17 yaşadək qızlardan ibarət Azərbaycan millisi Belarusun paytaxtı Minskdə təşkil olunan UEFA İnkişaf Turnirində ikinci oyununu keçirib.
Fanat.Az xəbər verir ki, yığmamız Qazaxıstanla qarşılaşıb.
Oyunun əsas vaxtında qalib müəyyənləşməyib - 2:2. U-17-nin heyətində 10-cu dəqiqədə Xanım Əsədova, 26-cı dəqiqədə isə Aylin Kərimova fərqləniblər. Belədə qalibi müəyyənləşdirmək üçün penalti vuruşları yerinə yetirilib. Qazaxıstan kollektivi "11 metrədək zərbələrdə daha dəqiq oynayaraq 4:1 hesablı qələbə qazanıb.
U-17 turnirdəki son oyununu mayın 7-də, Bakı vaxtı ilə saat 12:00-da Türkiyə yığmasına qarşı keçirəcək.
Qeyd edək ki, təmsilçimiz ilk matçında Belarus kollektivinə 1:3 hesabı ilə məğlub olub.