15:25 05.03.2019 1456

Baş katibin qanunsuz əməlləri ifşa olundu – Məşqçilərin puluna şərik olurmuş

Sərbəst güləş üzrə qadınlardan ibarət Azərbaycan millisinin sabiq bolqarıstanlı məşqçiləri Filip Manolov və Simyon Atanasov baş prokuror Zakir Qaralov və Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət ünvanlayıb.

Fanat.Az ONA-ya istinadən xəbər verir ki, Manolov müraciətində Güləş Federasiyasının baş katibi olmuş Əjdər Cəfərov tərəfindən dələduzluğa məruz qaldıqlarını iddia edir:"2014-cü ilin mayın 1-dən sərbəst güləş üzrə qadınlardan ibarət yığmanın məşqçi təyin olunmuşam və oktyabradək 5 ay müddətində məşqçi kimi işləmişəm. Qızım Elis Manolova 2014-cü ildən güləş üzrə Bolqarıstan yığma komandasından Azərbaycanın yığma komandasına transfer olunub və Azərbaycanın bayrağı altında çıxış edib.

Mənim aylıq əmək haqqım 2500 ABŞ dolları olub. Lakin həmin vaxt federasiyasının baş katibi olan Əjdər Cəfərov qarşımda şərt qoydu ki, əmək haqqımın yarısını, yəni 1250 ABŞ dollarını hər ay ona verməliyəm. Əks təqdirdə məni işdən azad edəcəyi ilə hədələdi. Məcburiyyət qarşısında qalıb, həmçinin qızımın karyerasına görə 5 ay müddətində onun qoymuş olduğu qayda ilə işlədim. Sonuncu dəfə mən pulu verəndə ona etirazımı bildirdim və dedim ki, gələn aydan pulu ödəməyəcəyəm. Belə olan halda, 2014-cü ilin oktyabr ayında o, məni məşqçi kimi işdən azad etdi və ultimatum verdi ki, mən Azərbaycanı tərk etməliyəm, əks təqdirdə mənə problemlər yaradacaq. Buna görə də mən Bolqarıstana qayıtmağa məcbur oldum”.
Mütəxəssis həmçinin iddia edir ki, bundan başqa, Əjdər Cəfərov Elis Manalovanın əldə etdiyi nailiyyətlərlə görə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ayrılan pul mükafatını da mənimsəyib.

Atanasovun imzaladığı müraciətdə isə baş katibə 100.000 ABŞ dolları verdiyini iddia edib: "Mən 2013-2014-cü illərdə Azərbaycan Güləş Federasiyasında əvvəl kişilərdən ibarət komandada, 2015-2017-ci illərdə qadınlardan ibarət yığmada məşqçi kimi fəaliyyət göstərmişəm. İşlədiyim dövrdə güləş üzrə Avropa və dünya çempionatlarında məşq etdirdiyim idmançıların göstərmiş olduqları nailiyyətlərə görə bizə müxtəlif məbləğlərdə pul vəsaiti şəkilində mükafatlar ödənilib. Həmin dövrdə Azərbaycan Güləş Federasiyasının baş katibi vəzifəsində işləmiş Əjdər Cəfərov mənim qarşımda şərt qoyub ki, mən aldığım mükafatın 50 faiz hissəsini hər dəfə ona verməliyəm. Əks təqdirdə, məni işləməyimə imkan verməyəcəyi ilə hədələdi. Mən məcburiyyət qarşısında qalıb, hər dəfə aldığım mükafatların yarısını ona verirdim. Mənim Əjdər Cəfərova verdiyim pulların ümumi məbləği 100.000 ABŞ dolları olub. Bundan başqa, Əjdər Cəfərov 2015-ci ildə Bakı şəhərində keçirilən Birinci Avropa Oyunlarının qalibi olan tələbəm Anjela Doroqana da ödənilməli olan mükafatın 60.000 ABŞ dollarını alıb”.

Hər iki məşqçi müraciətlərinin sonunda Əjdər Cəfərovun qanunsuz əməllərinə hüquqi qiymət verilməsini və onun tərəfindən mənimsənilən pullarımın qaytarılmasını xahiş edib.

 

Fanat.Az

Oxşar xəbərlər

Xəbər lenti

04 İyul 2020
23:27

Fərid oynadı, bəs Samir hanı?

23:22

Nicat yenə qol vurdu, komandası...

23:16

"Traktor" qələbə qazandı

22:15

"Barselona"da növbəti ayrılıq

21:30

Pelleqrini yenidən La Liqada?

