"Rio-2016"ya qatılan özbək gimnast Oksana Çusovitina bütün diqqətləri öz üzərinə çəkib. Fanat.Az xəbər verir ki, buna səbəb onun yaşı və qatıldığı olimpiadaların sayı olub.
Belə ki, 41 yaşlı Oksana 7-ci dəfə Yay Olimpiya Oyunlarına qatılıb. Bir uşaq anası olan gimnastın hələ də olimpiada da mübarizə aparması müzakirə mövzusuna çevirilib. Ounn bu yaşda gimnastikanın ən ağır növü olan akrobatik gimnastika ilə məşğul olması daha çox müzakirə olunur. ABŞ yığmasının 22 yaşlı kapitanı Aleksandra Raysman yaşına görə hamının ona "nənə" dediyi bir zamanda Oksan 41 yaşında eyni idman növündə mübarizə aparır.
Bu növdə idmançılar əsasən 16-20 yaşlar aralığında ciddi uğurlar qazanır. Özbək gimnastın 41 yaşında heç nədən qoxmayaraq karyerasını davam etdirməsi dünya ictimaiyyəti arasında həm çaşqınlıq, həm də ona qarşı heyranlıq yaradıb.
"7 dəf Olimpiya Oyunlarına qatılacağımı heç düşünməmişdim. Qəribəsi odu ki, bu böyük yarışda yarışmaq üçün yetərincə gücü və enerjini özümdə hiss edirəm. Gəncliyimdə daha sürətli idim. Qaçırdım və yorulmaq nədi bilmirdim. İndi isə idmanı daha çox zehnimdə edirəm. Məni ən çox çətinə salan məqam tez-tez dəyişən qaydalardı. Bunlara yenidən uyğunlaşmaq asan olmur. 4 ildən bir qaydalar dəyişir və hər dəfə yenidən başlayırıq" deyə Oksana Braziliyada verdiyi açıqlamada deyib.
Ana olduğu dönəmdə karyerasını donduran və sonadan yenidən idmana başlayan Oksana qan xərçəngi olan oğlu Əlişirin yenidən sağlamlığına qovuşmasını "Həyatımın ən gözəl anı" adlandırır.
Qeyd edək ki, Oksana Çusovitina 1992-ci ildə Barselonada keçirilən Yay Olimpiya Oyunlarında qızıl, 2008-ci ildə Pekində baş tutan olimpiada da gümüş medal qazanıb.
Fanat.Az