17:00 04.08.2021 955

Vaqif Sadıqov “Neftçi”yə inanır: “HİK çatdırmırdı”

"Neftçi” dünən Avropa Liqasında Finlandiya təmsilçisi HİK-lə qarşılaşdı və bol qollu heç-heçəyə razılaşıb.
 
Oyunu izləyənlər arasında AFFA-nın İcraiyyə Komitəsinin üzvü, Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov da var idi. Fanat.Az-a danışan təcrübəli mütəxəssis "ağ-qaralar”ın oyunu və heyətlə bağlı suallara cavab verib, cavab görüşü üçün şansları dəyərləndirib:
 
"Əksəriyyət "Neftçi”nin hücum xəttindəki problemi qabardır, Namiq Ələsgərovdan asılı olduğunu bildirir. Müasir futbolda hər şey tək hücumçudan asılı deyil. Vacib odur ki, hücumda da çoxluq yarada biləsən, müdafiədə də. Samir Abasov da çalışırdı ki, yetirmələri buna əməl etsin. Sırf forvardlarının olmamasının obyektiv və subyektiv səbəbləri var. Ən sərrast oyunçusu Namiq Ələsgərov zədəlidi. Mirabdulla Abbasov isə hələki optimal formada deyil. Buna görə baş məşqçi onu start heyətdə qoymur. Problemləri məşqçi daha yaxşı bilir. Hara gedirsən, "Neftçi”nin hücum problemindən danışılır. Ancaq mən müdafiəni qabardardım. Uğurlu nəticə əldə etmək üçün müdafiədə etibarlı oyun çox vacibdir. Arxa xətt etibarlı olanda hücumçular sərbəst olur, qol şansları çoxalır. Çempionatdan bu yana, avrokuboklarda da məşqçi demək olar, eyni müdafiəçilərə güvənir. Yalnız yeni gələn fransalı istisnadı, o da komandaya uyğunlaşmaqdadır. Samir Abasov oturuşmuş müdafiəyə üstünlük verir. Problemlər, səhvlər var, bunu hamımız görürük. Əsas odur ki, güclü tərəflərindən istifadə edəsən. Komanda o vaxt güclü olur ki, komanda ruhunu ortaya qoyur. "Neftçi” belə komandalardandır. İnşallah, cavab görüşündə döyüşkən, mübariz bir komanda görəcəyik.    

HİK zəif komanda deyil. Yaxşı formalaşan, dəst-xətti olan komandadır. Mövqeli hücumlara üstünlük verirlər. Ümumiyyətlə, avropakubokda zəif komanda olmur. Həm də Finlandiya təmsilçisindən danışırıqsa. Bu ölkənin milli komandasının final mərhələsinə vəsiqə qazanması göstərdi ki, yüksəlişdədilər. Ancaq HİK-in də boşluqları var. Hücumda nə qədər effektli oyun sərgiləyirlərsə, müdafiədə də bir o qədər zəif təsir bağışlayırlar. "Neftçi” sürətli hücum təşkil edəndə rəqibin arxa xətti çatdırmırdı və səhv buraxırdı. Xüsusilə sol tərəfdən Yusuf Lavalın reydləri təhlükəli alınırdı. Yəqin baş məşqçi bu məqamı nəzərə alacaq. "Neftçi”də sürətli, texniki cəhətdən keyfiyyətli oyunçular var və bunu üstünlüyə çevirmək lazımdır. Komandamız özünə inanmalıdır, belədə qələbə asan olacaq. 

Cavab görüşü ərəfəsində şanslar bərabərdir. Bir daha əminliyimi bildirirəm ki, cavab oyununda əsl "Neftçi”ni görəcəyik. Mərhələni adlayan tərəf biz olacağıq və "Fənərbağça”nı Bakıya gətirəcəyik. Həmin "Fənərbağça” ki, ölkəmiz ilk avrokubok oyununda onunla qarşılaşıb. 1994-cü ildə "Turan” klubunun sayəsində UEFA Kubokunda İstanbul təmsilçisi ilə görüşmüşük. Ümid edirəm ki, yenidən avrokubokda üz-üzə gələcəyik”. 