20:26

Azərbaycanlı futbolçu Estoniyada kubok qazana bilmədi

20:25

"Fənərbağça" "Barsa"nın iki futbolçusunu birdən transfer edir

19:10

A Seriyası: "Yuventus" "Torino"ya qarşı, "Milan" "Latsio" səfərində

18:55

"Qalatasaray"ın Arda Turan planı açıqlandı

18:20

Kalates "Panatinaikos"dan ayrıldı - "Barselona"ya keçir

17:54

"Keşlə"də yeni müqavilə

17:35

La Liqa: "Real" "Atletik"ə, "Barselona" "Vilyarreal"a qarşı

17:19

Super Liqa klubu baş məşqçisini istefaya göndərdi

17:00

"Real"ın ulduzu "Atletik"lə oyunu da buraxacaq

16:13

"Neftçi"dən ayrılan futbolçu: "Bu, yaxşı vidalaşma deyil"

16:01

Narkotikdən imtina edən Maradona içkiyə qurşanıb

15:51

Messi "Barselona"dan ayrılırmı? - Setyendən açıqlama

15:28

PL: "Arsenal" "Vulverhempton" səfərində, "Çelsi" "Uotford"a qarşı

15:22

İngilis mütəxəssis Azərbaycanı tərk etdi

14:41

Ermənistan futbolunda qalmaqal: 58 nəfər oyun alqı-satqısında günahlandırılır

14:17

Koronavirusa yoluxan idmançı müalicədən sonra güzgüdə özünü tanımadı - FOTOLAR

13:58

"Messi və Ronaldu "Yuventus"da? Möhtəşəm olardı"

13:24

"Bavariya", yoxsa "Bayer"? - Almaniya Kubokunun qalibi müəyyənləşir

12:45

Azərbaycanda daha bir yarış təxirə salındı

12:40

Balotelli karyerasını Argentinada davam etdirə bilər

12:32

"Neftçi" 3 futbolçuyla danışıq aparır - ADLAR

11:58

Elmar Baxşıyev: "Ümid edirəm ki..."

11:44

Sneyder qayıdır - Bu klubdan təklif var

11:34

Mövsümün sonunda futbolla vidalaşacaq

11:13

Donald Gerye: “Qarabağ"a qayıtmaq ən yaxşı variant idi”

10:47

Millimizin futbolçusu cəzalı duruma düşdü

10:33

"Barselona" Qrizmannı "Yuventus"a təklif edib

10:03

Messi "Mançester Siti"də?

09:59

İngiltərə klubu millimizin futbolçusunu istəyir

09:41

De Rossi İtaliya A Seriyasında baş məşqçi olacaq

09:10

"Atletiko"dan üç cavabsız qol - VİDEO

08:20

Vaqner Lavın tərk etmədiyi Lene Pires - FOTOLAR

00:25

Kim gəlir, kim gedir? - Elitanın yay "bazarlığ"ı

00:09

Nağıyev Moldovada tarixə düşdü

03 İyul 2020
23:14

Qazaxıstan çempionatı dayandırıldı

21:30

Holand forma nömrəsini dəyişdi

20:35

Kapitan "Barselona"dan ayrıldı

19:20

"İnter" Sançesə görə 20 milyon avro ödəməyə hazırdı

18:59

"Neftçi"dən ayrılan hücumçu Cənubi Kipr klubunda

18:25

Premyer Liqada ayın məşqçisi kim olacaq? - Namizədlər

17:50

"Barselona"nın futbolçusu üçün mövsüm bitdi

17:17

"De Bröyne dünyanın ən yaxşı yarımmüdafiəçisidi" - Quardiola

16:58

Fariz Nəcəfov: "Tələsik qərarlara ehtiyac yoxdur"

16:16

PL-də ayın ən yaxşı oyunçusu adına namizədlər: "Liverpul"dan heç kim yoxdu

15:52

"Qarabağ"dan ayrılan futbolçu Azərbaycanla vidalaşdı

15:50

"Qəbələ"nin prezidenti açıqladı: Baş məşqçi kim olacaq?

15:27

Nurməhəmmədov dünyasını dəyişdi

15:09

"Həbiblə döyüşdə Qetjiyə azarkeşlik edəcəm"

15:01

"Barselona"nın futbolçuları Xaviyə müraciət etdilər

14:29

Serena Uilyams 2 yaşlı qızı ilə birlikdə məşq etdi - FOTOLAR

14:27

AFFA-nın Roy Kinə təklif etdiyi məbləğ açıqlandı

13:36

"Liverpul" "Arsenal"ın antirekordunu təkrarladı

13:05

"Atletiko"nun yeni forması - FOTO

12:45

"Sabah"ın yeni baş məşqçisi məlumdu - ÖZƏL

12:42

Aygün Kazımovanın qızı braziliyalı futbolçu ilə əylənir - VİDEO

12:38

Vaqner Lav Qazaxıstan klubunda!

12:33

Zidan Messinin "Barselona"dan ayrılmasını istəmir

12:16

"Qəbələ"nin legioneri Azərbaycanı tərk etdi

12:03

Alisa Şmidt gözəlliyini belə göstərdi - FOTO

11:48

"Bavariya"nı "Liverpul"a dəyişir

11:33

"Sabah" baş məşqçisini istefaya göndərdi

11:30

Sane rəsmən "Bavariya"da - FOTOLAR

11:14

Roy Kin Azərbaycanda yaşamaq istəmir

10:57

"Fənərbağça"nın yeni baş məşqçisi müəyyənləşdi

10:53

"Barsa" Xavi ilə razılaşdı - ƏMƏKHAQQI AÇIQLANDI

Facebookdan bizi izləməyi unutmayın.
X  No Image