13:45 04.08.2021 835

“Sülh”ə yaraşıq verən qollar: "Neftçi" - HİK

Çempionlar Liqasında yarışmağın üstünlüyü ondadır ki, bir mərhələ keçməklə Avropada yolun uzanır. "Neftçi” də Tbilisi "Dinamo”sunu adlayıb özünə "bonus” qazandırmışdı. Həm də təkcə Avropa Liqasında yox, Konfrans Liqasında da yoluna davam etmək imtiyaz əldə etməklə. "Olimpiakos” səddində ilişən "ağ-qaralar” hələlik (bəlkə sona qədər) ikinci dərəcəli turnirdə mübarizəni davam etdirir. Finlandiya çempionu HİK-i yenib AL-ə uğurlu start vermək istəyirdilər. Əslində, "Fənərbağça” və Konfrans Liqasındakı potensial favorit olan Hayfa "Makkabi”sinə baxanda, Finlandiya təmsilçisi HİK münasib rəqibdi. "Neftçi” əsas gücünü məhz helsinkililərlə duelə yönəltməliydi... 

Heyətdə cəmi bir dəyişiklik edilmişdi. Baş məşqçi Samir Abasov yunanlarla oyunu böyük ölçüdə məhv edən Ömər Buludova bu dəfə şans verməyi lazım bilməmişdi. Belədə oyunçuların düzülüşündə bir neçə yerdəyişmə baş vermişdi. Müdafiənin sağ cinahı Kaneyə etibar olunmuş, Xəyal Nəcəfov isə onun mövqeyində qərarlaşmışdı. Onu da əlavə edək ki, Mirabdulla Abbasov son günlər özünü narahat hiss etdiyindən məşq buraxmış, belədə hücumda yenə Harramiz yer almışdı. Forvard yalnız sona 14 dəqiqə qalmış oyuna qoşula bildi. 

"Olimpiakos”la ikinci görüşdə nisbətən yaxşı təsir bağışlayan flaqmana bəslədiyimiz "oyundan oyuna artırır” inamı ilk dəqiqələrdən "suya düşdü”. Düzdür, "ağ-qaralar” zaman-zaman ərazi üstünlüyü qazanırdı. Bununla belə, adi vəziyyətlərdə buraxılan səhvlər, komandanın hücumda çoxala bilməməsi, oyunda sabitliyin çatışmaması problemin hələ də qaldığına dəlalət edirdi. Flaqmanın hər iki qolu isə iki futbolçunun fərdi ustalığının Sabir Buqrinlə kapitan Emin Mahmudovun benefisi sayılmalıdı...  

Aqil Məmmədovun erkən əvəzlənməsi matçda qırılma nöqtəsi ola bilərdi. Qeyri-müəyyən vəziyyətdə zədələnən və əvəzlənməsini istəyən qapıçı yerini gənc həmkarına verdi ki, Kamran İbrahimov U-21-dəki səhvlərinə görə "saatlı bomba” kimi tanınır. Adətən, sonrakı çıxışı oyuna necə qoşulmasından asılı olur. Hadisələri qabaqlayaraq qeyd edək ki, 31-ci dəqiqədə möhtəşəm seyvi çox vacib idi və bu, onda özünəinam yaratdı. Buraxılan qollarda isə onu günahlandırmaq insafsızlıq olar.

Sanki "Neftçi”yə ilk yarının sonunda qol vurmaq tapşırığı verilmişdi.  37-ci dəqiqədə ən təhlükəli epizodu Xəyalın ifasında seyr etdik. Yarımmüdafiəçi bu epizodda fərqlənməyə borclu idi. Ancaq o, cərimə meydançasında Harramizin qısa ötürməsinə qeyri-dəqiq zərbə endirdi. 40-cı dəqiqədə künc zərbəsindən sonra Stankoviç fərqlənməyə yaxın oldu. Hamıdan yüksəyə tullanan müdafiəçinin baş zərbəsi hədəfdən azacıq yayındı. 

İkinci hissədə üstün olan tərəf meydan sahibləri idi. 53-cü dəqiqədə Lavalın qüvvətli zərbəsindən sonra top toru yandan silkələdi. 59-cu dəqiqədə isə "Neftçi” əla kombinasiyadan sonra Buqrinin möhtəşəm qolu ilə hesabı açdı. Ancaq "ağ-qaralar" qol vurmağına peşman oldu. Heç iki dəqiqə keçmədi ki, HİK bərabərlik qolu ilə tribunalara su çilədi. Qonaqların heyətində sonradan oyuna qoşulan Riku Riski fərqləndi. O, müdafiədəki panikadan yararlanıb toru silkələdi. 65-ci dəqiqədə isə Finlandiya təmsilçisinin heyətində Jair qarmaqarışıqlıqdan istifadə edib toru silkələdi və özünə ad günü hədiyyəsi etdi - 1:2.
Hesabda geri düşdükdən sonra Samir Abasov riskə əl atdı. Fəhminin və Mirabdullanın oyuna qoşulması ilə hücumların kəsəri artdı. 76-cı dəqiqədə Buqrinin hiyləgər vuruşu az qala qolla nəticələnəcəkdi. Rəqib qapıçı topu barmaqlarının ucu ilə tirin üstündən aşırdı. Ancaq 80-ci dəqiqədə "Neftçi" duran topdan hesabı bərabərləşdirdi. Emin cərimə zərbəsindən baxımlı qola imza atdı - 2:2.

