13:59 03.03.2023 775

Azərbaycanda Olimpiya hərəkatının inkişafında Heydər Əliyev fenomeni

(Yazı "Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” mövzusu üzrə hazırlanıb)

Ötən il Azərbaycan Milli Olimpiya Komitəsinin yaradılmasının 30 illiyi tamam oldu. 2022-ci ildə həm də Azərbaycan idmançılarının Olimpiya oyunlarında iştirakının 70 illik yubileyi qeyd olundu.

İdmançılarımız 1952-ci ildən etibarən Olimpiya Oyunlarında iştirak etməyə başlayaraq SSRİ yığma komandasının tərkibində çıxış ediblər. Azərbaycan Olimpiya Hərəkatı tarixini ümumiyyətlə, şərti olaraq üç dövrə bölmək olar: Azərbaycan idmançılarının SSRİ yığma komandası tərkibində Olimpiya oyunlarında iştirak etdiyi 1952-1988-ci illəri əhatə edən dövr, 1988-1992-ci illərdə oyunlara hazırlıq mərhələsini başa vuraraq orada Müstəqil Dövlətlər Birliyinin (MDB) yığma komandası tərkibində iştirak etdiyi dövr və Azərbaycanın müstəqil dövlət kimi Beynəlxalq Olimpiya Hərəkatına qoşulduğu 1992-ci ildən sonrakı dövr.

Azərbaycan idmançıları SSRİ yığma komandasının tərkibində Olimpiya oyunlarının doqquzunda 46 idmançı ilə çıxış edərək 10 qızıl, 11 gümüş və 7 bürünc medal qazanıblar. Sərbəst üsulla güləşçi Rəşid Məmmədbəyovun 1952-ci il Helsinki Olimpiadasında qazandığı gümüş medal Azərbaycan idmançılarının Olimpiya oyunlarında ilk uğuru kimi qiymətləndirilməlidir. Sonrakı olimpiadalarda sprinter məsafələrinə qaçan Yuri Konovalovun, müasir beşnövçü Viktor Mineyevin, voleybolçu İnna Rıskalın, hənbolçular Rəfiqə Şabanovanın və Lyüdmila Şubinanın, qılıncoynadan ilqar Məmmədovun, futbolçu İqor Ponomaryovun və başqalarının uğurlu çıxışları Azərbaycan idmanının nüfuzunu artırdı.

1992-ci il Barselona Olimpiadasında Azərbaycan idmanı Müstəqil Dövlətlər Birliyinin yığma komandasında cəmi 5 nəfərlə təmsil olunsa da, idmançılarımızdan ikisi - cüdoçu Nazim Hü­seynov və gimnast Valeri Belenki qızıl medal qazanaraq Olimpiya çempionu adına layiq görüldülər. 1992-ci ildə Milli Olimpiya Komitəsinin yaradılması ilə ölkəmizin Olimpiya Hərəkatında yeni bir dövr başlayır. Artıq Azərbaycan müstəqil bir dövlət kimi Beynəlxalq Olimpiya Hərəkatına qoşularaq öz idman potensialını tam nümayiş etdirmək imkanı əldə etdi. 

Azərbaycanın müstəqil dövlət kimi Olimpiya Oyunlarında ilk dəfə təmsil olunması müasir Olimpiya Oyunlarının yüz illik yubileyinə təsadüf etdi. 1896-cı ildə yenidən bərpa edilmiş I Olimpiya Oyunlarından (Afina, Yunanıstan) düz bir əsr sonra, say etibari ilə XXVI olan Olimpiada Amerika Birləşmiş Ştatlarının Atlanta şəhərində (1996-cı il) təşkil edilmişdi. 1993-cü ildə Beynəlxalq Olimpiya Komitəsi artıq Azərbaycan Milli Olimpiya Komitəsini rəsmi olaraq tanıdığından bu möhtəşəm idman bayramının açılış mərasimində Azərbaycan Respublikasının adı ilk dəfə müstəqil dövlət kimi səsləndi, ölkəmiz öz bayrağı altında 23 idmançı ilə təmsil olundu. Əslində, bu rəqəmin özü böyük irəliləyiş idi.

