14:16 13.02.2019 1434

Prezident Beyləqan Olimpiya Kompleksinin açılışında iştirak edib - FOTOLAR

Prezident İlham Əliyev bu gün Beyləqan Olimpiya İdman Kompleksinin açılışında iştirak edib.

Fanat.Az xəbər verir ki, dövlət başçısı kompleksin rəmzi açılışını bildirən lenti kəsib, burada yaradılan şəraitlə tanış olub.

Gənclər və idman naziri Azad Rəhimov Beyləqan Olimpiya İdman Kompleksində yaradılan şərait barədə Azərbaycan Prezidentinə ətraflı məlumat verib.

Bildirilib ki, kompleksin tikintisinə 2018-ci ildə başlanılıb. İlham Əliyevin sərəncamları ilə Olimpiya İdman Kompleksinin tikintisinin davam etdirilməsinə ümumilikdə 17,5 milyon manat vəsait ayrılıb. Yüksək keyfiyyətlə aparılan tikinti işləri bu ilin fevralında başa çatdırılıb. Kompleks müasirliyi ilə diqqəti cəlb edir. Bu, ölkəmizdə istifadəyə verilən sayca 45-ci Olimpiya İdman Kompleksidir. Ümumi ərazisi 2,6 hektar olan idman qurğusunda bütün zəruri infrastruktur yaradılıb.

Diqqətə çatdırılıb ki, 820 tamaşaçı yeri olan universal idman salonunda idmanın müxtəlif növləri üzrə yarışlar təşkil etmək mümkündür. Belə komplekslərin yaradılması Azərbaycanın idman ölkəsi kimi nüfuzunu yüksəltməklə yanaşı, regionlarda yaşayan gənclərin idmana həvəsinin artırılması, onların potensialının üzə çıxarılması və ümumilikdə idmanın kütləviliyinin təmin edilməsində mühüm rol oynayır. Beyləqan Olimpiya İdman Kompleksinin stolüstü tennis, bilyard, Şərq döyüş və trenajor zallarında idmançılar üçün hərtərəfli şərait yaradılıb. Məşqçilərin otaqları da məhsuldar fəaliyyət üçün hər cür imkana malikdir. Boks zalında məşqlərin keçirilməsi və yarışların təşkili üçün mükəmməl şərait var. İdmançılara həkim nəzarəti də yüksək səviyyədə təşkil olunub. Güləş zalı Beynəlxalq Güləş Federasiyasının standartlarına uyğun tikilib. Güləşçilərin məşqlərinin yüksək səviyyədə keçirilməsi üçün ən xırda incəliklər belə nəzərə alınıb. Buradakı üzgüçülük hovuzu ən müasir standartlara cavab verir. Hovuzun uzunluğu 25 metr, eni isə 12,5 metrdir. Ölkəmizdə yeniyetmə və gənclərin idmanın üzgüçülük növünə də marağı ildən-ilə artır. Bu zalda üzgüçülük yarışlarını 162 nəfər izləyə biləcək.

Kompleksin əhəmiyyətini artıran cəhətlərdən biri də burada müasir mehmanxananın yaradılmasıdır. Qırx yerlik mehmanxanada idmançıların qalması və istirahəti üçün hər cür imkan var. Mehmanxanada birnəfərlik, ikinəfərlik, üçnəfərlik, VIP otaqlar və 50 yerlik konfrans zalı mövcuddur.

Qeyd edilib ki, Beyləqan Olimpiya İdman Kompleksinə daxil olan restoran və mətbəxdə də xidmətin müasir səviyyədə təşkili üçün hər cür şərait yaradılıb.

Beyləqan Olimpiya İdman Kompleksi ilə tanışlıqdan sonra İlham Əliyev idmançılarla və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Dövlət başçısı görüşdə çıxış edib.

Karate üzrə dünya çempionu Sahib Nəsibov və yunan-Roma güləşi üzrə Əməkdar məşqçi Kamil Fərzəliyev göstərdiyi yüksək diqqət və qayğıya görə İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Sonra xatirə şəkili çəkdirilib.

Fanat.Az
 








Oxşar xəbərlər

Xəbər lenti

03 Avqust 2020
18:25

"Sentyabrda birlikdə olacağıq, sənin üçün darıxıram" - Həbib Nurməhəmmədov

17:53

"Zirə"nin yeni prezidenti müəyyənləşdi - RƏSMİ

17:40

"Çelsi"də ayrılıq - Yeni müqaviləni qəbul etmədi

17:05

Poçettino "Barselona"da?

16:39

Açıq havada idman yarışlarının keçirilməsinə icazə verilmədi

16:34

Mamedovun "Azbuka"sı

16:23

"Barselona" oyunçusuna 400 milyon avro qiymət qoyacaq

15:56

NBA-da gecənin ən yaxşı 10 hərəkəti - VİDEO

15:29

"İnter" "Mançester Yunayted"lə anlaşdı - Transfer

14:53

Rəqibin üstünə öskürən oyunçular meydandan qovulacaqlar - Yeni qaydalar

14:39

Çempionlar Liqasında hansı klublar favoritdi? - Venger açıqladı

13:55

Di Françeskonun yeni klubu - RƏSMİ

13:39

"Mançester Siti"nin yeni səfər forması - FOTOLAR

13:08

Soldatovanın bu FOTOsuna minlərlə reaksiya gəldi

12:51

Dadaşovdan qol və məhsuldar ötürmə - VİDEO

12:08

Azərbaycan UFC prezidentinə etiraz məktubu göndərdi

11:50

CV-lər, müsahibələr, "PowerPoint" təqdimatları... - Məşqçilərin işə qəbul prosesi necə olur?

