13:45 14.01.2020 1577

Hakim Solmaz Mustafayeva qərəzli, yoxsa təcrübəsizdir?

Nəsimi Rayon Məhkəməsində taekvondoçu Fəridə Əzizova və tanışı Aysel İsgəndərovanın Open.az saytı və jurnalistlərinə qarşı qaldırdığı iddia üzrə məhkəmə iclası keçirilib.

"Report”un xəbərinə görə, hakim Solmaz Mustafayevanın sədrliyi ilə keçirilən proses ötən gün saat 17:45-də başlayıb.

İclasda müdafiə tərəfin vəkili Kamandar Nəsibov məhkəmə-psixoloji ekspertizasının təyin olunması barədə vəsatət verib.

Vəsatətdə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertləri qarşısında aşağıdakı sualların qoyulması xahiş edilib:

1. Əzizova Fəridə Şıxməmməd qızı və İsgəndərova Aysel Cümşüd qızının psixoloji emosional vəziyyətləri necədir?

2. Əzizova Fəridə Şıxməmməd qızı və İsgəndərova Aysel Cümşüd qızının psixi yaşları və fərdi-psixi xüsusiyyətləri, intelektual inkişafı və emosional halları nəzərə alınmaqla onların eyni cinslərə qarşı münasibətləri necədir?

3. Əzizova Fəridə Şıxməmməd qızı və İsgəndərova Aysel Cümşüd qızı eynicinsli hesab oluna bilərmi?”

Daha sonra vəsatət müzakirəyə çıxarılıb. Bu zaman vəkil K.Nəsibov söyləyib ki, hazırda saat 18:00 olduğu üçün iş vaxtı başa çatıb, məhkəmə iclası davam etdirilə bilməz: "Mən buna etiriaz edirəm. Çünki hazırda iş vaxtı başa çatdı. Proses növbəti günə təyin olunmalıdır”.

Hakim isə vəkilin etirazına baxmayaraq, prosesin davam etdirilməsinə qərar verib.

Bundan sonra qarşı tərəfin vəkili Yaqub Məmmədli cavabdeh tərəfin qaldırdığı məhkəmə-psixoloji ekspertizası ilə bağlı vəsatətə etiraz edib. O, vəsatətin əsassız olduğunu, təmin olunmamasını istəyib.

Open.az saytı və jurnalistlərin nümayəndəsi isə bunun vacib olduğunu bildirib və vəsatəti əsaslandırıb: "Vəsatətdə qoyulan sualların bu məsələyə birbaşa aiddiyyatı var. Çox xahiş edirəm ki, vəsatət təmin olunsun”.

Buna baxmayaraq, hakim vəsatətin təmin olunmaması ilə bağlı qərar çıxarıb.


Taekvondoçu Fəridə Əzizova (sağda) və tanışı Aysel İsgəndərova (solda)

Prosesdə idmançı və tanışının vəkili işlə bağlı çıxış edib. O, işin halları ilə bağlı qeyd edərkən iddianın təmin olunmasını istəyib.

Məhkəmədə söz alan vəkil K.Nəsibov iddianın əsassız olduğunu, bununla bağlı mətbuatda təkzib verildiyini deyib: "Bu işdə Open.az saytının heç bir günahı yoxdur. Buna görə də iddia təmin edilməməlidir”.

Bundan sonra hakim məhkəmənin müşavirə otağına yollandığını deyib. Lakin vəkil K.Nəsibov buna etirazını bildirib. O qeyd edib ki, indiyə qədər hakim məhkəmə araşdırmasının yekunlaşdırıldığı barədə qərar elan etməyib: "Buna görə də bunlar çıxış sayılmır. Mən buna etiraz edirəm. Çünki mən hələ çıxış etməmişəm. Hazırda məhkəmədə danışdıqlarım tərəflərin izahatları idi. Məhkəmənin müşavirəyə getməsi üçün gərək məhkəmə araşdırılmasının başa çatması elan edilsin və tərəflərə çıxış üçün söz verilsin. Əvvəl məhkəmə araşdırılması başa çatmalıdır, tərəflər çıxış etməlidir və daha sonra hakim müşavirəyə yollanmalıdır”. 

