Almaniyalı yarımmüdafiəçi Kyell-Arik Vetyen Dortmund "Borussiya"sı ilə yeni müqavilə imzalayıb.
Fanat.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Xəbərə görə, tərəflər arasında 2028-ci ilin ortalarına qədər nəzərdə tutulan uzunmüddətli müqavilə imzalanıb.
18 yaşlı alman futbolçu bu mövsüm "Borussiya"nın gənclər komandasının heyətində 27 matçda iştirak edib. Vetyen on qol vurub və doqquz məhsuldar ötürmə edib.
Almaniya çempionatının 26 turunun nəticələrinə əsasən, Dortmund nəhəngi 50 xallla turnir cədvəlində dördüncü pillədə qərarlaşıb. Eyni zamanda "arılar" Çempionlar Liqasında 1/4 finala yüksəlib.
Mirağa