"Atletiko Madrid" yarımmüdafiəçisi Aksel Vitsel ilə müqavilənin müddətini uzatmaq istəyir.
Fanat.Az xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb.
Mənbənin məlumatına görə, paytaxt klubu 35 yaşlı xavbeklə daha bir mövsüm, 2025-ci ilin yayına qədər müddətə yeni anlaşma imzalamağı planlaşdırır. Hazırda tərəflər arasında danışıqlar gedir.
Belçikalı Aksel Vitsel bu mövsüm "Atletiko"nun heyətində 46 oyun keçirib və 2 qol vurub.