20:56 28.02.2020 354

Elxan Məmmədov veteranlar üçün pulu klublardan istəyəcək - MÜSAHİBƏ

Futbol Veteranları İttifaqının (FVİ) sədri Oqtay Abdullayev "Report"a müsahibə verib.

 

Fanat.Az həmin müsahibəni təqdim edir:


- Bu gün FVİ-nin təşəbbüsü ilə veteranların görüşü keçirilb. Əvvəlcə yığıncaq barədə fikirlərinizi bilmək maraqlı olardı…
- Təşəbbüs bizdən – Veteranlar İttifaqından gəldi. Görüş ölkə futboluna dəstək üçün təşkil olunmuşdu.

- Bu görüşdən sonra veteranlar arasında buzların əridiyini söyləmək olarmı?
- Nə buz var idi ki, ərisin?

- Nazim Süleymanovun sədri olduğu Həmkarlar İttifaqı ilə sizin başçılıq etdiyiniz qurum arasındakı narazılığı nəzərdə tuturuq...
- Orada Həmkarlar İttifaqının məsələsinə baxılmırdı. Görüşdə müzakirə olunan əsas məsələlər veteranların futbol sahəsində işləməsi, onlara pul yardımının verilməsi idi. Yenə deyirəm, mənim Nazim müəllimlə heç vaxt ədavətim olmayıb. Veteran futbolçudur, dahi oyunçulardan biri olub. FVİ sədri olaraq, ora bütün veteranları dəvət etmişdim. Burada hər hansı ayrı-seçkilik ola bilməz. Məqsədim veteranları bir araya gətirmək idi. Ola bilər ki, kimsə kimdənsə incisin. Bunların hamısını aradan götürüb, birlikdə Azərbaycan futboluna dəstək olmalıyıq.

- Dediyiniz inciklik aradan götürüldü?
- Niyə götürülməsin ki?! Mən Nazim Süleymanovla görüşdüm. O, özü də hamı ilə salamlaşdı. Tədbirdən sonra yenə öpüşüb-görüşdük. Aramızda heç bir problem yoxdur. Sadəcə, şişirdirlər.

- Fotolardan görünür ki, bir çox veteranın geyimində nişan olsa da, Nazim Süleymanov və Həmkarlar İttifaqının üzvlərində həmin nişandan yox idi. Bu, nə ilə bağlı idi?
- Tək onda deyil, çoxunda yox idi. Onların adlarını yazmağı çatdırmadıqları üçün belə alındı.

- Nazim Süleymanov tədbirdə çıxış edib. O, nədən danışdı?

- Bəli, çıxış etdi, veteran futbolçu kimi öz fikirlərini bildirdi. Heç bir problem yaranmadı. Bilirsiniz, bizdə belədir: Veteranlar yığışmayanda deyirlər ki, yatıblar. Yığışanda isə deyirlər ki, niyə yığışıblar. FVİ ilk gündən işləyir. Bir veteran deyə bilməz ki, Oqtay Abdullayev ona imkanı daxilində kömək etməyib. Bütün veteranlara hər bir işdə kömək edirəm. Amma hamıya kömək etmək də olmur. Veteranlar bir deyil, iki deyil. Təkcə bugünkü tədbirə 200-dək veteran yığışmışdı.


- Bildirdiniz ki, görüşdə müəyyən müzakirələr oldu. Daha çox hansı məsələnin üzərində dayandınız?

- Veteranların statusunu təyin etmək, onları işlə təmin etmək, federasiya ilə əl-ələ işləmək, veteran futbolçuları regionlardakı oyunlara cəlb etmək, onların bilik və bacarıqlarından yararlanmaq kimi məsələləri müzakirə etdik.

- Az öncə qeyd etdiniz ki, görüşdə veteranlara maddi yardım göstərmək təklifi də irəli sürüldü...
- Dünyada heç bir federasiya veteran futbolçuya pul ayırmır. Sağ olsunlar, bizə bu şəraiti yaradırlar. Bir çox ölkədə veteranlara pulu klublar verir. Bizdə isə bu işi yalnız "Neftçi” görür. Biz istəyirik ki, bütün klublar versin. Elxan Məmmədov dedi ki, mən klub rəhbərləri ilə danışaram, çalışarıq, veteranlara pul köçürsünlər. Bunu müzakirə edəcəklər. Alınsa, yaxşı olar. Çünki veteranların da xeyir-şər işləri, ad günləri var.