Təbii ki, bu irəliləyişlərə təkan verən əsaslar ölkəmizin ictimai siyasi həyatındakı ciddi dəyişikliklərlə bağlı idi. 1993-cü ildə xalqın təkidi ilə ölkə rəhbərliyinə qayıtmış Heydər Əliyevin apardığı daxili və xarici siyasət nəticəsində respublikada sabitlik yaranır, dövlət quruculuğu istiqamətində ciddi addımlar atılirdı. Görülən qlobal işlər çərçivəsində gənclərin problemləri və idman sahəsinin, demək olar ki, dağıdılmış maddi texniki bazası və sisteminin yenidən bərpası məsələləri də uzaqgörən siyasətçinin diqqətindən kənarda qalmadı. 1993-cü ilin oktyabrında ümumxalq səsverməsi nəticəsində Azərbaycan Respublikasının Prezidenti seçilmiş Heydər Əliyev artıq 26 iyul 1994-cü il tarixdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin yaradılması haqqında fərman imzaladı. Bu fərmanla yeni yaradılmış nazirliyin başlıca fəaliyyət istiqamətləri müəyyən edilmiş, müstəqil dövlətin amallarına cavab verən mütərəqqi gənclər qüvvəsinin hazırlanması üçün tələb olunan dəstəklə yanaşı, ölkədə bədən tərbiyəsi sahəsində milli proqramın həyata keçirilməsi, bədən tərbiyəsi və idmanın kütləviliyinin artırılması, maddi texniki bazasının inkişaf etdirilməsi, beynəlxalq idman əlaqələrinin genişlənməsi və s. kimi məsələlər də dövlət gənclər və idman siyasətinin əsasını təşkil etdiyi vurğulanırdı. Gənclər və İdman Nazirliyinin müəyyən olunmuş vəzifələrinin icrasına göstərdiyi səylər, eləcə də qarşıdakı Atlanta oyunlarına hazırlıq haqqında Azərbaycan Respublikasının Prezidentinin 1995-ci ildə verdiyi xüsusi sərəncamın yerinə yetirilməsi sayəsində idmançılarımız ciddi hazırlıq keçərək, lisenziyalar və xüsusi iştirakçı dəvətləri əldə edə bilmiş, XXVI Yay Olimpiya Oyunlarında ilk dəfə iştirak edəcək Azərbaycanın Olimpiya komandasının heyətinə daxil olmuşlar.

197 ölkənin iştirak etdiyi Atlanta Oyunlarında gənc Azərbaycan Respublikasının 61-ci yer tutması idmanımızın uğuru sayıla bilərdi. Sərbəst güləşçi Namiq Abdullayevin həmin yarışlarda qazandığı gümüş medal müstəqil Azərbaycan Respublikası idmanının ilk yüksək nəticəsi kimi qiymətlidir.

Azərbaycan Milli Olimpiya Komitəsinin 1997-ci il iyulun 31-də keçirilmiş Baş Məclisində təşkilat məsələlərinə baxılaraq onun yeni heyətinin seçilməsi komitənin fəaliyyətində müsbət istiqamətdə əsaslı dönüş yarada bilmiş, ölkəmizdə Olimpiya Hərəkatının sürətli inkişafına təkan vermiş və onun Beynəlxalq Olimpiya Hərəkatına fəal qoşulmasım təmin etmişdi. Azərbaycan Milli Olimpiya Komitəsi ölkəmizdə Olimpiya Hərəkatının və idmanın inkişafı ilə bağlı, məqsədyönlü, ardıcıl fəaliyyət göstərərək qısa müddət ərzində uğurlu göstəricilər əldə etmişlər. İdmançılarımızı Sidney şəhərində keçiriləcək XXVII Yay Olimpiya oyunlarına yüksək səviyyədə hazırlamaq və hazırlıq mərhələsində onların rəsmi beynəlxalq yarışlarda iştirakını təmsil etmək məqsədi ilə Azərbaycan Respublikası prezidentinin 20 fevral 1998-ci il tarixli sərəncamı Milli Olimpiya Komitəsinin daha məqsədyönlü iş aparması üçün geniş imkanlar açdı. Oyunlara hazırlıq işlərinin vaxtında və dövlət səviyyəsində aparılması öz müsbət nəticələrini verdi. Həyata keçirilmiş tədbirlər nəticəsində Azərbaycan idmançılarından 31 nəfər 10 idman növü üzrə 2000-ci il XXVII Yay Olimpiya Oyunlarına vəsiqə qazandı və Azərbaycan ikinci dəfə müstəqil dövlət kimi Olimpiadada iştirak etdi.

