11:03 21.11.2019 1221

Məmmədovla “süni müsahibə”

AFFA-nın baş katibi Elxan Məmmədov dilə gəldi. Son vaxtlar mətbuatdan qaçan, haqlı tənqidlərin əsas hədəfi olan bu şəxs, nəhayət, Slovakiyada jurnalistlər önünə çıxdı.
 
Lakin iş elə gətirdi ki, brifinqi təşkil edənlər onun 5-6 suala cavab verib, aradan çıxmasına nail oldular. Ona görə də həm müsahibə natamam alındı, əsas problemlərdən yayınmaq mümkün oldu, həm də katib danışıbmış kimi göründü.
 
Bununla belə, hətta alaçiy müsahibə də xeyli mövzu verdi. 12 ildi futbolumuzu ən aşağı səviyyəyə endirən Məmmədovun qovulmayana kimi getmək istəmədiyi, postundan ikiəlli yapışdığı aydın oldu.
 
Məmmədovun bəzi sitatlarının ciddi şərh edilməsinə ehtiyac var. Məsələn, o deyir ki, guya bu, Azərbaycan futbolu tarixində ən çətin qrup imiş. Halbuki rəqibləri güclü göstərən bizim millinin həddindən artıq zəif olması idi. Həmin Macarıstan, Uels və Slovakiyanın hər birindən evdə xal almaq olardı.
 
Düzdü, oyunçuların potensialı baxımından zəifik, AFFA-nın indiki rəhbərliyinin səriştəsizliyi, bir əldə cəmləşdirdiyi klubların yarıtmaz fəaliyyəti nəticəsində ehtiyat qüvvə yetişdirilməyib, uşaq futboluna diqqət yetirilməyib. Lakin heyətin yarısının milliləşdirilənlərdən ibarət olduğunu, Eddi İsrafilov, Renat Dadaşov kimi futbolçuların milyonlar xərclənərək heyətə cəlb edildiyini nəzərə alsaq, çox da bərbad heyətimiz yoxdu. Hətta bərbaddısa da, buna görə həmin futbolçulara niyə bu qədər pulun xərcləndiyi müzakirə olunmalıdı. Milli üçün futbolçular yetişdirmək adı ilə yaradılan "Sumqayıt”ın mövcud olduğu illər ərzində 60-dan çox milliləşənə qucaq açdığı, onların 99 faizinin lazımsız çıxdığı, hazırda heyətinin yarısının yığmaya düşə bilməyən saxta azərbaycanlı olduğunun cavabı verilməlidi.
 
Ən əsası, ciddi beynəlxalq oyun təcrübəsi qazanan, Avropada yaxşı mübarizə aparan "Qarabağ” futbolçularının üstünlük təşkil etdiyi yığma bu qədər aciz olmamalıydı. Nikola Yurçeviç deyil, hətta bacarığı normal olan istənilən yerli məşqçi adını çəkdiyimiz millilərlə ev oyunlarında düzgün taktika, işə doğru münasibət göstərilməsi halında xeyli xal qazanmalıydı. Çırtdan Andorra, Lüksemburq, Lixtenşteynin bizdən daha yaxşı nəticə göstərməsi, qonşulardan gürcülərin 8, ermənilərin 10 xal yığması məhz bunun nəticəsidi. Biz isə seçmə mərhələni 1 xalla başa vurub 25 il öncəki ən zəif nəticəmizi təkrarladıq. Halbuki o zaman ev oyunlarımızı Trabzonda keçirdiyimizdən bugünkü nəticə daha pis sayılmalıdı.
 
Baş katib iddia edir ki, "komanda hər oyun inkişaf edirdi”. Maraqlıdı necə? 8 oyunda 7 məğlubiyyət varsa, ilk oyunda minimal, son matçda 2 top fərqli hesabla uduzuruqsa, bu, inkişaf deməkdi?
 
