14:00 05.08.2022 1268

Uşaqlarımız üçün sağlam gələcək təmin etmək pulsuzdur

(Yazı "Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” mövzusu üzrə hazırlanıb)

Öz övladının gələcəkdə sağlam olmasını istəməyən valideyin yoxdur.

Sağlam gələcəyin bir nömrəli təminatçısı isə idmandır. İdman həm uşaqların sağlam inkişafında, həm də gənclərin zərərli vərdişlərdən uzaq qalmasında böyük rol oynayır. Demək olar ki, hazırda nəinki paytaxtda bütün bölgələrimizdə də idmana aid mərkəzlər, komplekslər, meydançalar inşa edilib. Amma müşahidələr göstərir ki, valideyinlər övladlarının fərqli idman növlərində ilk addımlarını pulsuz ata biləcəyi barədə məlumatsızdır.

Hədəfimiz dəyərli oxucuları məlumatlandırmaq, idman ocaqlarından necə faydalanacaqları haqda məlumat verməkdir. 

Başlayaq idmanın şahı olan futboldan. Bu gün ölkədə özəl (pullu) futbol məktəbləri ilə yanaşı, həm də peşəkar səviyyədə fəaliyyət göstərən klub akademiyaları var. Bakıda "Neftçi", "Qarabağ" və "Sabah"ın, Sumqayıtda "Sumqayıt"ın nəzdində azyaşlılara bu idman növünün sirləri öyrədilir. Bölgələrimizdən danışsaq, "Qəbələ", "Turan Tovuz" akademiyalarını, Şamaxı Futbol Məktəbini və Gəncə Futbol Akademiyasını nümunə gətirmək olar. Belə mərkəzlərdə uşaqlar həm də tibbi qayğı ilə əhatə olunur. Bu akademiyaların bəzilərinin ərsəyə gəlməsində  AFFA-nın danılmaz rolunu qeyd etmək lazımdır. 

Uşaqlar xaraktercə fərqli olduqları kimi, idman növlərinə münasibətləri də müxtəlifdir. Tutaq ki, top oyunlarına üstünlük verməyən, ancaq digər dinamik idman növləri ilə məşğul olmaq istəyənlər də az deyil. 

Məsələn, badminton.

Azərbaycan Badminton Federasiyasının mətbuat katibi Kənan Hakimovla söhbət zamanı müəyyən olundu ki, idmanın bu növü ilə məşğul olmağa başlamaq ödənişsizdir.

Badmintonla məşğul olmaq qanda faydalı xolesterinin (HDL) səviyyəsini artırır, zərərlinin səviyyəsini azaldır. Bu isə ürək sağlamlığını qorumağa kömək edir.

Həm də qılıncoynatma federasiyasının mətbuat xidmətinin rəhbəri olan Hakimov onu da qeyd etdi ki, azyaşlılardan qılıncoynatmaya həvəs göstərən uşaqlar da təmənnasız olaraq bu sahədə peşəkarlardan dərs ala bilər. Qılıncoynatma travmatik idman növü deyil və bədənin bir çox nahiyələrinə müsbət təsir göstərir. Qılıncoynatma ürək üçün əla kardioyükdür. İdmanın bu növü ideal bədən quruluşunun formalaşmasına zəmin yaradır. 

Misal kimi daha fərqli idman növünü nəzərdən keçirək. 

İki ay öncə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası mətbuat konfransı keçirərkən uşaqların idmanın bu növünə cəlb olunması daha çox müzakirə olundu. Suala cavab olaraq federasiya rəsmiləri qeyd etdilər ki, yeniyetmələr kanoe və avarçəkmə ilə pulsuz məşğul ola bilər.

İdmanın bu növü ilə məşğul olmaq uşağın əzələlərini gücləndirir, bədənin dözümlülüyünü artırır, tənəffüs sisteminin və ürəyin işini yaxşılaşdırır.

Qeyd etməliyik ki, adı çəkilməyən bir çox idman federasiyalarının tərkibində oxşar məktəb və zallar mövcuddur. 

Regionlarımıza fəaliyyət göstərən Olimpiya Komplekslərinin rəsmiləri ilə də əlaqə saxladıq. 

Tovuz rayonunda yerləşən kompleksin meneceri Sabir Rzayev saytımıza açıqlamasında idman kompleksinin göstərdiyi pulsuz xidmətlərdən söhbət açdı:

"Kompleksimizə həm şəhərin özündən, həm də qəsəbə və kəndlərdən gələnlər var. Sevindirici haldır ki, üzgüçülüklə məşğul olmaq həvəsində olan qızların sayı çoxdur. Taekvondo üzrə yetişdirdiyimiz həm oğlan, həm də qız idmançılarımız respublika birinciliyində iştirak edirlər. Hazırda komandamız kəmər uğrunda yarışlara hazırlaşır. Hətta yetirmələrimizi digər idman klubları və cəmiyyətləri transfer edirlər. Boks, güləş, karate və sair idman növü üzrə komandalarımız da mütəmadi olaraq respublika birinciliklərində iştirak edir, yaxşı nəticələr qazanırlar. Pulsuz fəliyyət göstərən idman növlərindən biri də futboldur. 5 yaş qrupu üzrə futbol dərsləri keçirik. Bizim kompleksdə yetişən uşaq futbolçuları Tovuzdakı futbol akademiyasına göndəririk".