2000-ci il sentyabrın 15-də Sidney şəhərində başlanmış bu yarışlarda Azərbaycan idmançıları yüksək nəticələr göstərdilər. Stend atıcısı Zemfira Meftahətdinova və güləşçi Namiq Abdullayev qızıl, 19 yaşlı gənc boksçu Vüqar Ələkbərov isə bürünc medal qazandı. 199 ölkənin iştirak etdiyi Sidney Olimpiadasında Azərbaycanın 34-cü yeri, Avropa ölkələri arasında isə 23-cü yeri tutması idmanımızın böyük qələbəsi idi. Bu Milli Olimpiya Komitəsinin rəhbərliyi altında aparılmış gərgin, planlı, məqsədyönlü işin parlaq nəticəsi kimi qiymətləndirilirdi.

İdman böyük qayğı və diqqət tələb edir. Hər hansı ölkədə onun kifayət qədər ardıcıl və məqsədyönlü inkişafı idman ənənəsi, idmanla məşğul olmağa şərait və imkan, idmançılara münasibət, idman mütəxəssislərinin yetişdirilməsi, yarışların təşkili və keçirilməsi, idmançıların beynəlxalq yarış­larda iştirakının təmini, idmanın təbliği, kütləviləşdirilməsi kimi amillərdən çox asılıdır. Belə amillər cərgəsində dövlətin idmana münasibəti özünəməxsus yer tutur. Çünki bu münasibət özü-özlüyündə qeyd olunan məsələlərin müəyyən qisminin hə­llinə bilavasitə təsir göstərir.

Azərbaycan qədim idman ənənəsi ilə seçilən ölkələrdən biridir. Burada tarixən idmanın müxtəlif növləri inkişaf edib. Bu məsələyə münasibətdə Azərbaycan Respublikasının mərhum prezidenti, ulu öndər Heydər Əliyev deyirdi:

Xalqımız, millətimiz genetik xü­susiyyətlərinə görə fiziki cəhətdən sağlam insanlardan ibarət olan xalqdır, millətdir. Fiziki sağlamlıq və fiziki güc, mənəvi sağlamlıqla bərabər Azərbaycan xalqına, millətinə xas olan xüsusiyyətdir. Amma bu xüsusiyyət həmişə bizim daxilimizdə qalıbdır. Keçmiş dövrlərdə də, əsrlərdən-əsrlərə pəhləvanları­mız da, güləşçilərimiz də, oxatanlarımız da, fiziki imkanlarını cürbəcür oyunlarda nümayiş etdirənlərimiz də olubdur. Ancaq məlum olan səbəblərə görə bunlar yalnız öz ölkəmizin çərçivə­sində qalıb, dünya miqyasına çıxmayıbdır.“

Azərbaycan idmanının dünya idmanından bu cür təcrid olunması, beynəlxalq aləmdə özünə layiq şəkildə təmsil olunmaması siyasi səbə­blərdən doğmuşdur. Prezident Heydər Əliyev çıxışlarından birində bunu belə izah edir: “Keçmiş dövrlərdə də Azərbaycanın nümayəndələri Olimpiya Oyunlarında təmsil olunmuşdular. Bəziləri yüksək nailiyyətlər də əldə etmişlər. Ancaq onlar keç­miş Sovetlər İttifaqını təmsil etmişlər. Eyni zamanda Azərbaycan tam müstəqil olmadığına görə keçmişdə Sovetlər İttifaqının ümumi komandasında Azərbaycanın idman ustaları istənilən qədər, istənilən miqdarda heç vaxt təmsil olunmamışdır.”

Sovet İttifaqının tərkibində olarkən idmana dövlət səviyyəsində münasibətin əsasları ümumittifaq miqyasında həll olunurdu. Bu, republikaya ayrılan büdcənin hansı hissəsinin bilavasitə idman üçün nəzərdə tutulmasının əslində qabaqcadan müəyyənləşdirilməsi idi. Sovet İttifaqında müttəfiq respublikalarda böyük idman qurğularının tikintisi planlı şəkildə aparılmışdı. Hər bir müttəfiq respublikaya bir mərkəzi stadion tikintisi üçün imkan yaradılmış, örtülü idman zallarının, komplekslərin inşasına məhdudiyyət qoyulmuşdu.

