Misli Premyer Liqasının XXXI turu çərçivəsində bu gün "Zirə"nin qonağı olacaq "Neftçi" "qartallar"a qarşı tam heyətlə mübarizə apara bilməyəcək
Fanat.Az "ağ-qaralar"ın mətbuat xidmətinə istinadən xəbər verir ki, "xalq komandası"nın iki futbolçusu görüşü kənardan izləyəcək.
Bunlar zədədən sonra bərpa prosesi keçən qapıçı Emil Balayev və cəzalı durumda olan Azər Salahlıdır.
Qeyd edək ki, Zirə İdman Kompleksinin stadionunda baş tutacaq oyun saat 19:00-da start götürəcək.