqan Nağıyev, bir yerdə futbol da oynamışıq, o təklif etdi ki, gəl, bir yer götürək. Mən də bir dükan götürdüm, başladım işləməyə.

- İndi nə işlə məşğul olursan?
- O dükanda işləyirdim, təzə bağlamışam, iki ay olar. Belə calaq-culaq işləri.

- Futboldan tam ayrılmısan?
- Hə, qardaş, futboldan tam ayrı düşmüşəm.

- Biznesin də uğursuz?
- Uğursuz deməzdim, götürdüyüm mağazada sahibkarla hər şey yaxşı idi, sonra icarənin qiymətini qaldıracağını dedi, ona görə sözümüz düz gəlmədi. Sonra da karantin müddəti çıxdı ortaya, ona görə risk etmirəm. Karantindən sonra yenə də işə başlamaq istəyərəm. Sözün açığı, fikrimdə karantindən sonra kateqoriya təhsili almaq da var. Amma hələ ki elə konkret fikrim yoxdu. Karatin qurtarsın, sonra qərar verəcəm.

- Hansı rahatdı, 600-700 manata uşaq futbolunda məşqçi işləmək, yoxsa ticarət?
- Sözün açığı, hərəsinin öz çətinlikləri var, amma futbol sahəsində olduğum üçün mənə elə gəlir ki, uşaq futbolunda işləmək, məşqçi kimi başlamaq daha asan olar. Yəni həmişə futbol oynayandan sonra birdən-birə ticarət çətin oldu, sözün açığı. Amma nə edək, həyatdı, bir yerdən başlamalısan. Ticarətin əziyyətlərini görəndən sonra düşündüm ki, futbol bundan bir balaca asan olardı, irəliləyə bilərdim. Amma onu da düşünürəm ki, gedib oxumaq üçün vaxt lazımdı. O vaxt da yoxdu, ailəni dolandırmaq lazımdı. Elə bir vaxtım olmadı ki, hər şeyi atıb, gedim oxuyum.

- Bu qədər veteran futbolçu, elə siz cavanlar da futbolu buraxıb, işsiz qalmısız. Hərə bir yerdədi, biri taksi sürür, biri ticarətdə çörəyini qazanır. Səncə, bunun səbəbi nədi? Klub sayının azlığı, yoxsa futbol rəhbərlərinin köhnə futbolçuları düzgün yönəltməməsi?
- Yox, qardaş. Keçmiş futbolçuların hamısıyla danışırıq. Bir-birimizə sual veririk, hamımız səhv etdik ki, belə oldu? Premyer-liqada kifayət qədər oyun keçirmiş uşaqlar var ki, dediyiniz kimi, taksi sürür, ya nə bilim, kənarda qalıb. Bir az da struktur səhv qurulub. Mən bir klubda oynayıramsa, karyeramı orda qurtarıramsa, orda bir nəfər mənə deməlidi ki, sən burda əziyyət çəkmisən, neçə il stajın var, gəl, biz ödəniş edək, get oxu. Bir az da onların dəstəyi olmalıdı ki, futbolçular ordan çıxandan sonra öz peşələrində ola bilsinlər. Mən Muammer Ərdoğdu ilə danışıram ("Turan”ın sabiq müdafiəçisi), xeyli vaxtdı dostluq edirik. Onu qoymurlar futbola, zədəsi var deyə. Deyir, futbolu buraxım, qoymurlar, deyirlər, gəl 6 ay səni müalicə edək, ondan sonra istəyirsən göndərək bizim aşağı yaş komandalarında məşqçi işlə. Görürsən ki, Türkiyədə dəstək olurlar, amma bizdə zədələndin, məşqə gedəndə soruşurlar ki, necəsən, oynaya bilərsən? Oynaya bilmirsənsə, məvacibini salırıq, müqavilə müddətini uzatmırıq. Sənin də başqa əlacın qalmır, məcbursan uzaqlaşıb, gedib həyatını qurasan. Mən futbolçularda elə bir səhv görmürəm. Təbii ki, hamı uşaqlıqdan sevdiyi peşədə qalmaq istəyir. Amma bunun üçün heç bir şərait yaradılmayıb. Bu gün Azərbaycan futbolunda varsansa, sağlamsansa, bunlara lazımsansa, hə, salam-əleyküm olur. Yox, axsayırsansa, onda get öz başının çarəsini tap. Ona görə də belə olur.

- Tovuz futbolunun gələcəyini necə görürsən? İşıq yeri var?
- Var. Orda uşaq futboluna bir az təkan verilsə, nəsə olar. Özünüz də bilirsiz ki, uzun illər istər U-19-da, istərsə də U-21-də, yaxud yığmada tovuzlu futbolçular oynayıb. Amma son vaxtlar o dəstək yoxdu. Tovuzda eşitmişəm, elə adam var, deyir ki, uşağımı futbola niyə qoyum? Gedəcək, oynayacaq, bir-iki il, vəssalam. Amma o vaxt necə idi, baxırdın inkişaf var, klublar səni ala bilər, öz üzərində işləyirdin və irəli gedirdin. Vəziyyət düzəlsə, Bakıdan çox Tovuzda futbolçunun yetişməsi realdı. Çünki sevgi, istək var. Uşaq orda birinci futbol oynayır.

