Bakıda futbol üzrə yığma komandalar arasında “FIFA series – Edition 2024” layihəsi çərçivəsində keçiriləcək oyunlara bir ay qalsa da, millimizin baş məşqçi postu hələ də boşdur. Buna qərar verməli olan AFFA-nın İcraiyyə Komitəsinin iclasının nə vaxt keçiriləcəyi də bilinmir.
Bu baxmından son durumu öyənmək üçün sözügedən qurumun İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Elnur Məmmədli ilə əlaqə saxladıq.
Həmkarımız bu barədə Fanat.Az-a aşağıdakı məlumatı çatdırdı:
"İcraiyyə Komitəsinin toplantısı bu ayın sonu və ya gələn ayın əvvəlinə planlaşdırılır. Tarix dəqiqləşən kimi bu haqda məlumat verəcəyik. Komitənin iclasının əvvəl planlaşdırıldığı kimi, Gəncədə keçirilməsi istisna olunmur. Milli komandanın baş məşqçi postuna konkret namizədlər hazırda yoxdur və heç bir mütəxəssisə rəsmi təklif göndərilməyib".
Nahid Məmmədov