Yurçeviçin komandaya yeni futbolçular dəvət etdiyini vurğulayan Elxan bəyin kimi aldatmaq istədiyini bilmirik. Normal nəsildəyişmə prosesi getsəydi, hələ də qocaların ümidinə qalmazdıq: "Yurçeviç komandaya gələndə yoldaşlıq oyunu keçirməyə belə vaxt olmadı. Dərhal seçmə mərhələyə başladıq. Bu yaxınlarda Bəhreynə qarşı yoldaşlıq oyunu keçirdik. Digərləri isə rəsmi matçlar idi”. Bax, bu bəhanələrin olacağını hələ məşqçi təyinatı yubanarkən vurğulamışdıq. Elə bu məqam da səriştəsizliyin xəbərçisidi. Nəyə görə yeni baş məşqçini seçmə mərhələnin startı ərəfəsində təyin edirdiz? Bir də Litvayla Bakıda heç-heçə bitən, biabırçı nəticəsinə baxmayaraq, futbolçulara böyük mükafat payladığınız oyunu niyə yaddan çıxarırsız?
 
Elxan bəy nəsildəyişilmə prosesinin başladığını, Slovakiya ilə görüşdə yeni oyunçular gördüyümüzü deyir. Nəsil dəyişməyə seçmə mərhələ qurtaranda başlamırlar, vaxtında islahatı aparır, böyük turnirə mübariz, sınanmış heyətlə gedirlər.
 
"Dekabrda İcraiyyə Komitəsinin iclası təşkil olunacaq. Baş məşqçinin taleyi, gələcək müqaviləsi orada həll olunacaq”. Bu sitatın müəllifi olan baş katib həddini aşaraq İK-nın gündəliyini iclasın tarixi təyin olunmadan bəyan edir. Halbuki hələ rəsmi təsdiq lazımdı. Yurçeviçin taleyinə gəlincə, müzakirəsinə nə ehtiyac var ki? Anlaşmanın müddəti bitib, yola salmaq lazımdı, variant fırlatmaq yox. Komitənin iclasında isə Məmmədovin fəaliyyətinə xitam verilsə, daha yaxşı olar.
 
Tənqidləri qəbul etdiyini, tənqid edənlərin haqlı olduğunu bildirən Elxan bəy bununla belə, futbolda özünü çox komfortlu hiss etdiyini söyləyir: "Peşəm idarəetmədi. Bu gün AFFA-nın rəhbərliyi mənə güvənir və baş katibliyi, idarəetmə işlərini,  tapşırır. Mən bütün bunları edirəm və edəcəyəm. Lakin bəzi məsələlərdə mən sizinlə razıyam. Süni şəkildə tənqidlər var. Təəssüf edirəm ki, bəzən təhqirlərə də yol verilir. Biz sağlam tənqidi normal qəbul edirik. Mən burda mənfi bir şey görmürəm”.
 
Əvvəla, güvənənlərin kimliyi maraqlıdı. İK Məmmədovun sözü ilə oturub-duran adamlardan formalaşıb, elə bu qurumun qərarı ilə əksər səlahiyyətlər məhz ona verilib. Ona görə də özü de-fakto AFFA-nın rəhbəri olan bir şəxs guya ki, özündən böyük rəhbər axtarır. Süni tənqid məsələsində isə Elxan bəy özünü təkərə salıb. Baş katib süni tənqid edilirsə, deməli, yalandan tənqid görüntüsü yaradılır, əslində isə tənqid edilmir. Və bu fakt özü Məmmədovu ifşa edən açıqlamadı. Dərindən düşünən başa düşəcək. Qərəzli, bilərəkdən, məqsədyönlü tənqiddən söz salsaydı, onu müzakirə etmək olardı.
 
İcraiyyə Komitəsində baş məşqçi ilə bağlı müzakirənin ÇOX GƏRGİN keçəcəyini elan edən Məmmədov ekstrasenslik qabiliyyətini ortaya qoyub. Adama deyərlər: haradan bilirsən? Bəlkə elə namizəd olacaq ki, müzakirəsiz təsdiqlənəcək? Yoxsa siyahıya kimləri salacağına artıq indidən qərar vermisən, Elxan bəy? "Yeni təyinat olsa, axtarışlarımız uzun çəkə bilər” deməklə göz qorxudursuz? Yoxsa Yurçeviçi postunda saxlamaq, ona havayı maaş vermək istəyirsiz?
 
