13:24 25.11.2022 321

Badmintonda paralimpiya perspektivləri: \"Paris-2024-ə lisenziya qazana bilərik\"

(Yazı "Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” mövzusu üzrə hazırlanıb)

Müasir dövrdə əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası üçün ən kütləvi vasitə idmandır. Odur ki, idman aləmini paralimpiya dəyərləri olmadan təsəvvür etmək mümkün deyil. Almaniyalı neyrocərrah Lüdviq Quttman tərəfindən irəli sürülən, 1960-cı ildən bu yana ali səviyyədə əksini tapan paralimpiya maraqları ötən dövr ərzində böyük hərəkata səbəb olub, günümüzdə dünyanın hər tərəfindən yüzminlərlə fiziki məhdudiyyətli insanı ətrafına toplamaqdadır. Bu dəyərlər respublikamızda da yüksək səviyyədə qorunaraq təbliğ edilir. Respublikamızın nümayəndələri cəmi yeddi Yay Paralimpiya oyunlarında iştirak etsələr də, az qala bir əsrlik fəaliyyəti ifadə edən uğurlara imza atıblar. Eyni zamanda, idmançılarımız ayrı-ayrı növlərdə Avropa, paralimpiya və dünya rekordlarına sahibdirlər.

Lisenziya və medal sayında bir qayda olaraq əvvəlki oyunlardan daha yaxşı nəticə göstərən paralimpiyaçılarımız sonuncu yarış olan Tokio 2020-də mükafatların keyfiyyətinə görə əvvəlki altı Paralimpiadanın toplamından belə, daha yüksək göstəriciyə imza atdı. Oyunlara rekord heyətlə yollanan komandamız gözləntiləri artıqlamasıyla doğruldaraq 14 qızıl, 1 gümüş, 4 bürünc medalla 163 ölkə arasında 10-cu yeri tutdu.

Əlbəttə, hər bir nailiyyətin əsasında Azərbaycan dövlətinin idmana, o cümlədən paralimpiya hərəkatına göstərdiyi dəstək, qayğı dayanır. Xatırlatmaq yerinə düşər ki, dövlət başçısı və Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev fiziki məhdudiyyətli idmançılarımızla görüşlərində dəfələrlə “Mən paralimpiyaçıların dostuyam” fikrini dilə gətirib.

Qeyd etdiyimiz kimi, ölkəmiz bir qayda olaraq oyunlarda əvvəlki rekordunu yeniləyərək daha geniş tərkiblə təmsil olunub. Qarşıdakı zirvə yarışında - Paris-2024-də də minimum vəzifə əvvəlki yarışdakı lisenziya sayını artırmaqdır. Həmçinin Fransanın paytaxtında yeni növlərdə təmsil olunmaq imkanları mövcuddur ki, onlardan biri də para-badmintondur.

Para-badminton Paralimpiya Oyunlarında yeni növ hesab olunur. Bu növ yalnız sonuncu - Tokio-2020 Oyunlarında dördilliyin əsas yarışında təmsil olunub. "Gündoğar ölkə" paytaxtında idmançılar altı fiziki məhdudiyyət kateqoriyası üzrə, 14 dəst medal uğrunda mübarizə aparıblar.

Azərbaycanda isə para-badmintonun yaranması ən yaxın keçmişə - bu ilin yay aylarına təsadüf edib.
Üç ay əvvəl 60 yaşlı Azərbaycan badmintonu tarixində bir ilk yaşandı. Para-badmintonçu İbrahim Əliyev İndoneziyanın Cokyakarta şəhərində 23-28 avqustda keçirilən və 15 ölkədən idmançıların qatıldığı “FOX's Indonesia Para Badminton International 2022” beynəlxalq turnirində iştirak etdi.

