16:44 18.11.2019 1305

Nazim Süleymanov: "Yurçeviçi kim gətiribsə, çıxsın cavab versin"

Futbol İctimaiyyəti Azad Həmkarlar İttifaqının sədri, futbol veteranı Nazim Süleymanov Qol.az saytına müsahibə verib. O, millimizin uğursuz çıxışılarından, uşaq futbolundakı problemlərdən, ümumi futbolumuzun hazırki durumundan söz açıb.

- Seçmə mərhələdə millimiz evdə Uelsə 0:2 hesabı ilə məğlub oldu. İlk olaraq, bu oyun haqda nə düşünürsünüz?
- Sözün düzü, səfərdə millimiz Uelsə qarşı pis oynamamışdı. Vurduğumuz qolu da hakim qeydə almadı. Amma Bakıdakı matçda daha fərqli oyun gözləyirdik ki, bir müsbət nəticə olsun. Təəssüflər olsun ki, biz bunu görə bilmədik. Bunun da səbəbləri var.

- Hansı səbəblər?
- Bilirik ki, Uels həm ustalıq səviyyəsi, həm də ümumi komanda olaraq bizdən üstündür. Onlar meydançada da bunu göstərdilər. Ancaq əfsuslar olsun ki, həmin oyunda "12-ci oyunçu” amili özünü göstərə bilmədi. Gördük ki, Uelsin azarkeşləri daha çox idi, nəinki bizim tərəfdarlar. Futbolçularımızın bəzilərinin yaxşı, bəzilərinin zəif oynamasından asılı olmayaraq, biz Uelsdən zəifik və bunu da meydançada gördük. Ancaq hesab 0:2 olanda hakim bizim penaltimizi vermədi. Yenə də bizi Avropada sıxırlar və yuxarıdan aşağı baxırlar. Bu haqda da düşünmək lazımdır. Hakimlər Komitəsi, sədri Fritz Ştuxlik bu amilləri niyə qabartmır? Onların futbolçulara psixoloji olaraq dəstək olması böyük amildir. Bu haqda əvvəldən də danışılıb, deyilməli idi və bizə qarşı haqsızlıq edən hakimlər də cəzalarını almalıydılar. Bu hakim də, Uelslə səfərdəki oyundakı hakim də. Biz bilirik ki, zəifik. Amma hesab 0:2 olanda penalti qazanıb, onu qola çevirsəydik, daha da fərqli, maraqlı oyun ola bilərdi. Uelslilər də öncədən demişdilər ki, Azərbaycana qələbə üçün gəlmişik və qələbəni də alıb, çıxıb getdilər.

- Millimiz 7 turdan sonra 1 xalla qrup sonuncusudur. Ümumiyyətlə, yığmanın seçmə mərhələdəki çıxışını necə dəyərləndirirsiniz? Nəzərə alsaq ki, indiyədək ən pis gösətiricilərindən biridir.
- Biz həmişə nəticəyə baxırıq, elədirmi? Bu seçmə mərhələdən başqa, ən pis nəticə Avro-1996-da olubsa, deməli biz geriyə qayıtmışıq da, irəli getməmişik. Ona görə də qarşıya baxıb, düzgün təməl qurmaq lazımdır. Biz Yurçeviçi gətirmişik, amma onun üstünə niyə düşməliyik? O da məşqçidir. Günah Yurçeviçi millimizə gətirənlərdədir. Yurçeviç bizim millidən öncə harda işləyib ki? Bunu da bilə-bilə Yurçeviçi gətirib millinin başına qoyuruq, sonra da deyirik ki, yığmanı niyə düzəltmədi. Biz öncə çempionatımızı, futbolumuzu düzəltməliyik. Təməlimizi yaxşı qurmalıyıq ki, sonra kimisə dəvət edib, deməyək ki, biz bacarmırıq, gəl, sən bacar. Ona görə də özümüzdə günah axtarmalıyıq. Özümüz deyəndə, günah Yurçeviçi bura gətirənlərdədir. Onlar cavab verməlidirlər.

- Azarkeşlər də son vaxtlar bu məsələ haqda öz iradlarını daha çox bildirirlər.
- Milli nə vaxt yaxşı oynaya bilər? Bizim çempionatımız yüksək səviyyəyə qalxanda, rəqabət yüksək olanda və yerli futbolçularımız daha səviyyəli klublarda oynayıb, legioner həyatı yaşayanda. Biz hələ özümüzü düzəldə bilmirik, deyirik ki, Bakı çempionatından Avropa çempionatına gedək.

