UEFA Avropa Liqasında həftənin ən yaxşı oyunçusu adına namizədləri açıqlayıb.
Fanat.Az xəbər verir ki, siyahıda Samuele Kampo ("Bazel"), Markos Antonio ("Şaxtyor"), Odion İqalo ("Mançester Yunayted") və Çarles Aranqisin ("Bayer") adları yer alıb.
Markos Antonio "Volfsburq"la oyunda qələbə qolunun müəllifi olmuşdu. Çarles Aranqis "Reyncers"in qapısına bir dəfə yol tapmışdı. Samuele Kampo "Ayntraxt"a qarşı, Odion İqalo isə LASK-la görüşdə bir qol, bir məhsuldar ötürmə ilə oynamışdı.
UEFA-nın rəsmi saytına daxil olmaqla səsvermədə iştirak edə bilərsiniz.
Fanat.Az