Avropa Liqasının VI turunun görüşləri çərçivəsində millimizin üzvü Mahir Emrelinin çıxış etdiyi Polşa "Legiya"sı Rusiyanın "Spartak" klubunu qəbul edəcək.
"Legiya"nın müvəqqəti baş məşqçisi Marek Qolebievski matçöncəsi keçirilən mətbuat konfransında çıxış edib.
Fanat.Az xəbər verir ki, 41 yaşlı mütəxəssis açıq futbola üstünlük verəcəyini bildirib:
“Legiya”nın prioriteti hər matçda qalib gəlməkdir. Sabah (red.- bu axşam) və bazar günü belə olacaq. Heç nəyi dəyişməyəcəyik. Polşa çempionatında zəif olduğumuzu başa düşürəm. Biz bu haqda düşünürük və vəziyyəti dəyişmək istəyirik. Amma Avropa Liqasında həmişə üç xal üçün oynayırıq.
Heyətdə vəziyyət yaxşıdır. Zədəsi bərpa olunan üç futbolçumuz komandaya qayıdır. Kastrati, Lopez və Yohansson geri dönüb. Odur ki, planımızı reallaşdırmaq şansımız var.
Bu oyunda mütləq qalib gəlməliyik. “Lester” və “Napoli” ilə görüşlərdə olduğu kimi hücumda oynayacağıq. Açıq futbola üstünlük verəcəyik".
Xatırladaq ki, oyun bu gün Bakı vaxtı ilə saat 21:45-də keçiriləcək.
Emin