16:56 25.02.2020 2806

4 həftə keçdi, Məmmədov!

Nihat Ağasoy

 

AFFA İcraiyyə Komitəsinin yanvarın 28-də tarixin yaddaşına qovuşan səs-küylü iclasından sonra həm də icraçı vitse-prezidentə çevrilən baş katib Elxan Məmmədovla yeni vitse-prezident Vaqif Sadıqov media önünə çıxmışdı.


Yarıtmaz xorvatın - Nikola Yurçeviçin boş qoyduğu posta 32 namizəd olduğunu açıqlayan Məmmədov həm də növbəti toplantı barədə danışmışdı. "Çox güman, İK-nın növbəti toplantısı 15 gündən sonra olacaq” cümləsiylə müddəti açıqlayan futbol məmurunun vədəsi çoxdan tamam olub. Dəqiqləşdirsək, 2 yox, 4 həftə vaxt keçib.


Şübhəsiz, ləngimə səbəbsiz deyil. AFFA başbilənləri həm məşqçi seçimiylə bağlı ciddi tərəddüd edir, həm də ictimai qınaq, haqlı tənqidlərdən doğan təpki öz işini görür...


Bunlar bəlli məsələlərdi. 2018-ci ilin dekabrında Qurban Qurbanovla yollar məlum şəkildə ayrılandan sonra da oxşar durum yaranmışdı. Yurçeviçi zaman məhdudiyyəti üzündən yaxşı araşdırmayan futbol qurumu ardından bəlli uğursuzluğun ana səbəbkarı olaraq təzyiqlərə məruz qalmışdı. Hamının bildiyi "torba əməliyyatı”ndan, üzücü 1 xaldan - işbilməzliyin, səriştəsizliyin bariz nümunəsindən yenidən danışmaq uzunçuluq olar.


AFFA-nın mətbuat xidmətində bu günə qədər növbəti iclasla bağlı məlumat olmadığına görə, bir neçə versiya üzərində dayanacağıq. Hərçənd bunlardan heç biri olmaya da bilər:


Futbol ictimaiyyətinin böyük qismi, eləcə də millidə oynayan futbolçuların çoxu yerli məşqçi tərəfdarıdı. Yəni öz seçiminə özü inanmayan, başqa sözlə, kimi seçməyin düzgün olduğunu bilməyən idarəçilər proseslərə, konkret qərar verməyə hazır deyil. Yəni AFFA-dakılar bu günə qədər hər hansı irəliləyişə nail olmayıb. Namizədlərlə bağlı xaos hökm sürür.


Rəşad Sadıqovla görüşən icraçı vitse-prezident özünü ictimaiyyətə təkəbbürdən əl çəkmiş, səhvlərindən nəticə çıxarmış adam kimi təqdim etməyə çalışıb, alovun üzərinə az da olsa, su çiləyib. Ortaya çıxarılmasa belə, Sadıqov variantı da "sandığın dibi”nə atılmamalıdı. Hamı fərqli qərar gözlədiyi halda, seçmə "Qarabağ”ın kapitanına tapşırıla və o, futbolçu karyerasını bitirə bilər. Dəqiq olan budur ki, digər yerlilərlə bağlı planlar ağlabatan deyil.


Martın 3-də Amsterdamda UEFA-nın 44-cü konqresi keçiriləcək. Eyni tarixdə Millətlər Liqasının yeni mövsümünün də püşkü atılacaq. AFFA rəhbərliyi məşqçi seçimini püşkün nəticəsini bilinəndən sonraya saxlayırsa, bu, daha acizanə görüntüdü. Əvvəla, baharın birinci ayında yoxlama oyunlarına çıxacaq təmsilçimizin bu qarşılaşmalara hazırlaşmağa yetərincə vaxtı olmayacaq. Digər tərəfdən, rəqiblərə uyğun məşqçi axtarmağın özündə də ciddi qəbahətlər var. Belə çıxır ki, Azərbaycan münasib komandalarla düşməsə, seçməmizin real şansı olmasa, komanda az pula çalışmağa razılaşan "növbəti qurban”a həvalə ediləcək. Yox, "kor püşk” üzümüzü güldürsə, "pul kisəsi açılacaq”, az-çox tanınmış əcnəbilərin birinə qarşı assosiasiya səxavət göstərəcək. Yəni maliyyəyə qənaət ikinci plana keçəcək.

Ümid edək ki, futbol qurumu bu dəfə ötənilki qədər gecikməyəcək və sonda Azərbaycan futbolunun sabahı naminə düzgün seçim ediləcək. Buna inanmaq nə qədər çətin olsa da...

 

Fanat.Az

Oxşar xəbərlər

Xəbər lenti

28 Mart 2020
23:00

Futbol oynayan uşağı meydanda güllələdilər

22:09

"Ayaks" fanatlarına görə "tərlədi"

20:15

"Bizim A, B və C planlarımız var" - UEFA prezidenti

20:12

Prosineçkinin koronavirus testinin nəticəsi açıqlandı

19:57

Millinin baş məşqçisi koronavirusa görə istefaya göndərildi

19:25

Lebron Ceymsin cari mövsümdəki ən yaxşı hərəkətləri - VİDEO

19:03

Bəhlul, Saşa, Təmkin

18:10

Premyer Liqa klubunun 8 futbolçusunda koronavirus əlamətləri aşkarlanıb

18:03

"Fənər" Rodrigesi niyə transfer edə bilməyib?

