Almaniyanın Kottbus şəhərində idman gimnastikası üzrə Dünya Kuboku start götürüb.
Fanat.Az xəbər verir ki, ilk gün baş tutan təsnifat yarışlarından sonra Azərbaycanın gimnastı Nikita Simonov halqalarla hərəkətdə yarışın finalına yüksəlib.
Bu barədə Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Azərbaycan komandası yarışa Simonovdan başqa, İvan Tixonov, Rəsul Əhmədzadə, Murad Ağarzayev, Nazənin Teymurova və Dəniz Əliyeva qatılıblar.
Qeyd edək ki, Dünya Kuboku fevralın 23-də başa çatacaq.