12:43 20.01.2023 406

Azərbaycan idmanı tarixində Heydər Əliyev fenomeni

(Yazı "Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” mövzusu üzrə hazırlanıb)

2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur.

Fanat.Az xəbər verir ki, ölkə başçısı İlham Əliyev ötən il 22 sentyabrda 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı sərəncam imzalayıb. 

Heydər Əliyev Azərbaycan xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoyub. Şübhəsiz ki, davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir.

Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrdə digər sahələrdə olduğu kimi, idmanın da inkişafına böyük diqqətlə yanaşılmışdı. Onun hələ birinci rəhbərliyi dövründə ölkədə idmanın maddi-texniki bazasının yaradılması üçün xeyli iş görülmüşdü. Çox sayda idman kompleksləri, qurğuları, zalları tikilmiş, meydançalar salınmış, böyük idman-sağlamlıq mərkəzləri yaradılmışdı. 1970-ci illərdə Bakıda 250 idman meydançası və şəhərciyi salınmışdı. 1973-cü ildə Bakıda möhtəşəm idman sarayının təməli qoyularaq inşa edildi. 1974-cü ildə ölkənin 36 rayonunda 59 uşaq-gənclər idman məktəbi fəaliyyət göstərirdi.

Azərbaycanın dövlət müstəqilliyinin ilk illərində özünü bütün sahələrdə qabarıq göstərən ideoloji-siyasi, iqtisadi böhran səbəbindən idman siyasəti tamamilə diqqətdən kənarda qalmışdı. Hələ sovetlər dövründə qazandığı müvəffəqiyyətlərlə məşhurlaşmış adlı-sanlı, perspektivli idmançılarımızın böyük əksəriyyəti şəraitsizlik ucbatından Azərbaycanı tərk etmək məcburiyyətində qalmışdılar. İdmana tarixən marağın güclü olduğu ölkəmizdə vəziyyətin belə acınacaqlı şəkil alması gənclərin qeyri-sağlam həyat tərzinə, zərərli vərdişlərə aludəçiliyinə, bir sözlə, mənəvi aşınmasına səbəb olurdu. Digər tərəfdən, Heydər Əliyevin vaxtilə xalqına ərməğan etdiyi idman kompleksləri baxımsızlıq üzündən yararsız hala salınmış, idmanımız taleyin ümidinə buraxılmışdı. Ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkədə idmana münasibət kökündən dəyişdi. İdmanın və bədən tərbiyəsinin inkişafı dövlət siyasətinin prioritet sahələrindən birinə çevrildi, yüksəlişin əsası qoyuldu. Müstəqil Azərbaycanın həm də bir idman ölkəsi kimi beynəlxalq aləmdə tanınması və Olimpiya hərəkatına qoşulması geniş vüsət aldı. İdmanın üzləşdiyi problemlərin aradan qaldırılması, idmançıların maddi rifahının yüksəldilməsi, onlara gələcək qələbələr üçün stimul verilməsi, habelə ölkədə yeni idman komplekslərinin yaradılması istiqamətində gələcək prioritetlər müəyyənləşdirildi.

1993-cü ilin noyabrında ulu öndər dünya və Avropa miqyaslı yarışlarda yüksək nəticələr göstərmiş Azərbaycan idmançılarını qəbul etdi. Bu görüşdə Heydər Əliyev qeyd etdi ki, idmançılar dövlətin xüsusi qayğısı ilə əhatə olunmalıdırlar. Bu qayğı həm də ölkəmizdə idmanın inkişafına, istedadlı idmançıların potensial imkanlarının açılmasına xidmət etməlidir. İdmanın inkişafı üçün geniş imkanlar yaradılacağını bildirən Heydər Əliyev bu sahənin həm də milli məfkurə, mədəni irs və düşüncə sistemi, ən əsası, oturuşmuş tarixi ənənələr əsasında inkişafını dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirmişdi.

Ulu öndər Heydər Əliyevin idman sahəsində həyata keçirdiyi siyasət 1997-ci ildən mühüm mərhələyə qədəm qoydu. Rəhbərlik etdiyi bütün sahələrdə uğurlara imza atan cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsi Azərbaycan idmanının həyatında mühüm və əlamətdar hadisə kimi tarixə yazıldı. Bu tarixi seçim ümummilli lider Heydər Əliyevin respublikada idmanın inkişafı ilə bağlı ideyalarının daha sürətlə gerçəkliyə çevrilməsini təmin etdi, idman sahəsində həyata keçirilən dövlət siyasətinin yeni şəraitdə gerçəkləşməsinə böyük imkanlar açdı. Cənab İlham Əliyevin idman və bədən tərbiyəsinin tərəqqisi, Azərbaycanın dünya idman ailəsinin sayılıb-seçilən üzvünə çevrilməsi üçün atdığı addımlar ölkənin bütün idman ictimaiyyəti tərəfindən razılıqla qarşılandı. Cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən tədbirlər qısa zaman kəsiyində öz bəhrəsini verməyə başladı. İdmançılara dövlət qayğısı ilə yanaşı, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm işlərə start verildi. 2000-ci ildən etibarən Azərbaycanın müxtəlif bölgələrində müasir tipli Olimpiya İdman Kompleksləri tikilib istifadəyə verilməyə başladı.

