09:00 15.04.2022 876

Fiziki tərbiyənin mahiyyəti və məqsədi - ARAŞDIRMA

(Yazı "Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” mövzusu üzrə hazırlanıb)

"Uşaqların sağlamlığı və fiziki cəhətdən inkişafı qloballaşan dünyada ən vacib məsələlərdən biridir.

Məktəbdə şagirdlərin əməyə hazırlanmasında fiziki hərəkətlərin öyrədilməsinin böyük əhəmiyyəti var. Yeriş, qaçış, tullanma, qaməti düzgün inkişaf etdirən və s. hərəkətlərin təlimi şagirdlərdə sürət, çeviklik, dözümlülük kimi fiziki və psixoloji keyfiyyətlərin tərbiyə olunmasına kömək edir, bu da onları dolayı yolla əməyə hazırlayır. Fiziki hərəkətlərlə müntəzəm məşğul olan şagirdlər fiziki cəhətdən möhkəm və sağlam olur, müəyyən bir işi daha tez və keyfiyyətlə yerinə yetirirlər. Fiziki tərbiyə məşğələlərində ritmililiyin gözlənilməsi, bilik, bacarıq və vərdişlərin aşılanması, müvazinət hərəkətlərinin mənimsədilməsi şagirdlərin əməyə hazırlanmasında mühüm rol oynayır".

Bunlar orta məktəbdə tədris olunan bədən tərbiyəsi fənni haqda oxuduqlarımdır. Ancaq orta məktəb şagirdi olduğum 1997-2008-ci illərdə bədən tərbiyəsi dərsinə heç də qeyd olunduğu kimi, ciddi yanaşılmazdı. Xatırladığım qədərilə qızlar sinifdən çıxmaz, növbəti dərsin hazırlığını görərdilər. Oğlanlar məktəbin həyətində futbol oynayardı. Müəllimlər isə...

Elə vaxt olurdu ki, heç müəllimin üzünü görməzdik. Ya da məktəbin həyətində digər müəllimlərlə oturub söhbət edərdi. Rüb sonunda isə qiymətlər şagirdin digər fənlərdən aldığı qiymətə əsasən yazılardı. 

Ancaq xarici ölkələri nümunə götürsək, onlarda bədən tərbiyəsinə necə üstünlük verildiyini, uşaqların və müəllimlərin bu dərsə necə ciddi yanaşdığını, uşaqların qruplara bölünərək maraq dairəsində olan idman növü ilə məşğul olmaq imkanı qazandığını görərik. 

15-20 il əvvəl gördüyüm mənzərəni təsvir etdim. Maraqlıdır, görəsən bu gün vəziyyət necədir? Orta məktəblərdə bədən tərbiyəsi fənni hansı səviyyədə tədris olunur? 

Sualımızı bədən tərbiyəsi müəllimi, eyni zamanda futbol hakimi olan Rəhim Həsənov cavablandırdı: "Təhsil nazirliyin təqdim etdiyi proqram idmanın bütün növlərini əhatə edir. Uşaqlar verilən normativ əsasında qiymətləndirilir, yəni summativ əsasında. Bu günun tələbi idmançı yox, sağlam, vətənpərvər, düşüncəli, iradəli vətəndaş yetişdirməkdir. Hansı idman növünü seçib təkmilləşdirməyi isə sonda şagird özü seçir.

Bəli, bizim təhsildə də dərsdən sonra müxtəlif idman dərnəkləri var. Məktəb, rayon, şəhərlərarası yarışlar təşkil olunur. Uşaqlar da belə yarışlarda böyük həvəslə iştirak edirlər. Bizim təhsil sistemimiz hələ cavandır. Özünü sübut etmək üçün biraz zaman lazımdır. Mən isə  bədən tərbiyəsi müəllimi olduğum üçün idmanı fənlərin şahı adlandırardım".

Təhsil üzrə ekspert Kamran Əsədov isə bədən tərbiyəsi fənninin əhəmiyyətini belə izah etdi: 

"Bu gün ölkəmizdə cəmiyyətin inkişaf edən bütün sahələri kimi, idman da öz çiçəklənmə dövrünü yaşayır. Yüksək səviyyəli idman infrastrukturunun yaradılması və 50-yə yaxın Olimpiya İdman Kompleksinin inşa edilərək xalqımızın ixtiyarına verilməsi bunun təzahürüdür. Ölkə rəhbərliyi bu inkişafın bütün ölkəyə yayılmasını və idmanın kütləviləşməsini istəyir. Paytaxtda və bölgələrdə güclü idman bazaları yaradılır ki, gənclərimiz bu bazalarda idmanla məşğul olaraq sağlam böyüsünlər.

