"Bayer Leverkuzen"in baş məşqçisi Xabi Alonso növbəti uğura imza atıb.
Fanat.Az xəbər verir ki, ispaniyalı mütəxəssis komandası ilə bu mövsüm 26 turdan sonra göstərdiyi nəticə ilə Bundesliqada ən yaxşı baş məşqçilərinin siyahısında 2-ci yerə yüksəlib.
"Bayer" hazırda 70 xalla birinci pillədədir. Çempionatda ən yaxşı göstərici isə "Bayern Münhen"lə 26 tura 74 xal toplayan Xosep Qvardiolaya məxsusdur. Pep bu nəticəni 2013/2014 mövsümündə reallaşdırıb.
Qeyd edək ki, "Bayer" UEFA Avropa Liqasının 1/8 final mərhələsində "Qarabağ"ı mübarizədən kənarlaşdırıb. Bakıdakı görüşdə 2:2 hesablı bərabərlik qeydə alınıbsa, təmsilçimiz Leverkuzendə uduzub - 2:3.