10:16 11.11.2022 331

Azarkeş ata, acgöz məşqçi və hiyləgər təşkilatçı

(Yazı "Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” mövzusu üzrə hazırlanıb)

İdmanda uşaq hüquqlarının pozulması ildən-ilə artır. Böyük idman böyük pullar gətirən biznes sahəsi kimi böyüməyə başladıqca uşaqlar da böyüklərin pul, sərvət , şöhrət qazanmaq planlarının bir hissəsinə çevrilir. Əlbəttə, sivil dünyanın əksər ölkələrində azyaşlılar üzərində ədalətsiz hökmranlığa qarşı mübarizə tədbirləri də mövcuddur. Dövlətlər bu yöndə səylərini artırsalar da, uşaqların hüquq pozuntularının tam olaraq aradan qaldırılması Almaniya, İngiltərə, Avstriya, İsveç və Norveçdə belə, mümkün olmayıb. 

Həddi-buluğa çatmayanların hüquqlarını tapdalayan şəxslər müxtəlifdir. Bəziləri bunu hər şeydən öncə mənəvi cinayət törətdiyinin fərqində ola-ola edirsə, digərləri uşaq hüquqlarından ümumiyyətlə xəbərsizdir. Həmin şəxs valideyin, məşqçi, klub prezidenti və ya akademiya koordinatoru ola bilər. Uşaq idmanı ilə birbaşa bağlılığı olanlarla yanaşı, ictimaiyyətin digər nümayəndələrinin bu yöndə maarifləndirilməsi mütləqdir. Təbii, internetdə idmanda uşaq hüquqları və onların pozulması mövzusunda yüzlərlə məqalələr tapmaq olar. Yəni dolğun məlumat almaq istəyənlər Azərbaycan rus və ingilis dillərində bir sıra qaynaqlarla tanış ola bilərlər. İnformasiyanın daha geniş kütləyə yetərincə sadə və effektli şəkildə çatdırılmasının vacibliyi isə danılmaz faktdır.

Uşaqların hüquqlarının kimlər tərəfindən və necə pozulduğunu üç sadə ssenari üzrə təqdim edəcəyik. Hərçənd bu, minlərlə mümkün versiyalardan cəmi üçüdür.

Azarkeş ata

Təsəvvür edin ki, 8 yaşlı toppuş, qaraşın Seymur atasının futbola olan sevgisi sayəsində gələn ilin yazında yerli klublardan birinin futbol akademiyasının seçimlərinə qatılacaq. Uşağın atası təbii ki, peşəkar məşqçi və ya pedaqoq deyil. Adam stomatoloqdur və çılğın "Qalatasaray" azarkeşidir. Arzusu ilk növbədə bir qədər artıq çəkisi olan övladını sayılıb-seçilən peşəkar forvard kimi görmək, uğurlarıyla qürurlanmaqdı. Bu səbəbdən topla tanış etdiyi oğluna həftədə 3 dəfə ilkin hazırlıq keçir ki, seçimlər zamanı uşaq artıq çəkidən qurtulmuş, bir xeyli də ayaqları cəldləşmiş olsun... 

Məşqlər peşəkarlar tərəfindən tərtib edilmədiyi üçün bir qədər ağırdır. Ata isə "Qalatasaray"da və Azərbaycan millisində şou göstərən "9 nömrə"nin valideyini olmağı mümkünsüz missiya saymır, tələblərini, təzyiqini əsirgəmir. Hətta Semur həvəssiz, bütün bunlardan bezmiş görünəndə onu danlayır, motivasiya işə yaramayanda məşq etməsini tələb edir. Hətta lazım gələrsə, qulaqburması da verir. 

Azarkeş atanın ağır fiziki yükləmələri də, uşağın həvəsi olmadığı halda, məşqlərə cəlb edilməsi də onun hüquqlarının pozulmasıdır. Nəzərə alaq ki, belə yanaşma həm də uşaqda fiziki və mənəvi fəsadlar yarada bilər.

Acgöz məşqçi

Tartu universitetinin (Estoniya) idman psixoloqu Aave Hannus idmanda uşaqlara qarşı fiziki və mənəvi zorakılıq, azyaşlılar üzərində ifrat hakimiyyət haqda dolğun araşdırmalar müəllifidir. Hannus peşəkar idmançıların hazırlanması üzrə ixtisaslaşmış klub və dərnəklərdə ənənə halını almış hüquq pozuntularının hərdən idman prinsipləri planında işə yaradığını da danmır. Estoniyalı araşdırmaçı daha çox məşqçilərin çoxunun uşaqlara qarşı vəzifəsindən sui-istifadə etdiyini vurğulayır.

 Gözünüzün önündə 11 yaşlı Elbəyi canlandırın. Onun ata babasının qardaşı da öz dövründə el pəhləvanı olub. Uşağı yeni açılmış güləş dərnəyinə yazdıran əmisi də güləş həvəskarıdır. Məşqçisi uşağın böyük perspektiv vəd etdiyinə şübhə ilə yanaşmır. 

...Mükafat vəd edən turnirlərdən birində,1-ci yerə əsas namizədin ayağında yüngül zədə yaransa da, ağrıkəsici iynə sözünü deyir. Uşaq finalda qalib olur və sonradan zədəsi tam sağalmadığı üçün daha güləşə gəlmir... 