Bundan sonra hakim geri qayıdaraq tərəflərə çıxış üçün söz verdiyini deyib. K.Nəsibov isə öz növbəsində artıq buna lüzum olmadığını, məhkəmənin gedişatında hakimin davranışından sonda hansı qərarın qəbul ediləcəyini güman etməyə əsas verdiyini bildirib.

Sonra hakim müşavirə otağına yollanıb.

Daha sonra hakim Solmaz Mustafayeva qərarı elan edib. Məhkəmə idmançı və tanışının xeyirinə 3 min manat maddi təzminatın təmin olunması, 200 manat ekspertiza xərcləri və 30 manat isə dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə çıxarıb.

Onu da əlavə edək ki, məhkəmə qərarı elan edən zaman iş vaxtı başa çatmışdı, yəni saat 18:40 radələri idi.

Qeyd edək ki, taekvondoçu F.Əzizova və A.İsgəndərova Open.az və jurnalistlərinə qarşı iddia qaldırıb. Onlar iddialarında şərəf və ləyaqətin, işgüzar nüfuzun müdafiəsi, şərəf və ləyaqəti, işgüzar nüfuzu ləkələyən məlumatların təkzib edilməsi və digər tələblər irəli sürüblər.

Maraqlıdır, hakim Solmaz Mustafayevanın bu qədər əsaslandırılmış qeydlərə etinasız yanaşması, məhkəmə iclasını tələsik yekunlaşdırması nə ilə bağlı olub - ya qərarı əvvəlcədən yəqin etməsi, ya da iş gününü tez başa çatdırması ilə?...

Onu da bildirək ki, 40 yaşlı Solmaz Mustafayeva Nəsimi Rayon Məhkəməsinin hakimi vəzifəsinə 2018-ci ilin dekabr ayında təyin edilib. Yəni onun hakimlik təcrübəsi 1 ildir. Ondan əvvəl isə Ədliyyə Nazirliyində çalışıb.


Nəsimi Rayon Məhkəməsinin sədri İlham Cəfərov
Oxşar xəbərlər

Xəbər lenti

10 Avqust 2020
01:52

Azər açılış turunda nə etdi?

01:01

AL: "Neftçi", "Keşlə" və "Sumqayıt"ın potensial rəqibləri bilindi

09 Avqust 2020
23:45

Nurlan darmadağına üzüldü

23:35

Karlos Teves klubu ilə müqavilə yenilədi

21:41

"Qarabağ"ın rəqibi fırtına kimi başladı

21:20

Braziliyalı hücumçu Bakı klubunda - RƏSMİ

17:47

Villian “Çelsi”dən ayrıldı

17:34

Azərbaycanlı idmançı dünya boksunun əfsanəsini döyüşə çağırır - MÜSAHİBƏ

17:31

"Qarabağ"ın rəqibindən iddialı açıqlama: "Kişi kimi mübarizə aparıb..."

16:24

“Sileks”in baş məşqçisindən “Qarabağ” açıqlaması

16:00

Avropa Liqasında ilkin mərhələnin püşkü atıldı - Cütlüklər

15:30

"Qarabağ"ın vitse-çempion rəqibi

15:02

Qurban Qurbanov püşkü dəyərləndirdi

14:36

Çempionlar Liqası: I təsnifat mərhələsinin püşkü atıldı - Bütün cütlüklər

14:20

Matteys de Liqt 3 ay oynamayacaq - SON DURUM

14:18

"Qarabağ"ın Çempionlar Liqasındakı rəqibi müəyyənləşdi

13:34

Azərbaycanlı modelin idman görüntülərini sosial mediada marağa səbəb oldu - VİDEO