Təbii ki, bu cəhət ölkə ərazisində böyük idman qurğularının yaradılmasına həmişə maneçilik törətmişdi. İdman yarışları­nın keçirilməsi, beynəlxalq turnirlərə, dünya, Avropa çempionatlarına atletlərin göndərilməsi də eyni qaydada tənzimlənirdi. Onu da nəzərə almaq lazımdır ki, müttəfiq respublikanın ittifaq miqyasında güclü olan idmançıları da bəzən subyektiv səbəblərdən yığmaya salınmırdı. Təbii ki, göstərilən cəhətlər müxtəlif idman növlərində Azərbaycan idmançılarının dünya və Avropa çempionatlarında uğurlar qazanmasına mane olmuşdu. Bütün bunlar respublika idmanına öz təsirini göstə­rirdi. Belə şəraitdə mövcud imkanlardan istifadə etməklə, kütləvi bədən tərbiyəsi üçün nəzərdə tutulanlar hesabına ölkə idmanının inkişafına çalışmaq tələb olunurdu. İkinci yol daxili imkanların səfərbərliyə alınması, həmkarlar İttifaqlarının idman bazalarını yaratmaqla idman şəraitini yaxşılaşdarmağı əhatə edirdi. Məhz bu imkanlardan düzgün istifadə etmək idmanın inkişafı üçün müəyyən şərait yaratmağa, böyük idmana yol aç­mağa kömək göstərə bilərdi. Əsas şərtlərdən biri mövcud şəraiti düzgün qiymətləndirmək, bu sahədə ardıcıl, məqsə­dəuyğun siyasət yürütməkdən ibarət idi. Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi 1969-1982-ci illərdə Azərbaycanda bütün sahələrin, o cümlədən idmanın gələcək inkişaf perspektivləri ciddi nəzərə alınmışdı. Bu illərdə ölkədə bir çox idman kompleksləri, qurğuları, zalları tikilmiş, idman meydan­çaları salınmış, böyük idman-sağlamlıq mərkəzləri yaradılmışdı. Ölkədə idmanın maddi-texniki bazasının yaradılması üçün çox iş görülmüşdü. Məsələn, təkcə Bakıda 1975-ci ildə 250 idman meydançası və şəhərciyi salınmışdı. 1973-cü ildə respublikanın paytaxtında möhtəşəm idman sarayının təməli qoyuldu. 1974-cü ildə Bakıdan başqa Azərbaycanın 36 rayonunda 59 uşaq-gənclər idman məktəbi fəaliyyət göstərirdi.

1990-1993-cü illərdə Azərbaycanda bütün idman qurğuları dağıdılmışdı. Azərbaycanın ən böyük stadionu bərbad vəziyyətə salınmışdı. Ayrı-ayrı adamlar orada müxtəlif bazarlar, dükanlar açmışdılar, oranı kababxanaya döndərmişdilər.

Ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkədə idmana münasibət kökündən dəyişdi. İdmanın və bədən tərbiyəsinin inkişafı dövlət siyasətinin prioritet qollarından birinə çevrildi, bu sahədə yüksəlişin əsası qoyuldu. Müstəqil Azərbaycanın həm də bir idman ölkəsi kimi beynəlxalq aləmdə tanınması və olimpiya hərəkatına qoşulması geniş vüsət aldı. İdmanın üzləşdiyi problemlərin aradan qaldırılması, idmançıların maddi rifahının yüksəldilməsi, onlara gələcək qələbələr üçün stimul verilməsi, habelə ölkədə yeni idman komplekslərinin yaradılması istiqamətində gələcək prioritetlər müəyyənləşdirildi.