Məmmədov prezident olmaq istəyi ilə bağlı deyilənlərə maraqlı cavab verib: "Rövnəq Abdullayev çox aktiv şəkildə futbol sahəsində iştirak edir. Futbolla bağlı məsələlər gündəlik olaraq ona məruzə olunur. Xeyr, mən prezident olmaq istəmirəm. Baş katib vəzifəsində işləməkdən məmnunam”.
 
Əslində, Məmmədov cavabında diplomatiya işlədib, AFFA-nın bacarıqlı prezidenti olduğunu və məsləhət olarsa, yenidən baş katib kimi yeni müqavilə imzalayıb, işinə davam etmək istədiyini deməliydi. O isə sanki yeni prezident axtarır və postunda qalacağına əminliyini ifadə edir. Sən məmnunsan, bəs, səndən məmnundularmı? Əsas odur ki, prezident olmaq istəmədiyini söyləyir. Lakin bunu da sevincək demir, anlayır ki, bu qədər biabırçılığın birbaşa səbəbkarı olduğundan onu prezident seçmək ən böyük məntiqsizlik olar. Rövnəq Abdullayev bir ildi AFFA-nın işlərinə qarışmır, maliyyəni təmin edərək kənarda dayanıb, bütün uğursuzluqların da birbaşa səbəbkarı məhz hədsiz səlahiyyətə sahib Məmmədovdu.
 
Qeyd etdiyimiz kimi, baş katib ayaqüstü, qaçaraq brifinqlə fiaskoyla nəticələnən seçmə mərhələyə yekun vurmaq istəyib. Lakin onun mətbuat qarşısında hesabat vermək borcu var. Yaxşı olardı ki, AFFA belə bir mətbuat konfransı keçirsin, jurnalistlər vaxt məhdudiyyəti olmadan, bütün sualların cavab alsın. Ölkə futboluyla bağlı soruşmalı çox məsələ var. Məsələn...
 
...AFFA Veteranlar İttifaqının Rövnəq Abdullayevə Məmmədovdan şikayət dolu müraciətinə münasibət bildirilməlidi. Yalandımı?
...Qrupun çətinliyi, nəticənin yuxarı-aşağı o qədər də fərq etməyəcəyi bilinə-bilinə, Yurçeviçin baş məşqçi kimi təcrübəsizliyi, Azərbaycan futboluyla bağlı bilgisizliyi nəzərə alınmadan ona layiq olduğundan qat-qat çox maaş verilməsinin izahatı verilməlidi. Niyə?
...Qat-qat güclü rəqiblərlə qarşılaşdığımız deyilir, indi Monqolustan kimi komandaları haradan tapaq? Finlandiyanın da rəqibləri güclü idi, finallara vəsiqə qazandılar. Ermənilərin, gürcülərin də rəqibləri güclü idi, Andorra, Lixtenşteyn, Lüksemburq da eləcə - onların niyə bizdən daha yaxşısına nail oldu?
...Heyətdə kifayət qədər yaşlı futbolçular, onların arasında xeyli milliləşdirilənlər var. 22-25 futbolçuları gənc saymazlar. Uels, Slovakiya, Macarıstan heyətində 18-19 yaşlı gəncləri də oynadırdı. Millimizdə hansı nəsildəyişmədən, gənclərdən söhbət gedə bilər?
...Qonaq komandaları, azarkeşləri qarşılamaq, təhlükəsliklərini təmin etmək mütləqdi. Onlara hansı sektorda yer verilməsi isə bütün Avropada UEFA qaydalarına uyğun tənzimlənir. Heç bir ölkədə qonaq azarkeşlərə özünüzün də komfortlu hiss etdiyiniz futbolda komfortlu yerlər verilmir. Bunu niyə etdiz, Elxan bəy? Şəxsi təbliğatınız üçün görüşdüyünüz britaniyalı səfirə söz vermişdiz?
...Futbol idarəetməsində turizmi düşünmək yaxşı haldır. Bəlkə buna görə millimiz oyunlarda "turist" rolundadı? Bəlkə Turizm nazirliyində çalışasız, bu sahəni futboldan daha çox düşünürsüz...
...İcraiyyə Komitəsində baş məşqçi məsələsi gərgin müzakirə ediləcək. Baş katib müzakirəsinə necə baxırsız?
...Azarkeşlərlə komfortlu futbol bəxş eləmək daha yaxşıdı, yoxsa özünüzə komfortlu kreslo?
...Futbol ictimaiyyətində əksəriyyət sizin fəaliyyətinizdən narazıdı. Avropa istefa mədəniyyəti Azərbaycanda nə vaxt formalaşaq?
...Həmişə şəffaf idarəçilikdən çox danışırsız. Sirr deyilsə, aylıq maaş və "paket"iniz nə qədərdi? Ölkə başçısından tutmuş deputatlara kimi hamının maaşları açıqlanır. AFFA-da rəhbər və departament rəsmilərinin maaşları ictimaiyyətdən niyə gizlədilir? Hələ "paket”lərinizi demirik ha...
...Futbolun indiki durumuna görə 12 illik fəaliyyətinizdə özünüzü günahkar sayırsız?
...Əsas millinin rəqiblərinin güclü olduğunu deyirsiz. Bəs, Lixtenşteynə tarixində ilk qələbəni bəxş edən U-21-də vəziyyət necədi? Milan Obradoviçin təyinatı nəyi dəyişib?
...Aşağı yaş qruplarından olan millilərimiz niyə fiaskoları sıralayır?

