"Roma"nın sabiq hücumçusu Françesko Totti komandanın argentinalı futbolçusu Paulo Dibalanın bu mövsüm sərgilədiyi oyunu dəyərləndirib.
Fanat.Az xəbər verir ki, "Corriere dello Sport" onun dediklərini belə çatdırıb:
"Biz böyük futbolçudan danışırıq. Hadisələrin sonrakı inkişafına gəlincə, hər şey klubun qarşısına qoyduğu məqsəddən asılı olacaq. Mən baş məşqçi olsaydım, ildə 15 oyuna çıxan oyunçu ilə bağlı nə edəcəyimi dərindən düşünərdim. Əgər mənim ən vacib futbolçularımdan biri üç oyundan bir meydana çıxırsa, deməli, mövcud vəziyyətdən çıxış yolu barədə fikirləşməliyəm".
Qeyd edək ki, cari mövsüm "Roma"nın forması ilə bütün turnirlərdə 28 matça çıxan Dibala 14 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat