Hücumçu Kilian Mbappe Fransa yığmasının qarşıdan gələn 2024-cü il Avropa çempionatında can atdıqları hədəfdən danışıb.
Fanat.Az xəbər verir ki, tanınmış insayder Fabritsio Romano ulduz forvardın dediklərini belə çatdırıb:
“Hədəf nədir? Həmişəki kimi, qalib olmaq. İki il əvvəl biz dünya çempionatının finalında oynamışdıq və hazırki məqsədimiz avtomatik olaraq bu mərhələni də geridə qoyub qalib gəlməliyikr. Bu, asan olmayacaq, rəqabətədavamlı komandalar çoxdur. İtaliya da onların arasındadır.
Biz qələbəyə acıq və ölkəmizin tarixinə düşmək istəyirik. Artıq Millətlər Liqasının və Dünya Çempionatının qalibi olmuşam, Avropa çempionatını da qazansam, millinin heyətində mümkün olan hər şeyi qazanacam. Komandamla tarix yazmaq çox istəyirəm”.
Xatırladaq ki, 2024-cü il Avropa çempionatı iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək.
Mirağa