- Səhv etmirəmsə, "Qəbələ”nin premyer-liqada ilk qolunun müəllifisən…
- Düzdü. O vaxt komandanın adı "Gilan” idi. İlk qolu mən vurmuşdum. İmişlidə "MKT-Araz”la oynayırdıq, görüş 4:1 hesabı ilə başa çatmışdı.

- "Turan”, "Muğan”, "Rəvan”, AZAL-la yanaşı, bir də müəmmalı "Simurq” karyeran var. Səhv etmirəmsə, "Simurq”da Pokorayla aranda soyuqluq var idi...
- O vaxt premyer-liqada "Turan”ın heyətində 10 qol vurmuşdum. Dərhal "Simurq”dan təklif aldım və müqavilə də bağladıq. Bir gün Roman Pokora çağırdı yanına ki, səni cavan futbolçu kimi almışdıq, amma bəribaşdan deyirəm, ağzınla quş tutsan da, mən səni oynatmayacam. Tək mənə yox, ordakı iki-üç nəfər yerli uşağa açıq şəkildə belə dedi. Biz də "oynatmırsan-oynatma, onsuz da müqavilə bağlamışıq, pulumuzu alırıq” dedik. Çünki başqa variant yox idi, çempionat başlamışdı. 6 ay da orda oynadım, sonra AZAL-dan zəng edib, çağırdılar. Bir misal çəkim, "Simurq”a keçəndən sonra Gürcüstana - toplanışa getmişdik. Orda yoldaşlıq görüşü oynayırdıq, elə oldu ki, Pokora məni əvəzetmədən meydana buraxdı. Çıxdım, 5 dəqiqə keçməmiş qol vurdum. Oyun 1:1 bitdi, oyundan sonra baş məşqçi gəlib dedi ki, nə olsun qol vurmusan, onsuz da bilirsən də, oynamayacaqsan. Bir az da azərbaycanlı futbolçular bəzi legioner məşqçilərin əlinə düşdükdən sonra karyeralarında düşüş olub. Bu, tək mənim başıma gəlməyib. Ayrılıqda hər azərbaycanlı futbolçudan soruşsan ki, istedad var, oynayırsan, bəs niyə qabağa getmədin? Cavabında deyə bilər ki, səhlənkarlıq etdim, məşq etmədim, amma məsələ o deyil. Azərbaycan çempionatının içində elə nüanslar var ki, əsas məsələ təkcə futbolçunun inkişaf etməsi deyil. Elə futbolçu tanıyıram, istedadı yoxdu, amma qabağa getdi. Futbolçu tanıyıram ki, istedadı vardı, heç nə ilə yadda qalmadı, itdi-batdı. Bu, təkcə futbolçunun özündən asılı deyil. Əsas məsələ inam, dəstəkdi. 16 yaşımdan 28 yaşıma kimi elitada oynamışam. "Qab”ımda nəsə olmasaydı, yəqin 12 il oynamazdım. AZAL, "Turan”, "Rəvan” kimi klublar olub karyeramda, hansısa tapşırıqla getməmişəm. Çağırıblar, müqavilə bağlayıb getmişəm. Bəs 27-28 yaşdan sonra nə oldu?
 

 
Həbib, "Futbol+" qəzeti
Oxşar xəbərlər

Xəbər lenti

25 May 2020
14:15

Avroliqa prezidenti mövsümün ləğvini təklif etdi

14:10

İTTİHAM: "Zeynəb Məmmədyarova evimi əlimdən almaq istəyir"

13:12

"Qarabağ" 766 komanda arasında 12-ci oldu

12:47

Vəli Qasımov: "Dedilər ki, dəlisiz, belə necə içirsiz?"

12:14

"Dabonun "Neftçi"dən ayrılması..." - AÇIQLAMA

11:40

Benites yenidən "Nyukasl"da?

11:15

"Deyəsən, biz, həqiqətən də, axmağıq" - Klub prezidenti

11:04

Azərbaycan klubunun 4 futbolçusu koronavirusa yoluxdu

10:38

İtaliyada futbolçular oyunların günorta saatlarında keçirilməsinə qarşıdı

10:20

Ronaldunun sevgilisi hovuzda çəkilmiş yeni FOTO paylaşdı

10:17

"Mançester Yunayted"dən ayrılır - Çində oynayacaq

09:55

Futbolçunun sevgilisi özündən daha titullu idmançıdı - FOTOLAR

09:34

"Layptsiq"dən beş, "Auqsburq"dan üç cavabsız qol - VİDEOLAR

09:10

"Klopp, bəlkə, artıq Verneri transfer edəsən?"

24 May 2020
23:44

Belarus Kubokunun sahibi müəyyənləşdi

22:06

Zinəddin Zidan cərimələnə bilər

19:57

Bundesliqa: "Maynts" öz meydanında biabır oldu

18:23

Futbolçunun transseksual həyat yoldaşı aylıq qazancı ilə rekord qırır - FOTOLAR

18:01

Futbolçu təcavüzdə ittiham olunur: Qadının içkisinə dərman atıb...