- Litva, Estoniya, Cəbəllütarıq, Latviya, San Marino kimi yığmalarla yanbayan ən az xal yığan komandalar sırasındayıq. Hətta Lixteşteyn 2, Andorra ilə Lüksemburq da 4 xal yığmağı bacarıb.
- (Gülür) Baxın, Lixteşteynin əhalisi 39 minə yaxındır. Stadiondan topu vuranda bəlkə də, xarici ölkəyə gedib çıxır. Bizim statiskaya baxın, futbolla məşğul olan adamların sayı 160 minə yaxındır. Onların ümumi əhalisindən 5 dəfə çox. Bu, necə olur ki, onlar bizdən daha çox xal yığır? Düzdür, biz də əvəllər yaxşı xallar yığmışıq. Amma indidən danışmaq lazımdır. İrəli getməkdansə arxaya gedirik. Ümumiyyətlə, Yurçeviçi gətirməkdə nə məqsəd var? Mən başa düşmürəm. Azərbaycandan D kateqoriyalı məşqçini milliyə gətir, minimum 1 xal yığacaq. Bizim elə öz məşqçilərimiz var də. Ona görə də həmişə başqalarına baxıb, deyəcəyik ki, görün onlar nələr etdi. Biz öncə öz çempionatımızı düzəltməliyik. Yaxşı səviyyədə Azərbaycan çempionatını keçirdikdən sonra Avropa, dünya çempionatlarına üz tuta bilərik.

- Prosineçkinin vaxtında, DÇ-nin seçmə mərhələsində komandamız qrupu 10 xalla başa vurmuşdu.
- Yenə deyirəm, D kateqoriyalı məşqçilərimizi qoy millinin başına, minimum 1 xalımız olacaq.

- Düşünürsünüz ki, bu qədər məvaciblə legioner məşqçi gətirməkdənsə, sıradan bir yerli məşqçiyə etimad göstərmək lazımdır?
- Biz əgər futboldan danışırıqsa, gərək ancaq onu irəli aparmaq haqda düşünək. Biz futbol haqda düşünmürük, axı. Elə ona görə də bu gündəyik.

- Siz də dediniz, o vaxtdan bu yana komandamız inkişaf əvəzinə geriləyib. Bu həm nəticədə özünü biruzə verir, həm də oyunda. Sizcə, bu geriləmənin əsas günahkarı baş məşçidir, yoxsa, idarəetmə düzgün deyil? 
- Milli komandaya AFFA baxır. Bir də Bakı çempionatımız var. Təkcə bölgələri təmsil edən "Qəbələ” klubudur. Sumqayıt da Bakıdır, nə fərqi var? Tək "Qəbələ” qalır ortada. İndi də saytlardan oxuyuruq ki, onların sponsoru da klubdan imtina edir. Artıq tam olur Bakı çempionatı. Biz Avropaya belə çıxmaq istəyirik? Avropaya çıxmaq istəyən adam gərək birinci öz milli çempionatını düzəltsin ki, sonra ora çıxsın.

- Yəni, əsas problemin idarəetmədə olduğunu deyirsiniz?
- Cənab prezidentimiz İlham Əliyev hər bir sahədə islahatlar aparır, mənə elə gəlir ki, Azərbaycan futbolunda, idarəetməsində mütləq islahatlar lazımdır.
 
- Əsas millidən danışdıq, digər tərəfdən Milan Obradoviçin rəhbərlik etdiyi U-21 millimiz də 6 oyuna cəmi 6 xal qazanıb. Ondan əlavə aşağı yaş qruplarındakı millilər də uğursuz çıxış edir.
- Mən Yurçeviç, Obradoviç kimi hər bir xarici məşqçiyə hörmətlə yanaşıram. Onlar bu gün burada olmasa, sabah öz ölkələrində çalışacaqlar. Bu gün niyə Azərbaycanlı məşqçilər xaricdə çalışa bilmir? Heç Azərbaycanda işləyə bilirik ki, xaricdə də işləyək. Obradoviçi, Yurçeviçi dəvət edənlər, onlara cavabdeh olanlar var. Siz bu sualları biz heç yerdə işləmədiyimiz halda bizə verirsiniz. Bu məşqçiləri gətirənlər bu suallara cavab verməlidir. Kim gətirib onları? Onlar çıxsınlar mətbuat qarşısına cavab versinlər. Bəli, AFFA rəhbərliyi gətiribsə, onlar çıxsın cavab versin. Ya da Məşqçilər Komitəsi gətiribsə, onlar danışsın. Cavab versinlər. Onlar gətiriblər, axı. Niyə o maddiyatı xaricə səpələyirik, öz futbolumuzun təməlinə vəsait ayırmırıq? Gedin, bölgələrə baxın, görün ki, Azərbaycan futbolu nə gündədir. Ona görə də nəinki daha çox xal, elə 1 xal yığmışıqsa, şükür edək.