Yeni yaranmasına baxmayaraq artıq beynəlxalq miqyasda ilk uğur da əldə olunub. Belə ki, bu növ üzrə hələlik yeganə idmançımız olan İbrahim Əliyev sentyabrda Uqandanın paytaxtı Kampalada keçirilən “Uganda Para Badminton International 2022” turnirində medal qazanıb. Cari ilin avqustundan başlayaraq məşqçi Teymur Abbasovla birgə para-badmintonda ölkəni beynəlxalq arenada təmsil etməyə başlayan idmançı qısa müddət ərzində qatıldığı ikinci turnirdə mükafatçılar sırasında yer almağı bacarıb. Kişi badmintonçuların şəxsi yarışında qrup mərhələsini ilk sırada başa vuran Əliyev uğurlu çıxışının davamını pley-offda da gətirib. 1/4 finalda Manoj Kumara (Hindistan) 2:0 (21-14,21-12) hesabı ilə qalib gələn para-badmintonçu ən güclü "4-lüy"ə yüksəlməklə bürünc medalı təmin edib. Yarımfinalda turnirin reytinq favoritlərindən sayılan hindistanlı Natarajan Zillaiyə 0:2 (11-21,16-21) hesabı ilə uduzan Azərbaycan təmsilçisi "Uganda Para Badminton International 2022” turnirində bürünc medala sahib çıxıb.

İbrahim Əliyevin cəmi 17 yaşı var. Badmintonla 5 ildir məşğul olur. İdmançı fiziki imkanlarının məhdudluğuna rəğmən, bunadək sağlamlar arasında yarışıb və həmin arada yeniyetmə yaş qrupu üzrə Azərbaycan çempionatının gümüş mükafatına da yiyələnib.

Hələlik yalnız Əliyevdən ibarət olan para-badminton millisinin baş məşqçisi Teymur Abbasovla sözügedən idmançının yaxın gələcəkdəki perspektivləri və bu növün ölkəmizdəki inkişaf imkanları barədə danışdıq.

Çalışdırıcının sözlərinə görə, cəmi iki il sonra Fransa paytaxtında keçiriləcək Paralimpiadada ölkəmizin bu növ üzrə təmsil olunmaq üçün yetərincə imkanı var:

"Bu ilin iyun ayında Azərbaycan Badminton Federasiyasının tərkibində para-badminton növünü yaratdıq. İbrahimin şəxsi məşqçisi olub (Elşən Həsənəliyev) və şəxsi zallarında məşq edib. Sonradan milli komandaya düşüb. Dünya Badminton Federasiyasından qeydiyyatdan keçəndən sonra avqustda İndoneziyada ilk yarışa çıxdıq. Nəticə bunadək beynəlxalq yarışa getməyən 17 yaşlı yeniyetmə üçün qənaətbəxş oldu. Sonrakı yarış 19 sentyabrda Uqandanın paytaxtı Kampala şəhərində idi. Bilirdik ki, orada qələbə qazana bilərik. İbrahim həmin yarışda bürünc medal qazanmaqla göstərdi ki, ona bəslənənən ümidlər əbəs deyil.

Badmintonda yarışlar "level"lər üzrədir. Bizim İndoneziyada iştirak etdiyimiz yarış “level 3” idi. “Level 2” yarışımız 28 noyabrdan 4 dekabradək Peruda olacaq. 2024-cü ildə keçiriləcək. “Level 1” yarışları Kanada və Böyük Britaniyada keçirilir. İbrahimi 1 nömrəli yarışlara namizəd görürəm. İki yarışdan əldə etdiyim təcrübəyə əsasən deyə bilərəm ki, oradakı oyunçular 24-30 yaş arasında idilər. İbrahimin isə 16 yaşı olmasına baxmayaraq onlardan böyük fərqi yoxdur. Hazırda paralimpiya medalından danışmaq tez olar, amma çalışacağıq ki, qarşıdakı Paris oyunlarına lisenziya qazanaq. Bunun üçün şərt reytinqdə ilk "12-lik"də yer almaqdır. Reytinqdə olmasaq belə, "vayld kart"la Paralimpiadaya yollanmaq imkanımız var. Amma bizim məqsədimiz reytinqdə möhkəmlənməkdir. Çox inanıram ki, İbrahimlə bunu bacaracağıq".

