Cari mövsümün sonunda "Liverpul"u tərk edəcəyi dəqiqləşən Yürgen Kloppun postunu tutmağa iki əsas namizəd açıqlanıb.
Fanat.Az xəbər verir ki, məlumatı "Daily Mail" yayıb.
Xəbərə görə, "Bayer Leverkuzen"in baş məşqçisi Xabi Alonsonu alman mütəxəssisin yerinə gətirmək planı baş tutmayan "qırmızılar" Ruben Amorim ("Sportinq") və ya Roberto De Dzerbi ("Brayton") ilə anlaşmağı hədəfləyiblər.
Qeyd edək ki, daha öncə Alonsonun yekun qərarını verdiyi və azı daha bir mövsüm "Bayer"də qalacağı bəlli olub.
Nihat