Misli Premyer Liqasının 32-ci turunda "Səbail" səfərdə "Sabah" ilə qarşılaşacaq.
"Dənizçilər" görüşə itkilərlə çıxacaq.
Bunu Fanat.Az-a açıqlamasında paytaxt təmsilçisinin sözçüsü Rəşad Məmmədov deyib:
"Heyətdə iki itki var. Adi Mehremiç cəzalıdır. O, 30-cu turda qırmızı vərəqə aldığına görə ötən tur olduğu kimi, yenə oynamayacaq. Zədəli isə uzun müddətdi komandaya kömək etməyəcəyi öncədən bilinən David Qomisdir".
Qeyd edək ki, şənbə günü reallaşacaq "Sabah"- "Səbail" qarşılaşması 19:00-da start götürəcək.
Mirağa