Mirağa

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

12 May 2024
22:52

"Məni qorxudan futbolçuların üzərində olan təzyiqdir"

22:33

"Bizim də penaltimiz var idi" - Şahin Diniyev

21:27

MPL:  "Sabah" Qəbələdə uduzdu, "Sumqayıt" 2-ci pilləyə yüksəldi 

20:48

AÇ: Azərbaycan parataekvondoçusu gümüş medal qazandı

19:57

Kaxaber Tsxadadze "Sabah" üzərində qələbəni şərh etdi

19:33

"Qırmızı vərəqədən sonra mübarizə aparmaq çətin idi" - Krunoslav Renduliç

18:35

"Bayern Münhen" sabiq baş məşqçisinə müqavilə təklif etdi

17:23

Şeydayev baş məşqçisiz qaldı

16:45

"Bu, aĝ yalandır"

16:23

Cəlal oynadı, komandası qələbə qazandı

15:43

"O epizoda penalti verilirsə..."

15:07

Vüsalın komandası elitaya vəsiqə qazana bilər

14:51

Piolinin yerini Konte tutacaq? - SON DURUM

14:11

"Böyük Dəbilqə": Azərbaycanın daha iki cüdoçusu medal qazana bilər

13:47

Azərbaycan millisi iki yoldaşlıq görüşünə çıxacaq

13:14

Levandovski "Barselona"nı bu səbəbdən tərk edə bilər

12:50

Messinin 11 oyunluq seriyası başa çatdı

12:24

"Böyük Dəbilqə": Azərbaycanın daha 4 cüdoçusu mübarizəyə başlayır

11:55

Səudiyyə Ərəbistanı çempionu bilindi

11:21

"Başqa yerli və ya xarici klublarla danışıq aparmıram" - Marko Yankoviç

10:58

"Real Madrid" rekordunu təkrarladı

09:52

Günün oyunları bu kanallarda - AFİŞA

09:00

Xanımı Tomas Mülleri sosial şəbəkə hesablarından sildi

01:58

"Milan" "Kalyari"yə rəhm etmədi

00:42

"Real"dan darmadağın

11 May 2024
23:11

"İnanmırdım ki, Əliyar qərarını dəyişsin"

22:40

"Bərk komandaya qarşı oynadıq" - Qurban Qurbanov

21:30

MPL: "Turan Tovuz" Bakıda qalib gəldi, "Zirə" "Qarabağ"a uduzdu

21:20

"Oyun başlayandan nəzarətimizdə idi" - Ayxan Abbasov

21:05

Elmar Baxşıyev "Turan Tovuz"a məğlubiyyəti şərh etdi

20:10

Azərbaycan taekvondoçusu Avropa çempionu oldu

19:39

Krivotsyukun komandası səfərdə xal itirdi

18:45

A Seriyasında ayrılıq qərarı - "Sona 3 tur qalmış başa düşdüm"

17:55

Azərbaycan cüdoçuları Polşada bürünc medal qazanıblar

17:28

Rahil Məmmədov oynadı,  komandası...

17:00

"Neftçi" ilə matça çox vacib oyunçular olmadan çıxmışdıq" - "Kəpəz"in qapıçısı

16:11

İtaliyada ayın ən yaxşısı bilindi

15:30

"Hakimlər qələbəmizi əlimizdən aldılar" - Rüstəm Məmmədov

14:58

"Fənərbağça"nın qoleadoru tarixə düşəcək - Bu təklifə "hə" desə

14:22

“Böyük Dəbilqə”: Azərbaycan cüdoçusu yarımfinala yüksəldi

Facebookdan bizi izləməyi unutmayın.
X