Rahim Sterlinq İngiltərə Kubokunun 1/4 finalında "Lester"ə 2:4 hesabı ilə məğlub olduqları oyundan sonra "Çelsi" azarkeşlərindən üzr istəyib.
Fanat.Az xəbər verir ki, "Talksport" onun dedikıərini belə çatdllb:
"Çox pis alınan penalti vuruşuma görə bütün "Çelsi" azarkeşlərindən üzr istəyirəm. Komandanın qələbə qazanmasına kömək etmək üçün onqat daha güclü qayıdacağam və mübarizəmi davam etdirəcəyəm. İrəli, "mavilər".
Qeyd edək ki, Rahim oyunun gedişində penaltini qola çevirə bilməyib. Sterlinqin komanda yoldaşları, o cümlədən Koul Palmer və Ben Çilvel sosial mediada ona dəstək nümayiş etdirdilər. Komandanın baş məşqçisi Maurisio Poçettino da Sterlinqin müdafiəsinə qalxıb və azarkeşləri futbolçunu dəstəkləməyə çağırıb.
Mirağa