Abbasov bu növ üzrə yeni idmançıların cəlb olunması istiqamətində hazırda işlərin getdiyini diqqətə çatdırdı:

"Bir çox paralimpiya növlərində olduğu kimi, para-badmintonda da idmançılar fərqli fiziki məhdudiyyət kateqoriyalarında mübarizə aparırlar. Çalışırıq, hər biri üzrə milli komandaya idmançılar cəlb edək. Mən özüm daim axtarışdayam. Bu yaxınlarda fiziki imkanları məhdud insanların müalicə-bərpa mərkəzində olmuşam. Orada iki belə şəxslə razılıq əldə etmişik. Tezliklə bizimlə məşqlərə başlayacaqlar.

Badminton əyləncəli idman növüdür. Komanda idman növü deyil deyə hər kəs məşğul ola bilər. Para-badminton vasitəsilə fiziki imkanları məhdud insanları bu idman növünə həvəsləndirmək istəyindəyik. Bu kateqoriyadan olan şəxslər idmana gəlməklə ən azından evlərindən çıxırlar. Bir sözlə, bu yolla onları cəmiyyətə qazandırmaq istəyirik".

Sahib Əsədbəyli

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

19 May 2024
23:14

"Mançester Yunayted" son 34 ildə bu günə düşməmişdi

21:30

"Mançester Siti" İPL-in qalibi oldu - Bu, tarixi rekorddur

20:54

Rafinya Xavinin qardaşını təhqir etdi

19:40

Emiliya-Romanya Qran-prisinin qalibi bilindi

19:11

"Bayer Leverkuzen"dən tarixi ilk

18:40

Kaxaber Tsxadadze "Araz-Naxçıvan" üzərində qələbəni şərh etdi

18:15

"Qəbələdə özümü rəqib kimi hiss etmədim" - Elmar Baxşıyev 

17:54

MPL: "Qəbələ" ardıcıl üçüncü qələbəsini qazandı

17:40

Azərbaycanın 3 cüdoçusu DÇ-nin ilk günündə uğursuzluqla üzləşdi

17:12

"Beş aydan sonra meydana çıxmaq məni həyəcanlandırdı"

16:54

"Həmişə nə vaxtsa İspaniyaya qayıdacağımı düşünmüşəm" - Mikel Arteta

16:22

Krivotsyuk sonadək oynadı, komandası...

16:05

"Qəbələ"nin kapitanına xüsusi mükafat verildi

15:29

Şəhid İlham Kazımovun xatirəsinə həsr edilən turnir başa çatdı

15:14

Mourinyu "Beşiktaş"a gəlir - Klub rəsmisi açıqladı

14:30

"Məhsuldarlığımı daha da artırmaq istərdim, amma..."

14:16

"Sabah" Türkiyədə 4-cü oldu

13:56

Qvardiola növbəti mövsümə harada başlayacağını dedi

13:18

Alleqrinin yerini o tutdu - RƏSMİ

12:55

Teves postunu tərk etdi

12:23

Voleybol məşqçiləri üçün seminar keçirildi

12:00

"Qələbəyə layiq idik" - Ozobiç "Neftçi"dən gedir?

11:27

Enrike 3 futbolçunun PSJ-də qalmasını istəmir - ADLAR

10:58

Azərbaycan seçməsi Ukraynaya qarşı

10:21

ABL: Final mərhələsinin ikinci oyununda kim sevinəcək?

10:00

"Yaratdığımız imkanlardan faydalana bilmədik" - Pedro Nuno

09:00

Günün oyunları bu kanallarda - AFİŞA 

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

21:28

"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

20:31

"Neftçi"nin qələbəsinə kölgə salmaq istəmirəm, amma..."

20:12

"O qoldan sonra oyun açıldı" - Miodraq Bojoviç

19:45

Adil Şükürov "Zirə"yə məğlubiyyəti şərh etdi

19:25

"Bizdə 5-6 səviyyəli hakim var, amma bu, kifayət etmir" - Rəşad Sadıqov 

18:58

"Neftçi ilə "Zirə"dən qələbə, "Sumqayıt" "Sabah"la bacarmadı

18:26

Aleks de Souza Super Liqa klubunda

17:53

AFFA Yüksək Qızlar Liqasında 2023/2024 mövsümünə yekun vuruldu

17:30

AÇ-2024: Serbiya millisinin ilkin heyəti bilindi

Facebookdan bizi izləməyi unutmayın.
X