22:27 12.08.2021 632

"Səhvləri sırf müdafiəçilərin üstünə atmaq istəmirəm" - Samir Abasov

"Məğlubiyyət və üzücü hesab ürəyimizcə olmadı və planlarımıza daxil deyildi. Birinci hissədən sonra ümidlənmişdik".

Fanat.Az xəbər verir ki, bu fikirləri "Neftçi"nin baş məşqçisi Samir Abasov Finlandiyada HİK-ə 0:3 hesabı ilə uduzduqları Avropa Liqasının III təsnifat mərhələsinin cavab matçından sonra mətbuat konfransında deyib.

43 yaşlı mütəxəssis bildirib ki, ilk oyunda rəqibin hücumlarının qarşısını alıblar: "Birinci hissədə evdəki matçdan daha yaxşı çıxış etdik və daha kompakt oynadıq. Amma ikinci yarı başlayanda qapımızda qol gördük. Bu komandaya qol vurmağa onsuz da çətinlik çəkirdik.  Qarşıda bizi çempionat və Konfrans Liqasının oyunları gözləyirik. Bu gün üçün tarixi nəticə əldə edə bilərdik".

Abasov komandada bəzi problemlərin olduğunu söyləyib: "Birinci qolda müdafiəçidən çox yarımmüdafiəçinin səhvi oldu. Sabir Buqrin vaxtında aşağı düşmədi və oyunçunu bağlamadı. Səhvləri sırf müdafiəçilərin üstünə atmaq istəmirəm. Oynatdığım sistemlə çempion olmuşuq. Bir həftə içində sistemi dəyişmək ağılsızlıq olardı. Problemləri sırf müdafiədə yox, komandada görürəm".

Baş məşqçinin sözlərinə görə, onların B planları olmayıb: "Hücuma oyunçu buraxmaq istəyirdik. Amma yoxdur. Bəzi futbolçulardan narazı qaldım. Bu oyun bizə göstərdi ki, qarşılaşmaların hamısı rahatlıqla keçmir. Bu da bir təcrübədir. İnanıram ki, futbolçular da hər şeyi başa düşür. Çempionata yorğun başlayacağıq".

Mütəxəsəsis Konfrans Liqasının pley-off mərhələsindəki potensial rəqibi "Makkabi"nin (Hayfa, İsrail) oyununa baxdığını sözlərinə əlavə edib: "HİK-lə onlar arasında səviyyə fərqi var. Reallıqdan qaçmayaq. Bu komandaya qarşı bizi təhlükə gözləyir. Bəlkə də bu oyun ümidlərimizi qırıb. Sabah əhval-ruhiyyəmizin necə olacağını bilmirik".

Abasov 3-4 oyunçuya görə məğlub olmadıqlarını vurğulayıb: "Komanda şəklində mübarizə aparan kollektivə qarşı eyni cür oynamaq lazımdır. Bəzi epizodlarda axsayırdıq və boşluqlar buraxdıq. 3-4 futbolçuya görə oyun uduzulmuyub. Konfrans Liqasında daha bir şansım olacaq. Mirabdulla Abbasov illərdir ki, bu komandadır. Dediklərimi saxlayım bəlkə ağır olacaq. Həqiqətən hücum xəttində problem var. Azarkeşlər və digər şəxslər deyir ki, hansısa futbolçu niyə oynamır. İnanın mənə kim hazır idisə, onlar da meydana buraxılıb. Biz özümüzün və bu komandanın düşməni deyilik. Məsələn, Ömər Buludov oynamırsa, deməli səbəbi var. Ağır səslənsə də, bu görüşlər bizim üçün təcrübədir. Heç kim heç kimin düşməni deyil. Kim hazır idisə, o da oynayıb. Dünən mətbuat konfransından sonra ağlımızda başqa start heyət var idi. Məşqdən sonra isə fikir dəyişdi".

Baş məşqçi Sezar Meza Kollinin oyunu haqqında bunları söyləyib: "O, əsl bizim səviyyəmizdədir. Qaçmayacaqsa, deməli oynamayacaq. Bu, tək ona aid deyil. Bizim məqsədimiz onu komandaya uyğunlaşdırıb qazanmaqdır. Meza Kolli hazır formada deyil. O, hazırda hazırlıq prosesi keçən futbolçudur. İnanıram ki, bizim üçün çox işlər görəcək".