Uğurlu idman siyasətinin nəticəsi olaraq Azərbaycan həm də dünyanın idman ictimaiyyəti tərəfindən ciddi tərəfdaş kimi qəbul olunurlar. Azərbaycanın qısa müddətdə idman sahəsində əldə etdiyi nailiyyətlər beynəlxalq idman təşkilatlarının diqqətindən yayınmamış, məhz onların istəyi ilə son illərdə ölkəmizdə saysız-hesabsız mötəbər beynəlxalq turnirlər, I Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, Avropa Gənclərinin Yay Olimpiya Festivalı, müxtəlif növlər üzrə dünya və Avropa çempionatları keçirilib. Azərbaycan idmançıları müstəqil ölkə kimi Olimpiadalarda toplam 49 medal qazanıblar. Bunlardan 7-si qızıl əyyarlıdır.

Sərbəst güləş üzrə Atlanta Olimpiadasının gümüş, Sidney Olimpiadasının qızıl medalçısı Namiq Abdullayev ulu öndərlə bağlı xatirələrini bölüşür:

"Ulu öndərin hakimiyyətə qayıdışından sonra idmanda böyük inkişaf baş verdi. Onun idmana və idmançılara olan qayğısı özünü qazanılan nəticələrdə büruzə verməyə başladı. Müstəqil Azərbaycanın nailiyyət qazanan ilk idmançıları arasında mən də var idim. 1994-cü ildə İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatında qalib olmuşdum.

Hər ilin yekununda biz idmançılarla görüşən Heydər Əliyev öz dəyərli tövsiyələrini verirdi. Onunla hər görüş bizim üçün əsl motivasiya mənbəyi idi. Hamımız böyük əzmlə yarışlara hazırlaşır, nailiyyət qazanmaq, himni səsləndirmək istəyi ilə alışıb-yanırdıq. Atlanta Olimpiadasına hazırlıq dövrü yüksək səviyyədə keçmişdi. Qitə və dünya çempionatlarında, beynəlxalq turnirlərdə sıxışdırmalara rəğmən, 23 idmançımız Olimpiadada iştirak hüququ qazandı. Olimpiadada göstərdiyimiz nəticələr də zəif olmadı. Bir neçə idmançımız dördüncü, beşinci, yeddinci yeri tutdu. Bu da ilk dəfə müstəqil olaraq Olimpiadaya qatılan ölkə üçün heç də pis nəticə deyildi. 
Mənim nəticəmə gəldikdə isə, dörd rəqibimi məğlub edərək finala çıxdım. Dünya güləş ictimaiyyətinin çox yaxından tanıdığı 36 yaşlı əfsanəvi Valentin Yordanovla, qələbə istəyi, ölkəsinin himnini səsləndirmək arzusuyla alışıb-yanan 25 yaşlı gənc Namiq Abdullayev qarşılaşırdı. Hər şeyə rəğmən, mənim çempionluq istəyim daha güclü idi. Görüş ərzində də üstün olan tərəf mən idim. Hakimlər Yordanovun nüfuzu qarşısında sanki aciz qaldı. Bu məğlubiyyət açığı, məni çox sarsıtmışdı.

Vətənə döndükdən sonra ulu öndər Azərbaycan Olimpiya yığmasını yenidən qəbul edərək, idmançılara göstərdikləri şücaətə görə təşəkkür etdi. Final görüşümə baxdığını bildirərək, əslində mənim qalib gəldiyimi vurğuladı. Gümüş medalımı qızıl kimi qəbul etdiyini dedi və məni çempion üçün nəzərdə tutulmuş mükafatla təltif etdi. Bu münasibətdən sonra məğlubiyyətin səbəb olduğu ruh düşkünlüyünü dəf etdim. Görüş zamanı mən söz vermişdim ki, Sidneydə qızıl medal qazanacam. Bir il sonra-1997-ci ildə İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsindən sonra idmanımızda sanki ikinci nəfəs yarandı. O, vəzifəsinin icrasına başladıqdan sonra ilk olaraq xarici ölkələrdə legioner həyatı yaşayan azərbaycanlı idmançıları vətənə qaytardı, onların bütün qayğılarını həll edəcəyinə söz verdi. Bu da Azərbaycan idmanının inkişafında yeni səhifə açdı. 

