Almaniyanın Kottbus şəhərində idman gimnastikası üzrə Dünya Kubokunda ilk mərhələnin yarışları keçirilib.
Fanat.Az xəbər verir ki, Azərbaycanın gimnastı Nikita Simonov halqalarla hərəkətdə finalda mübarizə aparıb.
Millimizin üzvü 2-ci yeri tutaraq gümüş medal qazanıb.
Qeyd edək ki, Dünya kubokunun növbəti mərhələsi martın 6-9-da Bakıda olacaq.