Qeyd edək ki, "Neftçi" Konfrans Liqasının pley-off mərhələsində "Torshavn" (Farer adaları) - "Makkabi" (Hayfa, İsrail) cütünün qalibi ilə üz-üzə gələcək. Bu komandalar arasındakı ilk görüşdə "Makkabi" böyük hesabla qalib gəlib - 7:2. Cavab matçı bu gün Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.

Mənbə: Report.az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

17 May 2024
11:25

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA 

11:05

Azərbaycanın 2 boksçusu finalda

10:46

Xavi üçün yubiley: Qvardiola ilə Enrikedən geri qaldı

10:27

Təbriz klubunu yarımfinala buraxmadılar

01 Yanvar 1970
04:00

04:00

04:00

10:05

AFFA prezidenti Çeferinlə görüşdü

09:48

"Yurqorden"dən darmadağın - Musa hanı?

09:24

Şeydayevlə İsgəndərlinin Super Liqa arzusu "suya düşdü"

09:00

MPL: "Qarabağ" "Turan Tovuz"a qarşı - YENİLƏNİR

02:10

"Barselona" 2 qolla ikinci pillədə möhkəmləndi

16 May 2024
20:30

41 ildən sonra ÇL-ə çıxan klub PSJ-nin oyunçusu ilə güclənir

19:10

Çempionluğun taleyi son tura qaldı

18:45

"Mançester Siti"nin əsas qapıçısı sıradan çıxdı

18:17

"Turan Tovuz" "Qarabağ"la oyuna 2 itki ilə çıxacaq 

17:55

"Kroos "Qızıl top" uğrunda mübarizə aparmalıdır" - Ançelotti 

17:42

"Turan Tovuz"un şikayəti təmin edilmədi

17:13

"Zibil, səni harada tapacağımı bilirəm" - Alleqri özündən çıxdı

16:44

Mudrik yayılan xəbərləri təsdiqlədi: "Bu, oyunun bir hissəsidir"

16:39

Xesus Navas gedir

16:21

Duarte "Kruzeyro"ya keçir? - Agenti açıqladı

16:04

AÇ-2024: Almaniya millisinin heyəti açıqlandı

15:46

Azərbaycan millisi Yaponiyadakı dünya çempionatında iştirak edəcək

15:28

Qnabri AÇ-2024-ü kənardan izləyəcək - SƏBƏB

15:10

La Liqa klubundan qeyri-adi addım: Oyunu qapıçısına qurban verdi

14:51

Andrey Lunyov "Qarabağ"ı paytaxt klubuna dəyişə bilər

14:33

"Onlar favoritdilər, AÇ-ni artıq kağız üzərində qazanıblar"

14:18

"Karvan" - "Mingəçevir" oyunu illərin derbisidir" - Qabonlu Ondo

13:59

İbrahimoviç məşhur boksçuya səsləndi: "Sənə özün olmağı arzulayıram"

13:40

Harri Keyn Almaniyada mükafat qazandı

13:21

AFFA rəsmisi Elxan Məmmədovla eyni iclasda

13:04

AFFA "Qarabağ", "Sabah", "Sumqayıt" və "Kəpəz"i cərimələdi, "Zirə"yə xəbərdarlıq olundu

12:45

Mərkəzi oyun FİFA referisinə tapşırıldı

12:29

Palmer Lemparda çatdı, daha bir rekorda şərik oldu

12:08

"İstirahətə ehtiyac var" - "Kəpəz"in kapitanı

11:50

"Yuventus" kubok qazanan Alleqrini qovacaq - SƏBƏB

11:30

Azərbaycanın 11 boksçusu yarımfinala yüksəldi

11:11

"Arsenal" 75 milyonluq hücumçu alır

10:50

Nigeriyalı forvardı Bundesliqada ən yaxşı seçdilər

Facebookdan bizi izləməyi unutmayın.
X