- Həmin pulun veteranlara aylıq məvacib kimi verilməsi nəzərdə tutulur?
- Hələ bunun detallarını dəqiqləşdirməmişik. Birdəfəlik yardım kimi olmasını istəyirik. Klublardan bunu xahiş edəcəyik.

- Görüşdə veteranlara təqaüd verilməsi məsələsi də müzakirə olundu?
- Yox, belə bir müzakirəmiz olmadı. Təqaüdün hansı veterana verilib-verilməməsini müəyyənləşdirməkdən öncə onun statusuna aydınlıq gətirilməlidir. Elə veteran var ki, yığmada 50 oyun keçirib, eləsi də var ki, çox az oynayıb.

- Veteranlar görüşdən hansı təəssüratla ayrıldı?

- Hamısı razı qaldı. Bu gün müzakirə etdiyimiz məsələlər masa üzərində qalmayacaq. Gələn həftə AFFA rəhbərliyi ilə yenidən görüşəcəyəm. Onlar da klublarla danışacaqlar. Veteranlar kənarda qalmamalı, onların əziyyəti itməməlidir. Futbolda öz olanlar diqqətdən yayınmamalıdır. Elə futbolçu var ki, beznesə qoşulub. Biz ona nə kömək edək?

Oxşar xəbərlər

Xəbər lenti

01 Aprel 2020
19:25

"Milan" oyunçularından xəstəxanalara yardım: 1 milyon avro

18:30

"Real" və MY arasında 19 yaşlı futbolçu uğunda mübarizə

18:05

UEFA ÇL və Avroliqa ilə bağlı qərar verdi - Tarix açıqlandı

18:00

UEFA-dan federasiyalara: "Bu mövsüm mütləq başa çatdırılmalıdı"

17:55

Cokoviç karantin günlərində sapılca ilə tennis oynayır - VİDEO

17:30

Dibala koronavirusdan danışdı: "Çox qorxurdum..."

17:11

Azərbaycan millisinin sabiq üzvləri ev dustaqlığına buraxıldı

16:52

PFL-dən gülüş günü ilə bağlı maraqlı FOTOLAR

16:40

"Zirə"nin "top-10"u

16:29

Mbappenin işi məhkəməyə düşəcək

15:49

Çempionlar Liqası və Avroliqanın final matçları azarkeşlərsiz keçirilə bilər

15:48

Ramil Şeydayevin daha bir sabiq klubu dağılır

15:30

Messi ən yaxşı gənc futbolçuların adlarını açıqladı - SİYAHI

14:58

"Venger və Mourinyu ən yaxşı məşqçilərdilər"

14:33

İbrahimoviç "Milan"dan gedir

13:54

Jiru Benzemanın cavabını verdi: "Mən dünya çempionuyam"

13:33

300 min maska, 4 min qoruyucu kostyum... - Dünya çempionundan örnək addım

12:59

Azərbaycanlı futbolçu: "Təmizliklədisə, niyə məşhurlar koronavirusa yoluxur, "bomj"lar yox?"

12:57

"Mançester Yunayted" de Lixtdən əl çəkmir

12:27

Klub prezidenti koronavirusdan dünyasını dəyişib

12:08

UFC tarixinin ən baxımlı əl və ayaq zərbələri - VİDEO

11:48

Puarye Ferqyusona meydan oxudu: "Onu yenə bilərəm"

11:23

"Mənə ən çox çətinlik yaradan hücumçu, yəqin ki, Messi olub" - Van Deyk

10:41

Maaşların azaldılması futbolçuların narazılığına səbəb ola bilər - PL klubları tərəddüd edir

10:34

Eddi İsrafilov: "Film izləmək, kitab oxumaq..."

