Noyabrın 16-da Azərbaycan millisi ilə qarşılaşacaq Moldova yığmasının yoldaşlıq oyunu üçün ilkin heyəti bəlli olub.
Fanat.Az xəbər verir ki, baş məşqçi Sergey Kleşenko hazırlığın birinci mərhələsinə yalnız ölkə xaricində çıxış edən milli üzvlərinə dəvət göndərib.
50 yaşlı mütəxəssisin yığmaya çağırdığı 18 futbolçu arasında oğlu Niki Kleşenko və Ermənistan "Pünik"ində çıxış edən Yevgeni Koçuk da var. Koçuk Azərbaycanda "Səbail", "Sabah" və "Keşlə" (indiki "Şamaxı") klublarının formasını geyinib.
Qapıçılar: Dorian Raylyan ("Unirya Dej", Rumıniya)
Müdafiəçilər: İqor Armaş ("Voluntar", Rumıniya), Vyaçeslav Posmak ("Boluspor", Türkiyə), Oleq Ryabçuk ("Olimpiakos", Yunanıstan), Artur Kraçun ("Hapoel" Kfar Saba, İsrail), Daniel Dumbravanu ("Apoel", Kipr), Yuri Yovu ("İstra", Xorvatiya)
Yarımmüdafiəçilər: Artur Yonitse ("Piza", İtaliya), Vadim Ratse ("Voluntar"), Yevgeni Koçuk ("Pünik", Ermənistan), Mixail Kaymakov ("Torpedo", Rusiya), Kristian Dros ("Slaviya", Belarus), Nikita Motspan ("Hapoel" Hayfa, İsrail), Viktor Stıne ("Panserraikos", Yunanıstan)
Hücumçular: Yon Nikolaesku ("Beytar", İsrail), Vitali Damaşkan ("Voluntar"), Virciliu Postolaki ("UTA Arad", Rumıniya), Niki Kleşenko ("Sion", İsveçrə)
Qeyd edək ki, Moldova yığmassı millimizlə oyundan 4 gün sonra Rumıniya ilə gücünü sınayacaq.