Tokio Olimpiadasının bürünc mükafatçısı, kanadalı Evan Danfi Slovakiyanın Dudinse şəhərində keçirilən yarışda 35 kilometr məsafəyə yürüşdə yeni dünya rekordu müəyyənləşdirib.
Fanat.Az xəbər verir ki, o, məsafəni 2:21:40-la tamalayıb.
Kanadalı idmançı yaponiyalı Masanori Kavanoya məxsus əvvəlki rekordu 7 saniyə fərqlə yeniləyib.
Danfinin rekordu Dünya Atletika Assosasiyası tərəfindən təsdiqlənməlidir.
34 yaşlı Evan Danfi Tokio Olimpiadasının (50 km) bürünc mükafatçısıdır. O, həmçinin 2019-cu il Dünya Çempionatında (50 km) bürünc medal qazanıb.