Lənkəran Rayonu Olimpiya Mərkəzində isə bəzi idman növlərinin (üzgüçülük, fitnes zalı və süni örtüklü həvəskar futbol meydanı) istifadəsi ödənişlidir. Qurumun rəsmisi Elçin Daşdəmirəvun sözlərinə görə bu, təbiidir. Belə ki, kompleksin əməkdaşlarının maaşı və digər xərclər həmin ödənişlər sayəsində mümkün olur. Ancaq kompleksin digər idman növləri hər zaman yerli sakinlərin üzünə açıqdır və ödənişsizdir. 

Bölgələrimizdə yerləşən digər Olimpiya Komplekslərinin nümayəndələrindən də həmin cavabı aldıq.

İstənilən idmanla məşğul olarkən uşaqlar yalnız sağlamlıq deyil, uğurlu gələcək və parlaq karyera qurmaq şansı da əldə edir. 

Bütün hallarda, dövlətin nəzarəti altında yaradılan şərait ölkənin sağlam gəncliyi üçündür. Hər bir valideyinin isə mövcud şəraitdən yararlanması vacibdir. Müxtəlif idman növləri ilə məşğul olan azyaşlılar gələcəkdə bu sahədə peşəkar olmasa belə, ən azı vaxtını səmərəli keçirir, pis vərdişlərdən uzaq olur, dünya görüşünü artırır və sadalananlar fonunda gələcək naminə böyük bir addım atmış olur. 

Emin Şəmsiyev

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

20 May 2024
11:31

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA 

11:10

"Neftçi" 50-yə çatdı

10:54

Çövkən Liqasında iştirak edəcək 10 komanda bilindi

10:38

27 ilin rekordu

10:19

İngiltərə nəhəngi "Bayer"in futbolçusunu transfer edir - 60 milyona 

09:57

DÇ: Azərbaycanın daha 4 cüdoçusu mübarizəyə başlayır

09:35

“Sabah”dan vacib qələbə, “Qəbələ” dayanmaq istəmir – Tura baxış

09:10

Mbappenin qardaşı da "Real Madrid"ə keçəcək? - Aydınlıq gəldi

19 May 2024
23:14

"Mançester Yunayted" son 34 ildə bu günə düşməmişdi

21:30

"Mançester Siti" İPL-in qalibi oldu - Bu, tarixi rekorddur

20:54

Rafinya Xavinin qardaşını təhqir etdi

19:40

Emiliya-Romanya Qran-prisinin qalibi bilindi

19:11

"Bayer Leverkuzen"dən tarixi ilk

18:40

Kaxaber Tsxadadze "Araz-Naxçıvan" üzərində qələbəni şərh etdi

18:15

"Qəbələdə özümü rəqib kimi hiss etmədim" - Elmar Baxşıyev 

17:54

MPL: "Qəbələ" ardıcıl üçüncü qələbəsini qazandı

17:40

Azərbaycanın 3 cüdoçusu DÇ-nin ilk günündə uğursuzluqla üzləşdi

17:12

"Beş aydan sonra meydana çıxmaq məni həyəcanlandırdı"

16:54

"Həmişə nə vaxtsa İspaniyaya qayıdacağımı düşünmüşəm" - Mikel Arteta

16:22

Krivotsyuk sonadək oynadı, komandası...

16:05

"Qəbələ"nin kapitanına xüsusi mükafat verildi

15:29

Şəhid İlham Kazımovun xatirəsinə həsr edilən turnir başa çatdı

15:14

Mourinyu "Beşiktaş"a gəlir - Klub rəsmisi açıqladı

14:30

"Məhsuldarlığımı daha da artırmaq istərdim, amma..."

14:16

"Sabah" Türkiyədə 4-cü oldu

13:56

Qvardiola növbəti mövsümə harada başlayacağını dedi

13:18

Alleqrinin yerini o tutdu - RƏSMİ

12:55

Teves postunu tərk etdi

12:23

Voleybol məşqçiləri üçün seminar keçirildi

12:00

"Qələbəyə layiq idik" - Ozobiç "Neftçi"dən gedir?

11:27

Enrike 3 futbolçunun PSJ-də qalmasını istəmir - ADLAR

10:58

Azərbaycan seçməsi Ukraynaya qarşı

10:21

ABL: Final mərhələsinin ikinci oyununda kim sevinəcək?

10:00

"Yaratdığımız imkanlardan faydalana bilmədik" - Pedro Nuno

09:00

Günün oyunları bu kanallarda - AFİŞA 

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

21:28

"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

Facebookdan bizi izləməyi unutmayın.
X