UEFA Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqiblərindən olan Fransa“Nant”ı baş məşqçisi Antuan Kambuaredən narazıdır.
Fanat.Az “Ekip” nəşrinə istinadən xəbər verir ki, klub rəhbərliyi 59 yaşlı mütəxəssisi istefaya göndərməyə hazırlaşır.
Liqa 1 təmsilçisinin artıq yeni baş məşqçi axtarışlarına başladığı deyilir.
Xəbərə görə, oktyabrın 16-da “Brest”lə çempionat oyunu onun bu vəzifədə son matçı ola bilər. Komanda bu matçda da uduzsa, Kambuare qovulacaq.
Qeyd edək ki, “Nant” ölkə çempionatı və avrokuboklarda keçirdiyi son 7 qarşılaşmada qələbə qazana bilməyib. Komanda Liqa 1-də 7 xalla turnir cədvəlinin 19-cu pilləsində qərarlaşıb.
Xatırladaq ki, “Nant” və “Qarabağ” arasında V tur görüşü oktyabrın 27-də Fransada olacaq. Bakıdakı II tur matçında ağdamlılar rəqibini 3:0 hesabı ilə məğlub edib.