"Neftçi” ilk oyunda uduzmadı, ancaq işini çətinləşdirdi. HİK-in cavab görüşünü evdə, alışdığı süni örtüklü meydanda, bir sözlə, üstün şərtlərlə keçirəcəyini nəzərə alsaq, flaqman avqustun 12-də xeyli əziyyət çəkməli olacaq. Yaxşı xəbər odur ki, cəzalı Mərt Çelik artıq sıraya dönəcək. Bundan başqa, müdafiəçi Hüqo Basto da səfər oyununda debüt şansı qazana bilər. 

Mirağa Mirzəyev

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

12 May 2024
22:52

"Məni qorxudan futbolçuların üzərində olan təzyiqdir"

22:33

"Bizim də penaltimiz var idi" - Şahin Diniyev

21:27

MPL:  "Sabah" Qəbələdə uduzdu, "Sumqayıt" 2-ci pilləyə yüksəldi 

20:48

AÇ: Azərbaycan parataekvondoçusu gümüş medal qazandı

19:57

Kaxaber Tsxadadze "Sabah" üzərində qələbəni şərh etdi

19:33

"Qırmızı vərəqədən sonra mübarizə aparmaq çətin idi" - Krunoslav Renduliç

18:35

"Bayern Münhen" sabiq baş məşqçisinə müqavilə təklif etdi

17:23

Şeydayev baş məşqçisiz qaldı

16:45

"Bu, aĝ yalandır"

16:23

Cəlal oynadı, komandası qələbə qazandı

15:43

"O epizoda penalti verilirsə..."

15:07

Vüsalın komandası elitaya vəsiqə qazana bilər

14:51

Piolinin yerini Konte tutacaq? - SON DURUM

14:11

"Böyük Dəbilqə": Azərbaycanın daha iki cüdoçusu medal qazana bilər

13:47

Azərbaycan millisi iki yoldaşlıq görüşünə çıxacaq

13:14

Levandovski "Barselona"nı bu səbəbdən tərk edə bilər

12:50

Messinin 11 oyunluq seriyası başa çatdı

12:24

"Böyük Dəbilqə": Azərbaycanın daha 4 cüdoçusu mübarizəyə başlayır

11:55

Səudiyyə Ərəbistanı çempionu bilindi

11:21

"Başqa yerli və ya xarici klublarla danışıq aparmıram" - Marko Yankoviç

10:58

"Real Madrid" rekordunu təkrarladı

09:52

Günün oyunları bu kanallarda - AFİŞA

09:00

Xanımı Tomas Mülleri sosial şəbəkə hesablarından sildi

01:58

"Milan" "Kalyari"yə rəhm etmədi

00:42

"Real"dan darmadağın

11 May 2024
23:11

"İnanmırdım ki, Əliyar qərarını dəyişsin"

22:40

"Bərk komandaya qarşı oynadıq" - Qurban Qurbanov

21:30

MPL: "Turan Tovuz" Bakıda qalib gəldi, "Zirə" "Qarabağ"a uduzdu

21:20

"Oyun başlayandan nəzarətimizdə idi" - Ayxan Abbasov

21:05

Elmar Baxşıyev "Turan Tovuz"a məğlubiyyəti şərh etdi

20:10

Azərbaycan taekvondoçusu Avropa çempionu oldu

19:39

Krivotsyukun komandası səfərdə xal itirdi

18:45

A Seriyasında ayrılıq qərarı - "Sona 3 tur qalmış başa düşdüm"

17:55

Azərbaycan cüdoçuları Polşada bürünc medal qazanıblar

17:28

Rahil Məmmədov oynadı,  komandası...

17:00

"Neftçi" ilə matça çox vacib oyunçular olmadan çıxmışdıq" - "Kəpəz"in qapıçısı

16:11

İtaliyada ayın ən yaxşısı bilindi

15:30

"Hakimlər qələbəmizi əlimizdən aldılar" - Rüstəm Məmmədov

14:58

"Fənərbağça"nın qoleadoru tarixə düşəcək - Bu təklifə "hə" desə

14:22

“Böyük Dəbilqə”: Azərbaycan cüdoçusu yarımfinala yüksəldi

Facebookdan bizi izləməyi unutmayın.
X