- Deməli, düşünürsünüz ki, problem bünövrədən başlayır?
- 2005-2015-ci illər Azərbaycan futbolunun inkişafına dair Dövlət Proqramı  olduğu illərdə "Qəbələ” və "Bakı” klub akademiyalar yaratdı. Bu gün oynayan futboçuların əksəriyyəti həmin akademiyaların yetirməsidir. Başqa klublardan da var, ancaq azlıq təşkil edir. Dövlət Proqramında var idi ki, bölgələrdə ixtisaslaşdırılmış internatlar və akademiyalar tikilsin. Hardadır onlar, tikildimi? Yox, tikilmədi. Bəs biz oyunçuların yetişməsini hardan gözləyəcəyik? Elə Bakıda oynayan, ya da əlaqələr qurub, xaricdən futbolçuları gətirib, onları oynatsınlar? Biz futbol oynayan dövrdə də xariciləri gətirib, oynadırdılar, indi də elə edirlər. Deməli, bu aradakı vaxt ərzində heç nə ilə məşğul olmamışıq?

- Qeyd etdiyiniz milliləşdirilmiş oyunçulardan Eddi İsrafilovu misal çəkmək olar. Yığmamızın oyunu əvəzinə, həmin gecə öz komandası "Albasate" ilə İspaniyada matça çıxıb, son dəqiqə qələbə qolunu da vurub.
- Bilirsiniz, milliyə futbolçuları məcburi gətirməməliyik. Futbolçunun Azərbaycan üçün ürəyi yanmalıdır. Biz məcbur edib, gətirib oynadırıq. Mən başa düşmürəm, siz niyə yazmırsınız ki, müstəqil olduğumuz dövrdə hegamon Rusiya millisi məni dəvət etmişdi. Mən gedərdim də Rusiyaya. Məni incidib, buradan da qovmuşdular. Əgər mən Azərbaycanlıyamsa, Azərbaycana lazımamsa, burada olmalıyam. AFFA-nın keçmiş prezidenti Fuad Musayevə dedim ki, sizin bir zənginiz mənə kifayətdir. O illərdə çətinliklər,  maddiyatla bağlı bəzi problemlər vardı. Hələ məni Rusiya çempionatında diskalifikasiya etmişdilər. Oyuna getməmişdim, məni qoymamışdılar. Bizim məşqçimiz icazə vermədi ki, sənin müqavilən var, maaş verirəm sənə, hara gedirsən? UEFA-da oyunumuz var idi, ona görə də Fransayla oyuna gedə bilmədim deyə məni diskalifikasiya etdilər. Yığmaya futbolçular ürəkləri yanıb gəlməlidir. Biz də gedib, xaricdən tapırıq, deyirik ki, gəl, sən Allah, oyna. Biz Azərbaycanda futbolçuları yetişdirməliyik. Başqa ölkələrdə də var belə hallar, amma azdır. Bizdəki kimi heyətin 50-60 faizi deyil. Ona görə də bu gündəyik.
 
