Bu gün UEFA-nın İsveçrənin Nyon şəhərindəki iqamətgahında Çempionlar Liqasının yeni – 2024-2025-ci il mövsümünün ilkin və əsas mərhələsinin püşkü atılıb.
Fanat.Az xəbər verir ki, yarışda ölkəmizi təmsil edəcək son çempion “Araz-Naxçıvan” mübarizəyə ilkin mərhələdən başlayacaq və oyunlar avqustun 20-dən 25-dək keçiriləcək.
H qrupunda yer alan təmsilçimiz "Uddevalla" (İsveç), "Sillamae Silla" (Estoniya) və "Sparta Belfast" (Şimali İrlandiya) komandaları ilə qarşılaşacaq. Bu qrupun oyunları İsveçdə keçiriləcək.