Statistika Komitəsinin 2021-ci ilə olan məlumatına görə, Azərbaycanda bədən tərbiyəsi və idmanla məşğul olanların ümumi sayı təxminən 1.660.391 nəfərdir. Bu, əhalinin ümumi sayının 17,5%-ni, fəal yaş qruplarına (5-39 yaş) olan nisbətdə isə 29,1%-ni təşkil edir. Bu göstərici qızlar və qadınların ümumi sayının 14,5%-ni təşkil edir. İdman bölmələrində daim idmanla məşğul olanların ümumi sayı 444.473 nəfərdən ibarətdir. Bu göstərici əhalinin ümumi sayının 4,8%-i, bədən tərbiyəsi və idmanla məşğul olanların ümumi sayının isə 26,7%-i deməkdir.
 
Respublikamızda əhalinin ümumi sayına görə bədən tərbiyəsi və idmanla məşğulluq göstəriciləri, bəzi ölkələrlə müqayisədə belədir: Finlandiya-70%,  Avstraliya-57 %,  İngiltərə-32%, Azərbaycan-17,5%.

Hazırda keçmiş ilə müasir dövr arasında kəskin fərqlər yaranıb. Bir çox tədqiqatçılar təsdiqləyirlər ki, müasir insanın fiziki yüklənməsi, 100 il qabaqkı insanın fiziki yüklənməsindən 100 dəfə azdır.

Statistik məlumatlara görə, müasir dövrdə məktəblərdə təhsil alan uşaq və yeniyetmələr zehni iş ilə həddən artıq yükləniblər. Gigiyena alimləri sübuta yetirir ki, məktəblilərin gün rejiminin 82-85%-i məktəbdə və evdə dərs öyrənməyə, tapşırıqları həll etməyə, bir sözlə, oturaq həyat tərzinə sərf olunur. Hətta azyaşlı məktəblilərin fiziki hərəkətlərə və aktiv fəaliyyətə olan tələbatı cəmi 15-19% ödənilir.
 
Hər bir yeniyetmənin həftə ərzində azı 10-12 saat fəal fiziki hərəkətlərlə məşğul olması vacibdir. Təəssüflə qeyd etməliyik ki, məktəblilərin çox az bir hissəsi idman dərnəklərinə və bölmələrinə, ümumi fiziki hazırlıq qruplarına cəlb olunur. Bunun nəticəsidir ki, uşaqlar və yeniyetmələr arasında hipodinamiya təhlükəsi getdikcə artır. Bu da ürək, qan-damar, əsəb və maddələr mübadiləsinin pozulması kimi, bir sıra xəstəliklərin geniş yayılmasına gətirib çıxarır.
 
Sübut olunmuşdur ki, insanların sağlamlığı yalnız 8-10% səhiyyə müəssisələrinin fəaliyyətindən, 18-22% genetik faktorlardan, 17-20%  ətraf mühitin vəziyyətindən və 49-53% həyat tərzindən və şəraitindən asılıdır.

Fiziki tərbiyə orta ümumtəhsil məktəblərindən başlayaraq tədris edilir. Bu bir həqiqətdir ki, Azərbaycan dövləti sağlam gənc nəsil tərbiyə etməyə lazımi əhəmiyyət verir.

Orta ümutəhsil məktəblərində fiziki tərbiyə dərsləri keçirilir. Burada 1.6 milyon şagird iştirak edir. Dərslər tədris ilində həftədə 2 dəfə, 45 dəqiqə olmaqla təşkil olunur. Bundan əlavə, məktəblərdə sinifdən və məktəbdənkənar kütləvi bədən tərbiyəsi və idman işləri də təşkil olunur. Məktəblilər idman bölmələrinə, müxtəlif növ yarışlara, kütləvi idman tədbirlərinə cəlb olunurlar. Məktəbdə aparılan fiziki tərbiyə tədbirləri uşaqların bədəncə və iradəcə möhkəm olmasına zəmin yaradır.

Orta ümutəhsil məktəbində fiziki tərbiyə işləri bədən tərbiyəsi proqramları əsasında təşkil olunur. Hər bir sinif üçün nəzəri və təcrübi proqram bölmələri var. Proqramdakı tədris materialları tədricən çətinləşdirilir və ardıcıllıqla öyrədilir. Bu da uşaqların orta məktəbi bitirərkən tam sağlam olmasını, həyata hazırlığını təmin edir.

Orta məktəblərdə fiziki tərbiyə, yəni idman dərslərinin keyfiyyətli keçirilməsinə xüsusi diqqət yetirilməlidir. Bəzi hallarda bu dərslərə soyuq yanaşıldığına görə valideynlər uşaqlarını fiziki tərbiyə ilə məşğul olmaq üçün dərsdən sonra idman mərkəzləri və klublarına yönləndirirlər. Çünki onlar uşaqlarını sağlam böyütmək istəyirlər. Orta məktəblərdə idman dərslərinin saatlarına xüsusi diqqət olunmalı, proqramlar lazımınca işlənməlidir.

İbtidai sinif şagirdləri məktəbin idman zalına getmir və idman formaları olmur. Kiçik yaşlı şagirdlər məktəbli forması ilə sinifdə müəyyən idman hərəkətləri edirlər. Bu, onların tərləməsi ilə nəticələnir. Sonra şagirdlər tərli-tərli dərslərini davam etdirirlər. Təbii, belədə uşaqların səhhətində müəyyən problemlər yarada bilər.