Azərbaycanın bir idman ölkəsi kimi beynəlxalq aləmdə tanınması və Olimpiya hərəkatına qoşulması geniş vüsət aldı. Çox qısa zamanda həyata keçirilən mühüm tədbirlərin nəticəsi olaraq idmançılarımız tədricən möhtəşəm qələbələrə imza atdılar. 1996-cı il Atlanta Olimpiadasına 23 nəfər idmançı ilə qatılan Azərbaycanın 197 ölkə arasında 61-ci yeri tutması idmanımızın beynəlxalq Olimpiya hərəkatında ilk nailiyyəti idi.

Ulu öndər ölkə həyatının müxtəlif sahələrində əldə olunmuş nailiyyətlər sırasında idmançılarımızın beynəlxalq arenalarda qazandıqları uğurları yüksək qiymətləndirmiş, idman zəfərlərinin böyük dəyərinin olduğunu daim qeyd etmişdi. 1995-ci ilin dekabrında beynəlxalq yarışlarda yüksək nailiyyətlər qazanmış idmançılarla görüşündə Heydər Əliyev demişdi:

 “Ötən illərdə bizim itkilərimiz çox olmuşdur. Ancaq nailiyyətlərimiz də az deyildir. Bu nailiyyətlər içərisində idman sahəsində, beynəlxalq yarışlarda əldə olunan nailiyyətlər çox qiymətlidir. Onların qiyməti Azərbaycan xalqının təkcə fiziki cəhətdən yüksək keyfiyyətlərə malik olduğunu nümayiş etdirməkdən ibarət deyildir, həm də müstəqil Azərbaycan Respublikasını dünyada tanıtmaqdan ibarətdir”.

2000-ci ildə Azərbaycan idmançıları üçrəngli bayraq altında ikinci dəfə Sidneydə təşkil olunan Yay Olimpiya Oyunlarında iştirak etdilər. Milli Olimpiya Komitəsinin apardığı məqsədyönlü iş, dövlət başçısı tərəfindən idmana verilən dəstək bu dəfə Azərbaycan komandasının daha geniş tərkibdə dördilliyin zirvə yarışına qatılmasına imkan yaratdı.

2000-ci il avqustun 25-də Zuğulbadakı “Gənclik” kompleksində XXVII Yay Olimpiya Oyunlarına gedən idmançılarla ümummilli lider Heydər Əliyevin görüşü olmuşdu. Həmin görüşdə ölkə başçısı olimpiyaçılara xeyir-duasını, tövsiyələrini vermiş, onlara uğurlar arzulamışdı. Olimpiyaçılar ölkə başçısına verdikləri vədə Sidneydə əməl edə bildilər. Olimpiya Oyunlarında iki qızıl, bir bürünc medal qazanan idmançılarımız ölkəmizi ümumi nəticədə 199 ölkə arasında 34-cü etdilər.
Olimpiya Oyunlarından sonra, oktyabrın 18-də ulu öndər Heydər Əliyev Sidney şəhərində keçirilmiş XXVII Yay Olimpiya Oyunlarında iştirak etmiş qalib idmançılarla, onları bu qələbəyə hazırlayanlarla görüşmüş, onları möhtəşəm bayram münasibətilə səmimi-qəlbdən təbrik etmişdi:

“Bu gün eyni zamanda bizim idmanımızın bayramıdır. Xalqımızın idman qələbələri ilə əlaqədar olan bayramıdır”.

Bu sözlərlə dövlət başçısı idmana qayğısının ifadəsi kimi, idmançıları yeni-yeni qələbələrə ruhlandırmışdı. Ölkəni tanıtdıra biləcək idmançıların yetişdirilməsinin müxtəlif amillərdən asılı olduğunu qeyd edən Heydər Əliyev bu işi yalnız idmançı və məşqçinin əməyi, səyi ilə bağlamaq istəyənlərlə, Azərbaycanda idman ənənəsinin olmamasına istinad edənlərlə, ölkədə bu və ya digər idman növünün inkişaf etdirilməsini qeyri-mümkün sayanlarla heç vaxt razılaşmamışdı. Ulu öndər çıxışlarından birində demişdi:

 “Çox narahat olurdum ki, niyə bizim idmançılar yüksək adlar ala bilmirlər? Bizə cürbəcür izahatlar verirdilər. Bəzi adamlar hətta belə hesab edirdilər ki, guya Azərbaycan xalqının, Azərbaycan millətinin idman ənənəsi zəngin olmadığına görə, böyük olmadığına görə və onun böyük tarixi olmadığına görə bizim azərbaycanlılar bu yüksək adları ala bilmirlər. Bəzən belə deyirdilər ki, məsələn, güləşdə bizim azərbaycanlılar müəyyən bir çempion adı ala bilərlər, amma başqa idman növlərində ala bilmirlər. Düzü, o illər mən bu fikirlərlə daxilən razı olmurdum və açıq da deyirdim ki, bunlar doğru fikirlər deyildir. Bizim xalqımız, millətimiz fiziki cəhətdən, genetik cəhətdən çox sağlam xalqdır, çox sağlam millətdir. Buna görə də ola bilməz ki, bizim idmançılar yüksək nailiyyətlər qazana bilməsinlər”.