Mənbə: futbolinfo.az
Oxşar xəbərlər

Xəbər lenti

13 Avqust 2020
10:10

Asim Xudiyev Çempionlar Liqası matçına təyinat aldı

09:57

"Qarabağ" - "Sileks" oyunu ukraynalılara tapşırıldı

09:43

"25 baş mənim düşündüyümü fikirləşsə..." - Millimizin yeni baş məşqçisi

09:31

Canni De Byazi yığmaların məşqini izləyib

09:22

"Qarabağ"ın sabiq qapıçısı "Fənərbağça"da

09:20

Çempionlar Liqası: “Atletiko” “Leyptsiq”ə qarşı - YENİLƏNİR

09:16

Premyer Liqada yay bazarlığı: Kim gəlir, kim gedir? - YENİLƏNİR

09:00

Çempionlar Liqasında ilk yarımfinalçı müəyyənləşdi - VİDEO

12 Avqust 2020
23:58

Matyuidi "Yuventus"dan getdi

22:43

"Qalatasaray" Emreni heyətinə qatdı - RƏSMİ

21:46

Riera "Qalatasaray"a döndü - RƏSMİ

19:52

"Fənər" Sassuolonun müdafiəçisini gətirir

18:25

İtalyan məşqçilər Bakıda nə qədər qalacaq?

18:15

"Kəpəz" baş məşqçi ilə müqaviləni rəsmiləşdirdi

17:58

Meksika klubu Kriştianu Ronaldunu transfer etdiyi barədə məlumat yaydı - FOTO

17:32

"Səbail"də ayrılıq - RƏSMİ

17:24

Azərbaycan Premyer Liqası: Mövsüm Sumqayıtda başlayacaq

17:18

"Beşiktaş" Atiba ilə bağlı qərar verdi

16:42

Canni De Byazi “CBC Sport”un qonağı olacaq

16:31

Ukrayna klubu Paşayevlə müqaviləni yenilədi

16:04

Millimizin toplanışa başlayacağı vaxt açıqlandı

15:57

Premyer Liqamızda yoluxma olarsa, hansı qərar veriləcək?

15:54

Azərbaycan Premyer Liqasında necə əvəzetmə olacaq?

