10:49 28.03.2024 672

"Toral Xviçadan geri qalmırdı" - Aslan Kərimov

Gürcüstan iki gün əvvəl Yunanıstana pley-off görüşündə qalib gələrək Almaniyada keçiriləcək futbol üzrə Avropa çempionatının final mərhələsinə vəsiqə qazandı. Tarixində ilk dəfə bu sevinci yaşayacaq gürcülərə həsəd aparmamaq olmur. Halbuki bizdə futbola daha çox sərmayə yatırılır, klub səviyyəsindəki uğurlarımız da ölçüyəgəlməzdir. Bəs niyə Gürcüstan milli səviyyəsində nəhənglərin sırasına qoşulduğu halda, biz illərdir yerimizdə sayırıq? Necə deyərlər, "o əjdahadan bizdə niyə yoxdur?"

Yığmamızın sabiq futbolçusu, tanınmış futbol mütəxəssisi Aslan Kərimovla əlaqə saxlayıb bu barədə fikirlərini öyrəndik.

Onun Fanat.Az-a açıqlaması belə oldu :

"Əvvəla, ölkənin maddi gücü və ya ərazi böyüklüyü futbolda o qədər də əhəmiyyət kəsb etmir. Böyük dövlət olmasına, əhalisinin sayına və digər imkanlarına görə Çin öndə gedən ölkədir, amma çempion ola bilmir. 
Gürcüstan futbolu ilə ölkəmizi müqayisə etməli olsaq, akademiyaları bizdən qat-qat üstündür. Bu amil məşqçilik və maliyyə ilə bağlı məsələ deyil. Bizim Premyer Liqada çıxış edən klublarımız onların komandalarının yetmiş faizini məğlub edə bilər. Amma akademiya baxımından bizdən üstündürlər. Onlarda sxem elə qurulub ki, oyunçuları satmaq üçün işləyirlər. İstənilən gənc oyunçunu əsas heyətdə oynadıb satışa çıxarırlar. 

Gürcüstan millisinin heyətinə baxsanız, yalnız bir futbolçu yerli çempionatda çıxış edirdi. Bundan başqa, bizdə Xviça Kvaratsxeliya kimi oyunçu yoxdur. Yeri gəlmişkən, sizə bir məqamı xatırladım. İllər əvvəl biz A lisenziya üzrə Gürcüstanda oyun analizində idik. Bizim aşağı yaş qruplarındakı komanlarımız həmin Xviça oynadığı millini 2:1 hesabı ilə məğlub etmişdi. Həmin vaxtı Xviçaya qarşı Toral Bayramov oynayırdı. İnanın mənə, Toral ondan heç də geri qalmırdı. Düzdür, Xviça istedadı, driblinqi, keçidləri ilə diqqəti üzərinə çəkə bilirdi. Amma Toral da eyni bacarıqda görünürdü. Sonra onun Gürcüstanın və Rusiya "Lokomotiv"i, daha sonra "Rubin" və nəhayət, "Napoli"yə qədər uzanan maraqlı futbol həyatı oldu. 

Gürcüstanın bizdən daha bir üstünlüyü kütləviliklə bağlıdır. Onlarda hər məhəllədə bir meydança var. Bizdə necədir? Bizim kütləviliklə bağlı onlara çatmağımıza var. Biz yalnız Premyer Liqa klublarını düşünürük, onlara maliyyə ayırırıq".

Nahid Ustaclı

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

20 May 2024
15:12

"Ançelotti həmişə vaxtımın gələcəyini deyirdi" - Arda Güler

14:55

"Sabah" U-17 liqasının qalibi oldu - VİDEO

14:38

Salibadan unikal nəticə - İPL tariixndə beləsi olmamışdı

14:20

"Sabah" Antalyada çempion oldu

14:03

Sesenyon "Tottenhem"dən ayrılır - Yeni mövsümə harada başlayacaq?

13:40

Klopp "Liverpul"dakı varisini belə açıqladı - VİDEO

13:18

Peşəkar Çövkən Liqasının püşkü atılıb

13:01

"Real"ın ulduzu sıradan çıxdı - ÇL-in finalında oynamayacaq

12:43

"Onlar bizi məğlub etmək istəmirdilər" - Rodri

12:24

Region Liqasının bürünc mükafatçısı II Liqanı arzulayır: "Nəticələrimiz göz qabağındadır"

12:06

"Brayton"dan ayrılan De Dzerbi gələcəyi barədə danışdı

11:49

Foden rekorda imza atdı

11:31

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA 

11:10

"Neftçi" 50-yə çatdı

10:54

Çövkən Liqasında iştirak edəcək 10 komanda bilindi

10:38

27 ilin rekordu

10:19

İngiltərə nəhəngi "Bayer"in futbolçusunu transfer edir - 60 milyona 

09:57

DÇ: Azərbaycanın daha 4 cüdoçusu mübarizəyə başlayır

09:35

“Sabah”dan vacib qələbə, “Qəbələ” dayanmaq istəmir – Tura baxış

09:10

Mbappenin qardaşı da "Real Madrid"ə keçəcək? - Aydınlıq gəldi

19 May 2024
23:14

"Mançester Yunayted" son 34 ildə bu günə düşməmişdi

21:30

"Mançester Siti" İPL-in qalibi oldu - Bu, tarixi rekorddur

20:54

Rafinya Xavinin qardaşını təhqir etdi

19:40

Emiliya-Romanya Qran-prisinin qalibi bilindi

19:11

"Bayer Leverkuzen"dən tarixi ilk

18:40

Kaxaber Tsxadadze "Araz-Naxçıvan" üzərində qələbəni şərh etdi

18:15

"Qəbələdə özümü rəqib kimi hiss etmədim" - Elmar Baxşıyev 

17:54

MPL: "Qəbələ" ardıcıl üçüncü qələbəsini qazandı

17:40

Azərbaycanın 3 cüdoçusu DÇ-nin ilk günündə uğursuzluqla üzləşdi

17:12

"Beş aydan sonra meydana çıxmaq məni həyəcanlandırdı"

16:54

"Həmişə nə vaxtsa İspaniyaya qayıdacağımı düşünmüşəm" - Mikel Arteta

16:22

Krivotsyuk sonadək oynadı, komandası...

16:05

"Qəbələ"nin kapitanına xüsusi mükafat verildi

15:29

Şəhid İlham Kazımovun xatirəsinə həsr edilən turnir başa çatdı

15:14

Mourinyu "Beşiktaş"a gəlir - Klub rəsmisi açıqladı

14:30

"Məhsuldarlığımı daha da artırmaq istərdim, amma..."

14:16

"Sabah" Türkiyədə 4-cü oldu

13:56

Qvardiola növbəti mövsümə harada başlayacağını dedi

13:18

Alleqrinin yerini o tutdu - RƏSMİ

12:55

Teves postunu tərk etdi

Facebookdan bizi izləməyi unutmayın.
X