İspaniya millisinin baş məşqçisi Luis de la Fuente İspaniya yığmasının Braziliyaya qarşı "Santyaqo Bernabeu"da keçirdiyi matçda (3:3) Alvaro Moratanın fitə basılmasına münasibət bildirib.
Fanat.Az xəbər verir ki, "Marca" onun dediklərini belə çatdırıb:
"Mənim ölkəmdə millinin oyunçusunun fitə basılması üzücü haldır. Buna görə utanıram. "Santyaqo Bernabeu" böyük stadiondur, amma ispan oyunçunun fitə basılması rəzalətdir. Söhbət yığmadan gedirsə, klubların rəngi nəzərə alınmamalıdır".
Xatırladaq ki, "Real Madrid"in sabiq oyunçusu Morata hazırda "Kral klubu"nun əzəli rəqibi "Atletiko"nun formasını geyinir.
Nihat