16:49

"Xəzər Lənkəran"ın heç vaxt belə şeylərdə əli olmayıb"

15:02

Fariz Nəcəfov: "Heç kim Premyer Liqanı tərk etməməlidi"

14:38

Dünya çempionu "Milan" yolunda

14:13

Məşhur idmançı keçmiş xanımını döydü, həbs olundu - FOTOLAR

12:23

Asmir Beqoviç yenidən "Qarabağ"da?

12:19

İki qəza: Biri karyerasını, biri həyatını bitirdi

12:13

"Fənərbaxça"nın ulduzu və xanımı çılpaq FOTOsunu paylaşdı

11:31

Əkrəm İmamoğlunun həyatını dəyişən adam: "Komandaya götürmədim, gedib sədr oldu"

10:51

Dünya çempionu qızıl medalını satdı

09:51

Mahir Emrelidən bacısına təbrik - FOTO

09:43

Azərbaycan futbolunda gülməli və maraqli hadisələr - VİDEO

09:22

Mübariz Mənsimovdan TƏBRİK

02:42

“Yanına çağırıb dedi ki, ağzınla quş tutsan da, səni oynatmayacam” - MÜSAHİBƏ

23 May 2020
22:59

Serb hücumçu sevgilisinin yanında intihar etdi

22:30

Bundesliqa: "Bavariya" 5 qolla qazandı

20:30

"Bavariya" və "Mançester Yunayted"in 20 yaşlı futbolçu uğrunda mübarizəsi

19:20

UFC 250-nin posteri - FOTO

18:10

"Barselona" satmaq istəyir, futbolçular getmir

17:54

Məşhur xanım idmançı çimərlik geyimində göz qamaşdırdı - FOTO

17:32

UFC-nin ən yaxşı döyüşçülərini açıqladı: Həbib birincidi

17:08

Koronavirusa yoluxan Anar Cəfərsoy son durumundan danışdı

17:00

Məşhur azarkeş barabanını satışa çıxardı - Maddi vəziyyəti pisdi (FOTO)

16:49

Baş nazir La Liqanın başlayacağı tarixi açıqladı

16:30

"Hər iki "El Klasiko"da "Real" "Barselona"dan üstün idi"

16:01

Yeni mövsümün başlama tarixi bəlli oldu

15:25

Xorvat mütəxəssis: "Azərbaycan güclü futbol ölkəsidi"

15:05

"Nyukasl" dünyanın ən bahalı müdafiəçilərindən birini transfer etmək istəyir

15:01

Avropanın əfsanəvi kapitanları açıqlandı - Rəşad Sadıqov da var

14:59

"Qəbələ"nin futbolçusu: "3 ay pul verməsələr belə, heç bir problem yoxdu"

14:40

Nazirlikdən veteran idmançılara dəstək - FOTOLAR

14:15

Poçettino qayıdır: "Başqa ölkələrdən gələcək təklifləri dəyərləndirməyə hazıram"

13:39

"Xəzər Lənkəran" uduzmağımız üçün 250 min dollar təklif etdi"

13:36

Mourinyu Quardiola ilə arasında baş verənlərə aydınlıq gətirdi: "Sevinmək üçün tələsməyin" - VİDEO

13:01

"Barselona"nın futbolçusu "Mançester Siti"yə keçmək qərarına gəlib

12:52

Təqibçiləri cazibədar idmançının çimərlikdəki FOTOLARını dəyərləndirdi

12:20

Bundesliqada bu gün: "Bavariya" "Ayntraxt"a, "Borussiya" "Bayer"ə qarşı

11:54

Sabiq "Qarabağ"lı İstanbul nəhənginin formasını geyinəcək!

11:50

"İnter" PSJ-yə "yox" deyəcək

11:43

Holandın şəxsi məşqçisi maraqlı fakt açıqladı

11:25

"Nyu-York Niks" əfsanəsi Patrik Yuinq koronavirusa yoluxub

11:03

Millimizin futbolçusu yol qəzasına düşdü - FOTOLAR

10:52

Millimiz karantin qaydalarını pozdu - VİDEO

10:41

"Hafiz Məmmədov futbolda yoxdusa, “Bakı”nın bazası dağıdılmalıdı?"

10:40

DÇ-2018-in qızıl medalını hərracda satdı - 66 min avroya

10:15

Tanınmış məşqçi dünyasını dəyişdi

09:35

"Neymarın məşqçisi olmaq istəyərdim" - Setyen

09:00

Berlin derbisində darmadağın - VİDEO

08:41

"Neftçi" direktorla yolları ayırdı - ÖZƏL

22 May 2020
23:02

Paşayev qələbə ilə başladı

22:36

Nazarov bu tur da meydanı qolsuz tərk etmədi

21:00

Malafeyevin xanımı yarıçılpaq FOTOsunu paylaşdı

Facebookdan bizi izləməyi unutmayın.