15:45

İlham Zəkiyevə yeni vəzifə verildi - FOTO

15:31

PFL prezidenti avrokubokların püşkünü dəyərləndirdi

15:22

Premyer Liqanın püşkü atıldı: İlk turun təqvimi - YENİLƏNİB

15:17

Azərbaycan Premyer Liqasının yeni loqosu təqdim edildi - VİDEO

15:05

"Neftçi" ilə matçda turu keçmək istəyirik" - "Şkupi"nin yeni transferi

14:31

"Barselona"da koronavirus ŞOKU

14:13

Canni De Byazi Bakı bulvarında – FOTO

13:55

Millimiz Avropa çempionatında iştirak edə bilməyəcək

13:36

İngilis psixoloq türk azarkeşləri coşdurdu - FOTOLAR

13:12

DÇ-2022-nin seçmə mərhələ matçları növbəti dəfə təxirə salındı

12:23

"Keşlə"nin oyununun başlama saatı bəlli oldu

12:10

"Sumqayıt" - "Şkendiya" matçının başlama saatı açıqlandı

11:34

Həftənin oyunçusu adına namizədlər

11:14

"Neftçi"nin rəqibindən daha bir transfer

10:59

PFL-də prezident seçkiləri nə vaxt keçiriləcək? - AÇIQLAMA

10:41

Azərbaycanlı baş məşqçi Küveyt millisini çalışdıra bilər

10:20

Çempionlar Liqası: 1/4 final mərhələsinə start verilir

09:58

Millimizin futbolçusu yenidən İngiltərə klubunun diqqətində

09:10

"Şaxtyor"un 4 qoluq qələbəsi - VİDEO

09:05

"Sevilya"dan tək qolluq qələbə - VİDEO

08:20

Altıqat dünya çempionu gözəlliyini belə göstərdi - FOTO

00:46

AL: "Şaxtyor" yarımfinala darmadağınla yüksəldi

00:37

"Qarabağ" "Sabah"ı belə yendi - FOTOLAR

00:10

Riberi hamını qabaqladı

00:08

İsrafilov milliyə gec qoşulacaq

11 Avqust 2020
23:53

"Qalatasaray" heyətinə yarımmüdafiəçi qatdı - RƏSMİ

23:02

"Azərbaycanda futbol mənim oynadığım dövrdəki qədər güclü deyil"

21:33

"Qarabağ" "Sabah"ı məğlub etdi

20:57

ÇL oyunu neytral meydanda keçiriləcək

18:36

"Borussiya" Sançoyla bağlı qərar verdi - RƏSMİ

17:08

Azərbaycan Milli Paralimpiya Komitəsindən yenilik

16:52

Elxan Məmmədov Canni De Byazi ilə görüşdü

16:29

"Hamı "Sumqayıt”ın çətinliklə üzləşəcəyini söyləyir" - Kapitan

15:55

"Real" dünya çempionu ilə yolları ayırdı

15:18

“Keşlə” - “Laçi” oyununun məkanı açıqlandı

15:05

Canni De Byazinin köməkçiləri açıqlandı - RƏSMİ

14:52

Qurban Qurbanovun imtina etdiyi posta kim gətirildi?

14:46

"Səbail"in yeni transferi: "Azərbaycanın yüksək səviyyəli liqası var"

13:59

"Qarabağ" "Sabah"a qarşı

13:31

Millimiz Zaqatalada məşqlərə başladı

12:58

“Laçi”nin direktoru: "Mərhələni keçəcəyimizə inanıram"

12:23

Qalmaqal: Rusiya millisinin sabiq futbolçusu hakimi döydü

12:07

"Qarabağ" media nümayəndələrinə müraciət etdi

11:49

AL: "İnter"in forvardı yarımfinalı buraxa bilər

11:26

Futbol federasiyasının prezidenti koronavirusa yoluxdu

11:05

"Səbail"dən ayrılan futbolçu Rumıniya klubunda

10:46

"Neftçi"nin rəqibi planlar qurur

Facebookdan bizi izləməyi unutmayın.