"Mançester Yunayted” rənglərinə yeni legioner bağlayıb.
Fanat.Az İngiltərə klubunun rəsmi saytına istinadən xəbər verir ki, "qırmızı şeytanlar” Portuqaliya "Sportinq”inin 25 yaşlı yarımmüdafiəçisi Bruno Fernandesi heyətə qatıb.
Orta xətt oyunçusu tibbi müayinədən keçəndən sonra onunla 5 illik müqavilə imzalanacaq. Britaniya mətbuatına inansaq, Portuqaliya millisinin üzvünün transferi MY camiəsinə 50 milyon avroya başa gəlib.
Qeyd edək ki, Fernandes "Sportinq”ə 2017-ci ildə İtaliyanın "Sampdoriya” klubundan gəlib.
Fanat.Az