"Beşiktaş" rəhbərliyinin baş məşqçi Fernandu Santuşla bağlı yekun qərarı bəlli olub.
Fanat.Az yerli mətbuata istinadən xəbər verir ki, İstanbul nəhənginin idarəçiləri 69 yaşlı mütəxəssisin yayadək indiki postunda qalmasını uyğun sayıb.
"Qartallar" cari mövsüm ölkə kubokunu qazansalar və Super Liqanı üçüncü sırada başa vursalar, Santuş daha uzun müddətə komandada qalacaq.
Qeyd edək ki, "Beşiktaş" hazırda 46 xalla 4-cü pillədə qərarlaşıb. İstanbul klubu kubokun yarımfinalında "Ankaragücü" ilə qarşılaşacaq.