- Sizcə, bu işin həll yolu üçün nə etmək lazımdır?
- Sizə bir misal çəkim. Tutaq ki, ev tikəndə damın qoyuruq, bünövrəsin tam tökmürük, deyirik ki, mənim evim var. Kənardan da deyirlər ki, nə gözəl evin var. Amma kənardakılar bilmir ki, bu evin təməli yoxdur. Bir yağış yağanda, külək əsəndə ev dağılır. Biz də futbolumuzu belə qurmuşuq. Bu gün dövlətimizin çox yaxşı büdcəsi var. Çox gözəl şəhərlərimiz, həmin şəhərlərdə istedadlı uşaqlarımız var. Bunları da yetişdirmək üçün şərait yaratmaq lazımdır. Əgər Nazim Süleymanov xaricə pulun dalınca getsəydi, o, futbol oynaya bilməyəcəkdi. Nazim Süleymanov xaricə üz tutdu ki, gedib, futbol oynasın və bəzi insanlara sübut etsin. Bir-iki nəfər xalq deyil. Bizim çox gözəl istedadlı balalarımız var. Milyonları sovurub, harasa tullamaq lazım deyil. Onlara şərait yaratmaq lazımdır. Uşaq futbolunda da böyük problemlər var. Bu problemləri də özləri bilərəkdən yaradırlar. Çünki məşqçilər üçün də şərait yaradılmır. Bu gün mən deyirəm ki, şərait yaradın, işləyim. Mən maddiyat haqda düşünmürəm, nəticə haqda düşünürəm. Amma indi uşaq futbolunda 200-300, ya 500 manat pul verirlər. Məşqçi də həmin pulu elə yol xərci edir, komunal pullarını verə bilmir, bu məşqçi nə etməlidir? Özümüz məşqçiləri vadar edirik ki, gedin valideynlərdən, ya kimlərdənsə nəsə alın. Hər klubun öz bazası olmalıdır. "Neftçi” Avroliqanın qrup mərhələsinə düşən ilk komandamızdır. Hamımız da ondan danışırıq. Bu gün "Neftçi”nin infrastrukturu, bazası varmı? Yoxdursa, daha biz nədən danışırıq? "Qəbələ”nin, "Bakı”nın, "Xəzər Lənkəran”ın, "MKT Araz”ın öz bazaları var idi, hara gedir bunlar? Biz bu bazalardan istifadə etməliyik. Məşqçilər də yeni açılan iş yerlərdində uşaqların yetişdirsinlər. Biz İspaniya kimi ölkələrə yox, Gəncəyə, İmişliyə, Tovuza, Qəbələyə, Lənkərana üz tutmalıyıq.

Fanat.Az
Oxşar xəbərlər

Xəbər lenti

05 Avqust 2020
08:20

Dördqat dünya çempionu "Instagram"ı belə "partlatdı" - FOTO

04 Avqust 2020
23:27

Nicat 2 həftə oynamayacaq

22:35

Con Terri bu klubun baş məşqçisi ola bilər

20:30

Premyer Liqaya son vəsiqə kimin olacaq?

20:10

"Sabah" "Neftçi"ni darmadağın etdi

19:25

"Mourinyu futbol tarixinin ən yaxşı məşqçisidi"

18:48

Premyer Liqada yay bazarlığı: Kim gəlir, kim gedir? - YENİLƏNİR

18:16

İtaliyada mövsümün oyunçusu müəyyənləşdi

18:10

Bakı klubu yeni transferini açıqladı

17:41

Ramil Quliyev yenə birinci oldu

17:10

Klopp, yoxsa Quardiola? - Levandovski sevimli məşqçisinin adını açıqladı

16:45

Azərbaycanda 2 idman kompleksi modul tipli xəstəxanaya çevrilir

16:28

"Mançester Siti"dən yeni transfer - 5 illik müqaviləyə imza atdı

15:49

Kasilyas karyerasını bitirdi

15:33

NBA-da gecənin ən yaxşı 10 hərəkəti - VİDEO

14:54

"Çelsi" transfer rekordunu qırmalıdı - İngilis müdafiəçiyə görə

14:52

"Səbail"in yeni transferi Bakıda: Müqavilə nə vaxt bağlanacaq?

14:31

"Barselona" hücumçusunu Premyer Liqa klubuna satır

13:47

"Real" Ronaldunun gedişi ilə itirdi. Onun kimi oyunçular dünyaya 200 ildə bir gəlir"

13:21

Nə Klopp, nə də Quardiola... - Dünyanın ən yaxşı məşqçisi odu

12:48

Tanınmış jurnalist "Neftçi"nin qonağı oldu - VİDEO

12:46

NBA: "Leykers" "Yuta"nı məğlub etdi, "Toronto" "Mayami"yə qalib gəldi

12:27

"Mançester Yunayted"in yeni forması - FOTOLAR

12:16

Sabiq "Qarabağ"lıdan ABŞ-da gözəl qol - VİDEO

11:57

İtaliya A Seriyası bu tarixdə başlayacaq

11:41

İspan məşqçi "Sumqayıt"ı Super Liqa klubuna dəyişdi

11:33

Dünya və Olimpiya çempionu başının üzərində bir stəkan südlə üzdü - VİDEO

11:09

Arda Turan "Qalatasaray"la razılığa gəldi

10:49

Ronaldu PSJ-yə keçir?