13:26

ÇL-də "ən yaxşı" adına namizədlər açıqlandı

12:03

Futbolçu cütlük tətildə - FOTOLAR

11:54

Millimizin üzvü ABŞ-da daha bir qol vurdu

10:09

Edinson Kavaninin yeni klubu müəyyənləşdi

09:28

Messidən gözəl qol, "Barselona"dan qələbə - VİDEO

09:21

"Bavariya" sürprizə imkan vermədi - VİDEO

09:14

Mourinyunun klubundan türk futbolçuya 40 milyon avro

09:00

İşinə görə boksçu sevgilisindən ayrıldı - FOTOLAR

01:37

Çempionlar Liqası: 1/4 finalın bütün cütləri bilindi

01:00

Çempionlar Liqası: "Barsa" və "Bavariya" 1/4 finalda

00:27

"Qarabağ"ın ÇL-dəki rəqiblərinin sayı 4-ə endi

00:24

ÇL-də yeni mövsüm başladı

00:07

Kavani müqavilə bağladı, ildə 9 milyon qazanacaq

08 Avqust 2020
22:56

“Yuventus”un yeni baş məşqçisi müəyyənləşdi - RƏSMİ

21:35

Norveç millisinin ulduzu "Qalatasaray"da - RƏSMİ

21:13

Elxan Məmmədov: "Qələbə üçün əlavə fədakarlıq lazım gələcək"

19:35

"Yuventus" Sarriyə böyük təzminat ödəyəcək - MƏBLƏĞ

18:03

Paytaxt klubunda yeni baş məşqçi

17:39

"Yuventus" Sarrini istefaya göndərdi - RƏSMİ

17:25

"Baku Sportinq" uşaqları ödənişsiz hazırlayacaq

17:11

Mövsümün ən yaxşısı adına namizədlər

16:57

Azərbaycanlıya Gürcüstanda yüksək vəzifə verildi - FOTO

16:17

Koronavirusa yoluxan Mirhüseyn Seyidov: "Ağrılarım azalıb"

15:40

"Qarşımızda qoyulan məqsədlərə çatmışıq" - MÜSAHİBƏ

15:14

“Fənərbağça”nı “Başakşəhər”ə dəyişdi

14:41

Tərlan Əhmədov istefaya göndərildi

14:08

Xanlar Qurbanovun ölüm səbəbi açıqlandı - Koronavirus...

13:31

Premyer Liqada "ən yaxşı məşqçi" adına namizədlər

13:05

Arda Turan "Qalatasaray"a görə iki məşhur klubun təklifindən imtina edib

12:42

PSJ-nin baş məşqçisinin ayağı sındı

12:17

Nicat Qurbanov zədəsindən danışdı: "3 həftə çəkəcək"

11:56

Xaqani Məmmədov "Qəbələ"nin əsas komandasında

11:40

Xanlar Qurbanov dünyasını dəyişdi

11:27

Premyer Liqamızın püşkatma mərasiminin vaxtı bəlli oldu

11:17

Azərbaycanda “transfer pəncərəsi”nin vaxtı dəqiqləşdi

11:09

Azərbaycan Premyer Liqasının startı müəyyənləşdi - PFL açıqladı

10:36

Hovuz kənarından paylaşdığı FOTO böyük marağa səbəb oldu

10:28

"Məsuliyyəti üzərimə götürürəm" - "Real"ın müdafiəçisi

10:03

Ronaldonun qolları "Yuventus"a fayda vermədi - VİDEO

09:50

"Mançester Siti" "Real"ı ÇL-dən kənarlaşdırdı - VİDEO

09:12

Premyer Liqada yay bazarlığı: Kim gəlir, kim gedir? - YENİLƏNİR

08:20

Bu qız özəl plastikası ilə rekordlar qırır - FOTOLAR

02:00

Ronaldu 10 il idi ki, belə aqibətlə üzləşmirdi

01:00

"Qəbələ" məşqçisi ilə vidalaşdı

00:42

"Real" və "Yuventus" ÇL-lə vidalaşdı - YENİLƏNİB

07 Avqust 2020
22:32

Tuhelin ayağı sındı

22:31

Prosineçki özünə iş yeri tapdı

22:26

Səmədov karyerasını bərpa etdi

21:23

Azərbaycanda açıq havada idmana icazə verildi - RƏSMİ

19:29

"Zirə" milli üzvü ilə müqavilə yenilədi

18:19

"Keşlə" yeni transferini açıqladı

18:01

Bakıda çempion olan güləşçi öldürüldü

17:39

UEFA klublarımıza neytral meydanda oynamağı təklif etdi

Facebookdan bizi izləməyi unutmayın.