23:02 10.06.2021 797

"Azərbaycandakı matçlarda rəqiblərimiz özlərini səfərdə hiss edəcək"

Türkiyə milli komandasının baş məşqçisi Şenol Günəş AÇ-2020-nin qrup mərhələsi çərçivəsində İtaliya yığmasına qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb. 

Fanat.Az xəbər verir ki, o, bu gün Romada baş tutan mətbuat konfransında bunları söyləyib:
 
"Avropa çempionatının açılış matçında oynamaq bizim üçün qürurvericidir. DÇ-2002-də də açılış matçının iştirakçısı olmuşduq. Sonradan həmin turnirin yarımfinalına kimi irəlilədik. Ümid edirəm ki, bu turnirdə də finala çıxarıq.
 
Çətin qrupda yer almışıq. Niderlandda İtaliyaya məğlub olmuşduq. Rəqib komandanın baş məşqçisi Roberto Mançini də Türkiyəni yaxşı tanıyır, vaxtilə "Qalatasaray”ı çalışdırıb. Rəqibin gücünü bilirik. Təcrübəli oyunçuları var, çox təcrübəli və güclüdürlər. İtaliyanın dünya arenasındakı yeri hər kəsə məlumdur. Böyük futbol mədəniyyətləri var. İtaliya yığmasının oyunlarını izləmişəm. Necə intizamlı çıxış etdiklərini görmək çətin deyil.
 
Biz də futbolu sevirik. Turnirə favorit olaraq gəlməsək də, favoritlər arasına girə bilərik. İlk oyunumuz həm taktiki, həm də texniki cəhətdən çətin keçəcək. Oyunçularımdan öz bacarıqlarını meydanda göstərmələrini istəyirəm. Matçdan sonra qazanacağımız ilk xalların sevincini yaşamaq istəyirəm. 
 
Bu oyun həm futbolçular, həm mənim, həm də ölkəmiz üçün önəmlidir. İdman uğuru ilə yanaşı, feyr-pleyi, ölkəmizi tanıtmağı da unutmamalıyıq. Bütün futbolçularımız bu matçın həyəcanı ilə yaşayır. Sona qədər diqqətli olmalıyıq. Əks halda rəqib bundan yararlana bilər. Bu şansı qaçırmaq istəmirik. Yaddaşlarda qalmaq istəyirik. Qazansaq da, yenilsək də, qarşıda daha iki matçımız olacaq. Amma indidən Azərbaycandakı oyunlar barədə danışmaq doğru olmaz. Bu matçı səfərdə keçirəcəyimizi hiss edirik. Amma biz də Azərbaycanda oynayanda rəqiblər özlərini səfərdə hiss edəcək. İtaliyaya qol vura bilsək, bizim üçün müsbət olar. Artıq sözün bitdiyi yerdəyik. Bu vaxta qədər xəyal etdiklərimizi sabah gerçəkəşdirməyə çalışacağıq. Gözəl bir açılış olmasını istəyirik. Bizim də bu turnir üçün ilkin hədəfimiz qrupdan çıxmaqdır”.

Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

06 İyul 2025
02:15

Klublararası dünya çempionatı: "Real Madrid" sonuncu yarımfinalçı oldu

00:50

U-18 Ukraynaya uduzdu

00:20

Azərbaycan güləşçilərindən bir qızıl, bir gümüş medal

05 İyul 2025
23:58

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

23:39

Boksçularımız Dünya kubokunda üç "bürünc" qazandılar

23:10

“Qəbələ” yeni legionerlə anlaşdı

22:31

"Neftçi" fransalı oyunçu ilə gücləndi

22:07

Klublararası dünya çempionatı: PSJ "Bayern"i yenib yarımfinala adladı

20:58

Azərbaycan millisi Avropa çempionatına qələbə ilə başladı

20:23

Bundesliqa klubunda insident: "Pis zarafat"a görə futbolçunu komandadan uzaqlaşdırdılar

19:48

"Turan Tovuz"da 3 yeni təyinat

19:20

Messi "İnter Mayami" ilə bağlı qərarını verdi

18:49

"Kəpəz" növbəti transferini reallaşdırdı

18:17

Daha bir boksçumuz Dünya kubokunda "bürünc"lə kifayətləndi

17:56

Palmer gələcək komanda yoldaşı haqda danışdı - "O, mənim dediyim sözlərin heç birini anlamadı"

17:22

Azərbaycan boksçusu Dünya kubokunda "bürünc" qazandı

16:50

Kayl Uoker sabiq komanda yoldaşının rəhbərliyi altında oynayacaq - RƏSMİ

16:30

"Çelsi"nin baş məşqçisi yarımfinala adlamalarını şərh etdi

15:58

"Liverpul"dan Jotanın ailəsinə jest - 2 il ərzində...

15:12

"Mingəçevir"in baş məşqçisi postundan ayrıldı

14:50

Pokatilov Qazaxıstan və Azərbaycan futbolunu müqayisə etdi - "Kayrat" birinci, "Sabah" ikinci yerdədir"

13:49

"Açıq matç olacaq" - Enrike "Bayern"lə oyundan danışdı

13:06

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

12:37

"Zirə"nin rəqibi yenə minimal hesablı qələbə qazandı

12:05

"Kəpəz" yeni transferini açıqladı

11:44

Klublararası dünya çempionatı: PSJ "Bayern"ə, "Real" "Borussiya"ya qarşı

10:54

Tanınmış futbolçu kafedə 2 nəfəri döydü - VİDEO

10:20

"Araz-Naxçıvan"da köklü dəyişiklik - 6 legionerini göndərdi

09:58

"Qəbələ" qanalı oyunçu ilə gücləndi

09:35

"Arsenal" gənc ulduzu ilə razılığa gələ bilmədi

09:00

"Çelsi" yarımfinala adladı - Finala vəsiqə də braziliyalılarla dueldən keçəcək

01:08

Klublararası dünya çempionatı: "Fluminense" "Əl-Hilal"ı yenib ilk yarımfinalçı oldu

00:14

Azərbaycan millisi AÇ-yə qələbə ilə başladı

00:00

Ruzanna Avropa çempionu oldu

04 İyul 2025
23:16

"Arsenal" bu ulduzun transferinə milyonlar ayırdı - MƏBLƏĞ

22:58

"Transferlərlə bağlı mən qərar verirəm" - Samir Abasov

22:40

"Real"ın hücumçusu İtaliya nəhənginə keçə bilər

22:36

Azərbaycanın 2 güləşçisi AÇ-nin finalında

22:20

"Dioqunun yoxluğu ilə barışmaq çox çətin olacaq" - Məhəmməd Salah

21:54

"Mançester Yunayted"in 5 futbolçusunun mesajı rəhbərəliyi bu addımı atmağa vadar etdi - SON DURUM

Facebookdan bizi izləməyi unutmayın.
X