Avropa Liqasının 1/8 final mərhələsinin ilk görüşləri çərçivəsində keçirilməli olan "Sevilya" - "Roma" oyunu böyük ehtimalla təxirə salınacaq.
Fanat.Az xəbər veri ki, "Roma" futbolçularının İspaniyaya uçuşu baş tutmayıb. Buna səbəb İspaniyanın İtaliyadan gələn təyyarələrə enmə icazəsi verməməsidi.
UEFA-nın yaxın saatlarda sözügedən oyunla bağlı bəyanat yayacağı gözlənilir.
Daha əvvəl "İnter"in Avropa Liqasındakı rəqibi "Xetafe" İtaliyaya uçmaqdan imtina etmişdi.
Fanat.Az