Sidney Olimpiadasında hər mərhələ sonrası jurnalistlər bizə yaxınlaşaraq növbəti görüş haqda təəssüratlarımızı öyrənirdilər. Finalda qarşılaşdığım Samuel Henson özündən çox arxayın danışır, qeyd edirdi ki, onun üçün heç bir rəqib yoxdur. Yarımfinal öncəsi isə bildirmişdi ki, bu mərhələni də asanlıqla keçəcək və həlledici görüşdə mənimlə qarşılaşaraq, qalib gələcək. Səbəb kimi isə məni dünya çempionatının finalında məğlub etməyini göstərmişdi. Mən isə nisbətən ehtiyatlı danışırdım. Hətta vətənimdə verdiyim sözü də açıqlamırdım. Çünki bütün kənar amilləri nəzərə alırdım. 

Təbii, mənim qələbə qazanmağımı stimullaşdıran amillər çox idi. Həm yığmanın bayraqdarı idim, həm də söz vermişdim. Şükürlər olsun ki, verdiyim sözü tutaraq, bütün xalqımıza qələbə sevinci bəxş edə bildim. Həm də Hensondan revanş almış oldum. O görüş sonrası yaşananlar həyatımın ən unudulmaz anlarıdır".

Röya Kərimli

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

19 May 2024
23:14

"Mançester Yunayted" son 34 ildə bu günə düşməmişdi

21:30

"Mançester Siti" İPL-in qalibi oldu - Bu, tarixi rekorddur

20:54

Rafinya Xavinin qardaşını təhqir etdi

19:40

Emiliya-Romanya Qran-prisinin qalibi bilindi

19:11

"Bayer Leverkuzen"dən tarixi ilk

18:40

Kaxaber Tsxadadze "Araz-Naxçıvan" üzərində qələbəni şərh etdi

18:15

"Qəbələdə özümü rəqib kimi hiss etmədim" - Elmar Baxşıyev 

17:54

MPL: "Qəbələ" ardıcıl üçüncü qələbəsini qazandı

17:40

Azərbaycanın 3 cüdoçusu DÇ-nin ilk günündə uğursuzluqla üzləşdi

17:12

"Beş aydan sonra meydana çıxmaq məni həyəcanlandırdı"

16:54

"Həmişə nə vaxtsa İspaniyaya qayıdacağımı düşünmüşəm" - Mikel Arteta

16:22

Krivotsyuk sonadək oynadı, komandası...

16:05

"Qəbələ"nin kapitanına xüsusi mükafat verildi

15:29

Şəhid İlham Kazımovun xatirəsinə həsr edilən turnir başa çatdı

15:14

Mourinyu "Beşiktaş"a gəlir - Klub rəsmisi açıqladı

14:30

"Məhsuldarlığımı daha da artırmaq istərdim, amma..."

14:16

"Sabah" Türkiyədə 4-cü oldu

13:56

Qvardiola növbəti mövsümə harada başlayacağını dedi

13:18

Alleqrinin yerini o tutdu - RƏSMİ

12:55

Teves postunu tərk etdi

12:23

Voleybol məşqçiləri üçün seminar keçirildi

12:00

"Qələbəyə layiq idik" - Ozobiç "Neftçi"dən gedir?

11:27

Enrike 3 futbolçunun PSJ-də qalmasını istəmir - ADLAR

10:58

Azərbaycan seçməsi Ukraynaya qarşı

10:21

ABL: Final mərhələsinin ikinci oyununda kim sevinəcək?

10:00

"Yaratdığımız imkanlardan faydalana bilmədik" - Pedro Nuno

09:00

Günün oyunları bu kanallarda - AFİŞA 

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

21:28

"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

20:31

"Neftçi"nin qələbəsinə kölgə salmaq istəmirəm, amma..."

20:12

"O qoldan sonra oyun açıldı" - Miodraq Bojoviç

19:45

Adil Şükürov "Zirə"yə məğlubiyyəti şərh etdi

19:25

"Bizdə 5-6 səviyyəli hakim var, amma bu, kifayət etmir" - Rəşad Sadıqov 

18:58

"Neftçi ilə "Zirə"dən qələbə, "Sumqayıt" "Sabah"la bacarmadı

18:26

Aleks de Souza Super Liqa klubunda

17:53

AFFA Yüksək Qızlar Liqasında 2023/2024 mövsümünə yekun vuruldu

17:30

AÇ-2024: Serbiya millisinin ilkin heyəti bilindi

Facebookdan bizi izləməyi unutmayın.
X