İdmanda uşaqlara ağrıkəsici iynələrin vurulması, dərman preparatlarının tətbiqi ayrıca yazı mövzusudur. Məşqçilərin özünün əldə edəcəyi gəlirə və ya finaldakı rəqib məşqçi ilə əzəli rəqabətə görə azyaşlıların sağlamlığı ilə risk etməsi uşaq hüququ və qanun pozuntusudur. 

Hiyləgər təşkilatçı

Braziliyada qeyri-qanuni uşaq döyüş tunirlərinin təşkili qadağan edilib. Amma hazırda da bəzi təşkilatçılar belə yarışlar sayəsində maddi qazanc əldə edir. Ortaya çıxarılan faktların bir neçəsində uşaqların qanuni qaydada fəaliyyət göstərən idman klubları ilə əlaqəli şəkildə küçə döyüşlərinə cəlb edildiyi üzə çıxıb.

12 yaşlı Karlos yağışlar yağanda yarıyadək su altında qalan evdə yaşaya bilməyən anasının qayğısına qalmaq məcburiyyətindədir. O, yerli ciu-citsu klubunda nəinki şəhərin, ölkənin ən güclülərindən biri ola biləcək uşaq sayılır. Qeyri-adi fiziki gücü dərhal mütəxəssislərin diqqətini çəkir. Karlos belə səviyyə ilə təcrübəli işbazların diqqətindən yayına bilməz... Bir qədər sonra müəyyən mərclər qarşılığında onunla digər seçilən uşaqlar arasında MMA döyüşləri keçirilir və tədricən zirzəmilərdə, qapalı zallarda baş tutan gəlirli yarışların təşkili davamlı hal alır. Özü yetkinlik yaşına çatmadığı və hüquqlarını bilmədiyi üçün vəziyyətə müdaxilə etməyi ağlından keçirmir. Həm də daha pul qazandığı üçün anasını vəziyyətdən çıxara biləcəyinə inamı da artır. 

Hə, uşaq ciddi zədə alsa və ya yenilgiləri sıralasa, daha pul qazanması əvvəlkitək müşkülə çevriləcək. Karlos bəlkə elit MMA səhnəsinə atılacaq, bəlkə də 18 yaşında xroniki zədə ilə bacarmayıb içkiyə qurşanacaq. Onun uşaq hüquqlarına məhəl qoymayan vasitəçilər və təşkilatçılar isə böyük ehtimalla, heç vaxt sorğulanmayacaq.

Nihat Ağasoy

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

19 May 2024
23:14

"Mançester Yunayted" son 34 ildə bu günə düşməmişdi

21:30

"Mançester Siti" İPL-in qalibi oldu - Bu, tarixi rekorddur

20:54

Rafinya Xavinin qardaşını təhqir etdi

19:40

Emiliya-Romanya Qran-prisinin qalibi bilindi

19:11

"Bayer Leverkuzen"dən tarixi ilk

18:40

Kaxaber Tsxadadze "Araz-Naxçıvan" üzərində qələbəni şərh etdi

18:15

"Qəbələdə özümü rəqib kimi hiss etmədim" - Elmar Baxşıyev 

17:54

MPL: "Qəbələ" ardıcıl üçüncü qələbəsini qazandı

17:40

Azərbaycanın 3 cüdoçusu DÇ-nin ilk günündə uğursuzluqla üzləşdi

17:12

"Beş aydan sonra meydana çıxmaq məni həyəcanlandırdı"

16:54

"Həmişə nə vaxtsa İspaniyaya qayıdacağımı düşünmüşəm" - Mikel Arteta

16:22

Krivotsyuk sonadək oynadı, komandası...

16:05

"Qəbələ"nin kapitanına xüsusi mükafat verildi

15:29

Şəhid İlham Kazımovun xatirəsinə həsr edilən turnir başa çatdı

15:14

Mourinyu "Beşiktaş"a gəlir - Klub rəsmisi açıqladı

14:30

"Məhsuldarlığımı daha da artırmaq istərdim, amma..."

14:16

"Sabah" Türkiyədə 4-cü oldu

13:56

Qvardiola növbəti mövsümə harada başlayacağını dedi

13:18

Alleqrinin yerini o tutdu - RƏSMİ

12:55

Teves postunu tərk etdi

12:23

Voleybol məşqçiləri üçün seminar keçirildi

12:00

"Qələbəyə layiq idik" - Ozobiç "Neftçi"dən gedir?

11:27

Enrike 3 futbolçunun PSJ-də qalmasını istəmir - ADLAR

10:58

Azərbaycan seçməsi Ukraynaya qarşı

10:21

ABL: Final mərhələsinin ikinci oyununda kim sevinəcək?

10:00

"Yaratdığımız imkanlardan faydalana bilmədik" - Pedro Nuno

09:00

Günün oyunları bu kanallarda - AFİŞA 

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

21:28

"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

20:31

"Neftçi"nin qələbəsinə kölgə salmaq istəmirəm, amma..."

20:12

"O qoldan sonra oyun açıldı" - Miodraq Bojoviç

19:45

Adil Şükürov "Zirə"yə məğlubiyyəti şərh etdi

19:25

"Bizdə 5-6 səviyyəli hakim var, amma bu, kifayət etmir" - Rəşad Sadıqov 

18:58

"Neftçi ilə "Zirə"dən qələbə, "Sumqayıt" "Sabah"la bacarmadı

18:26

Aleks de Souza Super Liqa klubunda

17:53

AFFA Yüksək Qızlar Liqasında 2023/2024 mövsümünə yekun vuruldu

17:30

AÇ-2024: Serbiya millisinin ilkin heyəti bilindi

Facebookdan bizi izləməyi unutmayın.
X