10:33

"Barselona" 60 milyon avroluq təklifi rədd etdi

10:09

"Neftçi"dən Bolqarıstan millisinin futbolçusuna təklif

09:39

"Mançester Yunayted" Sanço ilə razılığa gəldi - 5 illik müqavilə

09:25

Operativ Qərargah qərar verdi: Premyer Liqanın startı nə vaxta qaldı?

09:00

"Real" ümidini Beylin satışına bağlayıb

08:20

Bu qızın titullu boksçu olduğuna inanmaq çox çətindi - FOTOLAR

00:34

"Qan"a ehtiyacı olanlar - Quardiola və Byelsa arasında, əslində, nə baş vermişdi?

03 Avqust 2020
21:47

"Keşlə" "Səbail"i yendi

21:30

"Borussiya"nın vurduğu ən yaxşı 10 qol - VİDEO

20:15

Lempard transferdən doymur

19:35

Nadaldan qolf turnirində möhtəşəm nəticə

18:59

"Neftçi" və "Qarabağ"ın sabiq məşqçisi "Valensiya"nın baş məşqçisi oldu

18:25

"Sentyabrda birlikdə olacağıq, sənin üçün darıxıram" - Həbib Nurməhəmmədov

17:53

"Zirə"nin yeni prezidenti müəyyənləşdi - RƏSMİ

17:40

"Çelsi"də ayrılıq - Yeni müqaviləni qəbul etmədi

17:05

Poçettino "Barselona"da?

16:39

Açıq havada idman yarışlarının keçirilməsinə icazə verilmədi

16:34

Mamedovun "Azbuka"sı

16:23

"Barselona" oyunçusuna 400 milyon avro qiymət qoyacaq

15:56

NBA-da gecənin ən yaxşı 10 hərəkəti - VİDEO

15:29

"İnter" "Mançester Yunayted"lə anlaşdı - Transfer

14:53

Rəqibin üstünə öskürən oyunçular meydandan qovulacaqlar - Yeni qaydalar

14:39

Çempionlar Liqasında hansı klublar favoritdi? - Venger açıqladı

13:55

Di Françeskonun yeni klubu - RƏSMİ

13:39

"Mançester Siti"nin yeni səfər forması - FOTOLAR

13:08

Soldatovanın bu FOTOsuna minlərlə reaksiya gəldi

12:51

Dadaşovdan qol və məhsuldar ötürmə - VİDEO

12:08

Azərbaycan UFC prezidentinə etiraz məktubu göndərdi

11:50

CV-lər, müsahibələr, "PowerPoint" təqdimatları... - Məşqçilərin işə qəbul prosesi necə olur?

11:20

NBA: "Hyuston" "Miluoki"ni məğlub etdi, "Boston" "Portlend"ə qalib gəldi

11:19

İsrailli futbolçu millimizdə niyə oynamayıb? - AÇIQLAMA

10:42

Formula 1: Hemilton Britaniya Qran-prisinin qalibi oldu

10:15

Premyer Liqa, La Liqa, A Seriyası... - Ən çox qol vurulan çempionat hansıdı?

09:40

İtaliya A Seriyası ilə vidalaşan sonuncu klub

09:10

Kontenin əvəzinə Poçettino

00:16

Georgi Haci baş məşqçi postundan getdi

00:14

Azarkeşlərin maaşını ödədiyi futbolçu, möcüzələrin memarı məşqçi - Filmin sonu

00:11

Komandası uduzdu, azərbaycanlı futbolçu zədələndi

00:02

Bakı təmsilçisi makedoniyalı vinger gətirir

02 Avqust 2020
23:57

Baş nazir futbolçuya ərə getdi - FOTO

22:44

"Trabzonspor"un yeni baş məşqçisi ingilis oldu - RƏSMİ

Facebookdan bizi izləməyi unutmayın.