Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında bu gün 1/8 final oyunlarına yekun vurulub.
Fanat.Az xəbər verir ki, keçirilən iki qarşılaşmadan sonra 1/4 final mərhələsinin bütün iştirakçılarının adına aydınlıq gəlib.
Günün ilk matçında E qrupunu lider tamamlayan Rumıniya ilə D qrupunun üçüncüsü Niderland qarşılaşıb. Görüş Münhendəki "Alyans Arena"da keçirilib. Ronald Kumanın rəhbərlik etdiyi kollektiv rəqibini 3 cavabsız qolla yenərək adını 1/4 finala yazdırıb.
Digər qarşılaşmada isə Avstriya və Türkiyə yığmaları münasibətlərinə aydınlıq gətiriblər. Leyptsiq şəhərindəki "Red Bull Arena"da reallaşan oyunda qələbə qazanan tərəf Türkiyə millisi olub.
AÇ-2024
1/8 final
2 iyul
Rumıniya - Niderland 0:3
Qollar: Qakpo,20. Malen, 83; 90+3
Baş hakim: Feliks Şvayer (Almaniya).
Münhen. "Alyans Arena".
Avstriya - Türkiyə 1:2
Qollar: Qreqoriç, 68 - Merih Demiral, 1; 60.
Baş hakim: Artur Diaş (Portuqaliya).
Leyptsiq. "Red Bull Arena".