Vicdanlı və işini düzgün yerinə yetirən müəllim cədvəl üzrə bütün dərslərini düzgün keçməlidir. Məlumatlara görə, elə müəllimlər var ki, kiçik və böyük summativ qiymətləndirmələrə görə idman və musiqi dərslərini digər fənlərlə əvəzləyir, həmin saatda o dərsləri keçirlər. Digər məlumatlara görə isə bir çox hallarda uşaqlara top və ya şahmat verirlər ki, gedib özləri oynasınlar. Ancaq idman dərslərinin hesablanıb işlənmiş proqramları var. Hər bir müəllim bu proqramlara riayət etməlidir. İdman fiziki, mənəvi, psixoloji inkişafla yanaşı, uşaqlarda Vətənə, bayrağa sevgi yaradan sahədir. Hər bir müəllim bunları şagirdə aşılamalı və proqrama uyğun idman dərslərini keçməlidir. Çünki idman uşaqların sağlamlığı üçün önəmlidir. Təhsil Nazirliyinin “Sağlam məktəb, sağlam təhsil” layihəsi var. Bu layihəyə görə hər bir fənnin tədrisi zamanı uşaqları ayağa qaldırmaq, hərəkətli işlər gördürmək və digər fiziki hərəkətlər etməsinə şərait yaratmaq lazımdır. Ancaq diqqət etmək lazımdır ki, uşaqlar məktəbli formasında tərləməsinlər".

Röya Kərimli

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

02 İyun 2024
22:45

"Zirə"yə alqış düşür" - Qurban Qurbanov 

22:30

"Bu oyun böyüməyimizə imkan verəcək" - Rəşad Sadıqov 

21:58

Azərbaycan Kuboku: "Qarabağ" "qızıl dubl" etdi

21:10

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR 

20:17

Maksim Medvedev karyerasını başa vurdu

20:00

"Şamaxı" Ramiz Məmmədovla bağlı qərar verdi

19:20

Toni Kroosun varisi bilindi - "8 nömrə"ni ona verəcəklər

18:33

"Sevilya"da yeni baş məşqçi - RƏSMİ

17:47

U-21-in heyətində dəyişiklik

17:24

Azərbaycanlı şahmatçı beynəlxalq turnirin qalibi oldu

16:50

"Qrupdan çıxmaq məqsədimiz yoxdur" - İordaneski

15:57

Ronaldu Naço ilə Kazemironu "dilə tutur"

15:18

"İnanıram ki, Peres mənimlə müqaviləni yeniləyəcək" - Vinisius

14:45

"Real"da eqolu futbolçu yoxdur" - Ançelotti 

14:00

AÇ:  Azərbaycan millisi inamlı qələbə ilə başladı

13:40

Joze Mourinyu "Fənərbağça"nın yeni baş məşqçisidir - RƏSMİ

13:00

Daha bir Azərbaycan boksçusu Paris-2024-də

12:33

Final oyununa təyinatlar bilindi

12:24

Qəbələdə beynəlxalq turnir keçirilir

11:32

"Arsenal" Zinçenko ilə bağlı qərarını verdi

10:55

Günün oyunları bu kanallarda - AFİŞA

10:26

"Qarabağ" ÇL-ə ikinci mərhələdən başlayacaq

09:30

Niderlandlı oyunçu İtaliya çempionundan ayrılacaq

00:51

"Real" ÇL-in qalibi oldu

01 İyun 2024
23:09

Asif Əsgərov UEFA-nın komitəsinin iclasında iştirak etdi

21:23

Qəbələdə şəhid övladları üçün yay düşərgəsi başlayıb

18:44

"Napoli"nin futbolçusu Ronaldunun komandasına keçə bilər

18:22

Rəşad Sadıqov final oyunu barədə fikirlərini bölüşdü

17:35

Neymar son nöqtəni qoydu - Gedir?

01 Yanvar 1970
04:00

17:14

"Zirə"yə qarşı oynamaq həmişə çətindir" - Qurban Qurbanov

16:49

"Şamaxı" Əbili də yola saldı

16:26

Misli Premyer Liqasında yeni mövsüm bu tarixdə start götürəcək

15:55

ABŞ şirkəti "Everton"u ala bilmədi

15:39

"Real" Londona uça bilməyən azarkeşlərinin könlünü belə alacaq

14:57

Bunu Azərbaycan Kubokunda 3 komanda bacarıb

14:28

"Qalatasaray" Mertenslə bağlı qərarını verdi

14:00

Rafinya Səudiyyə Ərəbistanı klubunda?

13:26

Sarriyə rekord məbləğdə təklif

13:10

"Qalatasaray" "Barselona"nın ulduzuna göz dikib

Facebookdan bizi izləməyi unutmayın.
X