10:22

UEFA "Bavariya"nı 40 min avro cərimələdi

09:35

Hames Rodriqesin "Real"dakı gələcəyinə aydınlıq gəldi

09:30

Karantindən elə FOTOLAR paylaşdı ki...

09:05

"Real" oyunçuların maaşlarını 10%-dən çox azaltmayacaq

09:00

Ərəblər daha bir məşhur Avropa klubunu alır - 365 milyon dollar

08:30

Pol Qaskoynun övladlığa götürdüyü Byanka - FOTOLAR

01:13

Ciddi zarafatlar zamanı

31 Mart 2020
21:09

Koronavirusa yoluxan məşhur idmançını ələ saldı

20:25

Millimizin karantinə alınan voleybolçuları danışdı

20:05

Aronyanın xanımı vəfat etdi, azərbaycanlı məşhurlar başsağlığı verdi

19:52

Azərbaycanın həbsdə olan məşhur idmançılarından yeni xəbər

19:40

Şəhriyar Məmmədyarov ilk “10-luq”dakı yerini itirdi

19:37

“Sabah” Koronovirusla Mübarizəyə Dəstək Fonduna 50 min manat ödədi - VİDEO

19:34

Altay Əliyev və ailəsi fonda 3000 manat ianə köçürdü

19:30

Dünyanın ən yaxşı gənc futbolçuları - SİYAHI

18:30

MY 130 milyona alacağı ulduza daha nə vəd etdi? - SON DURUM

18:25

"Tottenhem" bütün işçilərinin maaşlarını azaltdı

17:49

Maykl Cordanın həyatından bəhs edən sənədli film apreldə yayımlanacaq - VİDEO

17:29

Bundesliqada 30 aprelə kimi fasilə olacaq

16:57

Çempionlar Liqasının qalibi oktyabrda müəyyənləşəcək

16:26

Dünya və Avropa çempionunun gözəl qızı Ceyd - FOTOLAR

16:22

Dastin Porye Ferqyusonla döyüşdə Həbibi əvəzləməyə hazırdı

15:57

Həbib Ferqyusonu bu vəziyyətə sala biləcəkmi? - VİDEO

15:36

Çempionatlar nə vaxt başlayacaq? - UEFA-nın təklifləri

15:03

Atası kimi klub prezidenti olmaq istəyir - FOTOLAR

15:02

Kobi Brayantın sonuncu oyununda istifadə etdiyi dəsmal 33 min dollara satılıb

14:27

Evdə iki məğlubedilməz

14:23

"Qəbələ"nin futbolçusu: "Bu, mənim üçün vacib addımdı"

14:18

"İtaliya A Seriyası bərpa olunmayacaq" - Totti

13:57

Karantin qaydalarını pozan futbolçu 150 min funt cərimə ödəyəcək - FOTOLAR

13:32

"Borussiya" oyunçusunun transfer qiymətini azaltmayacaq - 110 milyon avro

12:49

"Xəzər Lənkəran" böyük futbola qayıda bilər - RƏSMİ

12:47

Ronaldu satıla bilər - "Yuventus"da koronavirus böhranı

12:33

"Azərbaycan futbolu məni təəccübləndirdi"

12:15

"Barselona" fransız futbolçu ilə yolları ayırır

12:13

Həbsdə olan Mübariz Mənsimovdan xəbər var

11:38

"Koronavirusu zarafata salanlar axmaqdılar"

11:26

Əmirin Çəhrayı Panterası

11:21

21 yaşlı futbolçuya fantastik məbləğ - Rekord qırılır

10:51

"Real"da da maaşların azaldılacağı gözlənilir

10:20

Ferqyusonla döyüşdə Həbibi Castin Qeyci əvəzləyə bilər

09:47

"Barselona" və "Real"ın marağı ona təsir etmir" - Martinesin meneceri

09:44

"Maaşların azaldılmasını Messi təklif etdi"

09:23

Fransalı jurnalistlər Messidən inqilabçı düzəltdi - FOTO

09:15

Özil ata oldu - FOTO

Facebookdan bizi izləməyi unutmayın.