17:30

Azərbaycanda oynayan legionerlər Bakıda qalıb

17:20

Millimizin sabiq futbolçusu Moldova klubunda

17:19

"Qalatasaray"ın hollandı Belçika yolunda

17:14

Oynadıqları ölkələrdə qalan Azərbaycan voleybolçuları - ADLAR

17:05

"Özünüzü və ailənizi qoruyun, məsələyə qeyri-ciddi yanaşmayın" - Həbib koronavirusdan danışdı

16:36

İtaliya A Seriyasında mövsüm ləğv olunur

16:12

Voleybol millimizin üzvləri karantinə alındı

16:11

Daha iki basketbolçu koronavirusa qalib gəldi

15:40

Cokoviçdən xeyirxah addım: Koronavirusa görə 1 milyon avro bağışladı

15:17

"Real" bu futbolçularla yolları ayıracaq - SİYAHI

14:40

"Valensiya"nın 10 futbolçusu və 15 əməkdaşı koronavirusa yoluxub

14:31

Karantində qalmaq üçün kişi namizəd axtarır - FOTOLAR

14:21

"Mbaye Diane getsə də, yoxluğunu hiss etmədik"

14:19

“Sabah“ın oyunlarını neçə azarkeş dəstəkləyib?

14:09

Azərbaycan şahmatçıları Teymur Rəcəbova görə FİDE prezidentinə açıq məktub yazdı

13:54

Ronaldu koronavirusa görə 3,8 milyon avrodan imtina etdi

13:25

Messi, yoxsa Ronaldinyo? - Azarkeşlər ən yaxşı driblinq ustasını seçdilər

13:09

9,6 milyon avroya maşın aldı: 2 saniyədə 100 km/s sürət yığır - FOTO

12:41

"Real"da ayrılıq: Rəhbərlik müqavilə yeniləmək istəmir

12:38

Ulduz futbolçunun xanımı elə VİDEO paylaşdı ki...

12:03

Ermənistan millisinin üzvü koronavirusa yoluxdu

12:02

Ronaldu maaşının azaldılmasına razılıq verib

11:40

İlin ən baxımlı MMA nokautları - VİDEO

11:37

Karantində olan Azərbaycan idmançıları - ARAŞDIRMA/VİDEO

11:30

Mövsümün nəticələri ləğv olundu - Çempion müəyyənləşmədi

11:21

Teymur Rəcəbovla Karlsen arasında gərginlik

10:52

Həbib Ferqyusonla döyüşə belə hazırlaşır - FOTO

10:26

Noyer Almaniyadan kənarda oynamaq istəmir

10:23

Bu mənzərə Yürgen Kloppu ağlatdı - VİDEO

10:19

Ceyms Makkleyn buna görə cərimələndi - FOTO

09:36

"Marca": La Liqa sentyabrda başlayacaq

09:30

Ronaldudan nümunəvi addım: Koronavirusla mübarizədə xəstəxanalara kömək edəcək

09:06

FSS başqanı koronavirusu yendi

09:02

"Liverpul" və "Çelsi" 130 milyon avroluq futbolçudan imtina edib?

09:00

İPL aprelin sonuna qədər bərpa olunmayacaq - RƏSMİ

27 Mart 2020
19:53

"Barsa" 140 milyon avro itirəcək - SƏBƏB

19:29

"Kəpəz" necə hazırlaşır?

17:46

“Trabzonspor”un hücumçusu “Real” yolunda

16:59

"Qarabağ"ın akademiyasında onlayn məşq - VİDEO

16:08

"Fənərbaxça"nın 4 üzvündə koronavirus aşkarlandı - RƏSMİ

15:58

Azərbaycan millisi FİFA reytinqində gerilədi

15:21

AFFA hakimlər üçün onlayn dərslərə başladı

15:00

Rauf Məmmədov: "FIDE Teymur Rəcəbovdan üzr istəməlidi"

13:40

"Qalatasaray" camiəsində daha bir koronavirus şoku - SON DƏQİQƏ

13:32

"Çelsi"nin hücumçusu gedir - ÖZÜ DEDİ

12:58

2020-ci ilin ən baxımlı UFC nokautları - VİDEO

12:22

"Milan"ın qapıçısı: "Ronaldudan qorxuram"

12:21

UFC döyüşçüsü tanımadığı adamı küçədə nokauta saldı - VİDEO

11:44

"Brayton"un futbolçusu da virusa yoluxdu

11:05

2 il 8 ay komada qalan futbolçu ayılıb

11:04

FİFA klubların üzərinə yeni öhdəlik qoyacaq

10:52

"Fənər" koronavirusa görə belə məşq etdi

10:42

De Xea 300 min avro bağışladı

10:30

Məşhur futbolçu qızı haqqında: "Mən onun kimi bikinili şəkillər paylaşmıram" - FOTOLAR

10:21

"Barselona" əməkhaqqıları kəsdi - RƏSMİ

10:19

İdman naziri açıqladı: "Çempionatın apreldə, mayda başlamaq ehtimalı yoxdu"

09:27

"Santyaqo Bernabeu"dan depo kimi istifadə olunacaq - RƏSMİ

09:10

Almaniyanın ÇL iştirakçılarından örnək addım

08:58

Merih Demiral 2 min ailəyə yardım edəcək - ÖZÜ DEDİ

08:30

ÇL-in finalında meydana çıxan modeldən qalmaqallı FOTO

26 Mart 2020
22:50

Şəhriyar Məmmədyarov: “FİDE Teymura dəvət göndərər və narazılıqlar aradan qalxar”

Facebookdan bizi izləməyi unutmayın.