Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı oyunçusu mükafatına namizədlər bilinib.
Fanat.Az xəbər verir ki, UEFA-nın açıqladığı siyahıda 4 futbolçu yer alıb.
Bu ada Dortmund "Borussiya"sından Yulian Brandt, "Barselona"dan Osman Dembele, "Bayern"dən Yozua Kimmix və "Real Madrid"dən Federiko Valverde namizəd göstərilib.
Qalib UEFA-nın saytında keçirilən sorğu nəticəsində müəyyənləşəcək.