11:42

Premyer Liqada yay bazarlığı: Kim gəlir, kim gedir? - YENİLƏNİR

11:20

NBA: "Hyuston" "Miluoki"ni məğlub etdi, "Boston" "Portlend"ə qalib gəldi

11:19

İsrailli futbolçu millimizdə niyə oynamayıb? - AÇIQLAMA

10:42

Formula 1: Hemilton Britaniya Qran-prisinin qalibi oldu

10:15

Premyer Liqa, La Liqa, A Seriyası... - Ən çox qol vurulan çempionat hansıdı?

09:40

İtaliya A Seriyası ilə vidalaşan sonuncu klub

09:10

Kontenin əvəzinə Poçettino

00:16

Georgi Haci baş məşqçi postundan getdi

00:14

Azarkeşlərin maaşını ödədiyi futbolçu, möcüzələrin memarı məşqçi - Filmin sonu

00:11

Komandası uduzdu, azərbaycanlı futbolçu zədələndi

00:02

Bakı təmsilçisi makedoniyalı vinger gətirir

02 Avqust 2020
23:57

Baş nazir futbolçuya ərə getdi - FOTO

22:44

"Trabzonspor"un yeni baş məşqçisi ingilis oldu - RƏSMİ

19:59

Droqbo prezidentliyə namizədliyini verdi

17:30

Millimizin forvardını "Koventri"yə vermədilər

15:33

Çempion tələbə - Quardiola və Artetanın hekayəsi

13:12

"Normal kişilərin "Instagram"ı olmamalıdı" - FOTOLAR

12:51

Millimizin forvardı qol vurdu, məhsuldar ötürmə verdi

12:42

Pulişiç və Aspilikueta "Çelsi"yə kömək etməyəcəklər

12:19

İmmobile rekord qırdı, "Qızıl buts" onun oldu

12:02

"Latsio" "Real"ın forvardını aparır - SON DURUM

11:53

"Qalatasaray" legioerini satdı

10:48

"Barselona" Setyeni göndərir? - KLUB PREZİDENTİNDƏN AÇIQLAMA

09:07

İbrahimoviç A seriyasında rekord qırdı

00:37

A Seriyası: "Yuventus" da evdə uduzdu, "Atalanta" da

01 Avqust 2020
23:08

Nurlan səfər qələbəsinə sevindi

21:58

"Keşlə" "Zirə"dən üstün oldu

21:30

Erlinq Holandın vurduğu ən yaxşı 5 qol - VİDEO

20:15

Formula 1: Hemilton Britaniya Qran-prisinə ilk sıradan başlayacaq

19:10

İtaliyada sonuncu tur həyəcanı: "İnter" "Atalanta" səfərində, "Yuventus" "Roma"ya qarşı

18:27

"Səbail" daha iki futbolçusu ilə müqaviləni uzatdı

18:23

“Sabah” Ramil Şeydayevlə yeni müqavilə bağladı

17:30

PSJ "Bavariya"ya 30 milyon avro ödəməyə hazırdı

17:25

Ronaldunun "Qızıl buts" mükafatını qazanmayacağı dəqiqləşdi

16:35

"Barselona" və "Mançester Siti" futbolçularını dəyişirlər

16:08

"Arsenal", yoxsa "Çelsi"? - FA Kubokunun qalibi müəyyənləşir

16:03

NBA-da gecənin ən yaxşı 10 hərəkəti - VİDEO

15:57

Qurban Qurbanov: "Bir oyunluq mərhələ penaltilər seriyasına bənzəyir"

15:28

"Tottenhem"dən ayrıldı, "İnter"ə keçir

14:52

Bədbinliyin boz çaları

14:38

Premyer Liqa klubu "Real"ın oyunçusuna "elçi düşüb"

14:22

Burak Yılmazın yeni klubu açıqlandı - RƏSMİ

13:58

Federerdən damda tennis oynayan qızlara möhtəşəm sürpriz - VİDEO

13:38

Ronaldinyo bu ay sərbəst buraxıla bilər

12:49

Fariz Nəcəfov: "AFFA-nın ayırdığından əlavə sponsorlara danışıqlar aparırıq"

12:40

Beyl mövsümü əvəzedicilər skamyasında keçirməyə hazırdı - SON DURUM

12:22

Bakıdan gedən futbolçu sevgilisi ilə 3 gün aeroportda yatdı - FOTOLAR

12:19

NBA: "Hyuston" "Dallas"ı məğlub etdi, "Miluoki" "Boston"a qalib gəldi

11:35

"Liverpul"un yeni forması - FOTOLAR

11:10

"Qarabağ"ın futbolçusu "Zirə"yə keçdi

11:01

Formula 1: Peresi Hülkenberq əvəzləyəcək

10:58

Millimizin sabiq baş məşqçisi Türkiyə nəhənginin hədəfində - 1 milyon avro

10:43

Uroş Matiç: "Qardaşıma plakatdakı sözlərin mənasını başa salıblar"

Facebookdan bizi izləməyi unutmayın.