Uğurlu idman siyasətinin nəticəsi olaraq Azərbaycan bu gün dünyanın idman ictimaiyyəti tərəfindən ciddi tərəfdaş kimi qəbul olunur. Ölkəmizin əldə etdiyi nailiyyətlər Beynəlxalq Olimpiya Komitəsinin və Avropa Olimpiya Komitəsinin rəhbərliklərinin diqqətindən yayınmayıb. Beynəlxalq idman təşkilatlarının istəyi ilə ölkəmizdə onlarla Olimpiya lisenziyalı beynəlxalq turnirlər, mötəbər yarışlar, dünya və Avropa çempionatları, həmçinin I Avropa Oyunları və IV İslam Həmrəyliyi Oyunları kimi kütləvi yarışlar keçirilib.

Azərbaycan bu gün öz tarixinin şərəfli, tərəqqi dövrünü yaşamaqdadır. Ulu öndərin həyata keçirdiyi çoxşaxəli siyasət strategiyası bu gün onun layiqli varisi - Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən inamla davam etdirilir. Təbii ki, idman da diqqət və qayğıdan kənarda deyil. Bu qayğı və şəxsən dövlət başçısı və Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin diqqəti idmançıları yeni qələbələrə səsləyir, paytaxtımız dünyanın ən mötəbər idman yarışlarına ev sahibliyi edir.

Sahib Əsədbəyli

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

19 May 2024
23:14

"Mançester Yunayted" son 34 ildə bu günə düşməmişdi

21:30

"Mançester Siti" İPL-in qalibi oldu - Bu, tarixi rekorddur

20:54

Rafinya Xavinin qardaşını təhqir etdi

19:40

Emiliya-Romanya Qran-prisinin qalibi bilindi

19:11

"Bayer Leverkuzen"dən tarixi ilk

18:40

Kaxaber Tsxadadze "Araz-Naxçıvan" üzərində qələbəni şərh etdi

18:15

"Qəbələdə özümü rəqib kimi hiss etmədim" - Elmar Baxşıyev 

17:54

MPL: "Qəbələ" ardıcıl üçüncü qələbəsini qazandı

17:40

Azərbaycanın 3 cüdoçusu DÇ-nin ilk günündə uğursuzluqla üzləşdi

17:12

"Beş aydan sonra meydana çıxmaq məni həyəcanlandırdı"

16:54

"Həmişə nə vaxtsa İspaniyaya qayıdacağımı düşünmüşəm" - Mikel Arteta

16:22

Krivotsyuk sonadək oynadı, komandası...

16:05

"Qəbələ"nin kapitanına xüsusi mükafat verildi

15:29

Şəhid İlham Kazımovun xatirəsinə həsr edilən turnir başa çatdı

15:14

Mourinyu "Beşiktaş"a gəlir - Klub rəsmisi açıqladı

14:30

"Məhsuldarlığımı daha da artırmaq istərdim, amma..."

14:16

"Sabah" Türkiyədə 4-cü oldu

13:56

Qvardiola növbəti mövsümə harada başlayacağını dedi

13:18

Alleqrinin yerini o tutdu - RƏSMİ

12:55

Teves postunu tərk etdi

12:23

Voleybol məşqçiləri üçün seminar keçirildi

12:00

"Qələbəyə layiq idik" - Ozobiç "Neftçi"dən gedir?

11:27

Enrike 3 futbolçunun PSJ-də qalmasını istəmir - ADLAR

10:58

Azərbaycan seçməsi Ukraynaya qarşı

10:21

ABL: Final mərhələsinin ikinci oyununda kim sevinəcək?

10:00

"Yaratdığımız imkanlardan faydalana bilmədik" - Pedro Nuno

09:00

Günün oyunları bu kanallarda - AFİŞA 

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

21:28

"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

20:31

"Neftçi"nin qələbəsinə kölgə salmaq istəmirəm, amma..."

20:12

"O qoldan sonra oyun açıldı" - Miodraq Bojoviç

19:45

Adil Şükürov "Zirə"yə məğlubiyyəti şərh etdi

19:25

"Bizdə 5-6 səviyyəli hakim var, amma bu, kifayət etmir" - Rəşad Sadıqov 

18:58

"Neftçi ilə "Zirə"dən qələbə, "Sumqayıt" "Sabah"la bacarmadı

18:26

Aleks de Souza Super Liqa klubunda

17:53

AFFA Yüksək Qızlar Liqasında 2023/2024 mövsümünə yekun vuruldu

17:30

AÇ-2024: Serbiya millisinin ilkin heyəti bilindi

Facebookdan bizi izləməyi unutmayın.
X