Qazaxıstanda legioner həyatı yaşayan futzal üzrə Azərbaycan millisinin üzvü Rövşən Hüseynli “Atırau”dan ayrılıb. Bu barədə təcrübəli qapıçı dünən sosial şəbəkə vasitəsilə məlumat paylaşıb.
Fanaz.Az qapıçının özü ilə əlaqə saxlayıb Qazaxıstandan ayrılmasının səbəbini aydınlaşdırmağa çalışıb.
Hüseynli bu barədə belə deyib : “Bəli, “Atırau”dan ayrıldım. Heç bir problemdən söhbət gedə bilməz. Əksinə, "Atırau" məni saxlamaq istəyirdi. Yeni ikiillik müqavilə təklif etmişdilər. Hətta deyərdim k,i oradakı kariyeram ideal alınmışdı. Ötən mövsüm çempionatın ən yaxşı qapıçsıı adına namizəd idim, Qazaxıstanda iki rekord müəyyənləşdirmişdim. Amma ab-havanı dəyişmək qərarına gəldim. Belə ki, gələcək karyeram ilə bağlı müəyyən planlarım var. Alınsa, daha da irəliyə getmək istəyirəm. İndi isə müyyən qədər istirahətə ehtiyacım var. Qısa bir fasilənin arıdından karyeramla bağlı qərara gələcəyəm".
Mirağa